Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6650/2021 30.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X7 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən X5, X19, X24 və Osmanova Şövkət Seymur qızının adına verilmiş JN-063G nömrəli 40601004 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona aid hissədə yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ şəhərində, Aqrar İslahatlar aparılarkən Qəbələ rayonu, Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə ona və ailə üzvlərinə, JN-063G nömrəli 40601004 kodlu şəhadətnamə əsasında 0,44 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq adı Şövkət, ata adı Seymur yazılmışdır. Adının Nəzakət əvəzinə Şövkət , ata adının Şahvələd əvəzinə Seymur yazılmasının səbəbi ona aydın deyil. Bunun sadəcə texniki səhv olduğunu düşünür. Şəhadətnamədə adının və ata adının səhv yazıldığına diqqət etməmiş, bu vaxta qədər maraqlanmamışdır. Lakin sənədləri hazırlayıb çıxarış almaq üçün Azəraycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adınının və ata adının səhv yazılması ucbatından müvafiq sənədləşdirmənin aparılması mümkün olmamışdır. Həmçinin bildirir ki, ona məxsus olan doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində adı Nəzakət kimi, ata adı Şahvələd kimi qeyd edilmişdir. Hesab edir ki, bu səhv məhkəmə qaydasında düzəliş edilərək, sənədin ona, yəni Ərizəçi məxsus olması müəyyən edilməlidir. Onuda qeyd edir ki, o, 19.08.2008-ci ildə nikaha daxil olaraq “Osmanova” soyadından çıxaraq ərinin soyadını qəbul etmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sənəddə qeyd edilən Seymur əslində onun qardaşının adıdır. Məhkəmə tərəfindən cəlb edilmiş maraqlı şəxs X16 izahatında bildirmişdi ki, o, ərizəçinin atasıdır. Onun Şövkət adında qızı olmayıb. Qızının adı Nəzakət olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan SSR Qutqaşen rayon VVAQ şöbəsi tərəfindən verilmiş 10 sentyabr 1986-cı il tarixli, Xİ-ЖГ seriyalı, 449970 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 24 avqust 1986-cı il tarixdə Qutqaşen rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 188 nömrə ilə qeyd edilmişdir. X2, anası X12r. AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 24 avqust 1986-cı il tarixdə doğulmuşdur. Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 437303 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X17 arasında 19.08.2008-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19.08.2008-ci il tarixində 98 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əbdürəhmanova” soyadı verilmişdir. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 06.08.2021-ci il tarixli, 1325 saylı arayışdan görünür ki, X1 şəhəri, M.F.Axundov küçəsi, ev 83 ünvanında yaşayır və ailə tərkibi (mərhum) X19, oğlu X24, qızı X10r. ( 1986-cı il təvəllüdlü qızı ailəlidir və Bakı şəhərində yaşayır) Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 06.08.2021-ci il tarixli, 1324 saylı arayışdan görünür ki, Qəbələ rayonu Aqrar İslahatı Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə JN 063G, kod 40601004 nömrəli verilmiş olan torpaq şəhadətnaməsində X17 əvəzinə səhvən X26 qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlət Nazirliyi Qəbələ rayon Polis Şöbəsi tərəfindən Şəki İnzibati Məhkəməsinə ünvanlanan 21.04.2021-ci il tarixli 35/144-11935-1221 saylı məktubun surətindən görünür ki, X26 adlı şəxsin, ünvan 1 ünvanında qeydiyyatda olubolmaması yoxlanılmış və qeyd edilən vətəndaşın həmin ünvanda yaşamadığı və qeydiyyatda olmadığı məlum olmuşdur. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 03.11.2020-ci il tarixli, 2093 saylı arayışın surətindən görünür ki, DƏDRX-nin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53 olan çıxarışda X6 yazılmışdır. X7 ailəsində X26 adında şəxs olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Bakı Ərazi İdarəsi tərəfindən X8 ünvanlanan 05.06.2021-ci il tarixli, **********06 saylı məktubdan görünür ki, onun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı JN-063G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də ad və soyad səhvinin dəyişdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsi araşdırılmış və ona torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətinə aid olmaması, Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə uyğun olaraq sənədlərin həmin şəxsə məxsus olma faktına məhkəmələr tərəfindən baxıldığı, bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada aidiyyəti üzrə məhkəməyə şikayət verilmə imkanı barədə məlumat verilmişdir. JN 063G saylı, Kodu 40601004 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Qəbələ rayonu Aqrar İslahatı Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə verilmiş və fərdi yaşayış evi, həyətyanı sahə və s. təyinatlı 0,44 hektar torpaq sahəsinin mülkiyyətçisi olan X7 ailə üzvləri aşağıdakı kimi göstərilmişdir: X19, X24 və X25r. Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdim etmək üçün verilən 05/Q-501/13 saylı məktubun surətindən görünür ki, X26 adlı şəxs barədə “Vətəndaşlıq vəziyyəti aktları”-nın informasiya sistemində və arxiv məlumatlarında doğum, nikah, ölüm, övladlığa götürmə, nikahın pozulması, ad, soyad və ata adının dəyişdirilməsi haqında heç bir məlumat tapılmamışdır. Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən 15 aprel 2021ci il tarixli, 561 saylı Şəki İnzibati Məhkəməsinin 2-1(116)-666/2021 saylı sorğusuna verilən cavab məktubunun surətindən görünür ki, X26 adlı şəxsin vərəsəlik hüquq münasibətlərinə daxil olub-olmaması haqqında “Elektron notariat” İnformasiya sistemində hər hansı məlumat aşkar edilməmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-666/2021 saylı, 28.07.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X16 və X3 və X13 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “iddiaçıların paylı mülkiyyətinöə 0,24 hektar həyətyanı torpaq sahəsinin verilməsinə dair 06.11.2020-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan X15 mülkiyyətçilər sırasından çıxarılmaqla və Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızının mülkiyyətçilər sırasına daxil edilməklə hüquqların dövlət qeydiyyatı haqqında yeni çıxarışın, plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, JN 063G saylı, Kodu 40601004 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Ərizəçi soyadı dəyişdirilməmişdən qabaq X9 adı yalnışlıqla “Şövkət”, ata adı isə yalnışlıqla “Seymur” kimi göstərilmişdir. Belə ki, X17 24 avqust 1986-cı il tarixdə Qutqaşen rayonunda anadan olmuşdur. X2, anası X12r. JN 063G saylı, Kodu 40601004 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında Qəbələ rayonu Aqrar İslahatı Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarı ilə 0,44 hektar torpaq sahəsi X7 mülkiyyətinə verilmiş və onun ailə üzvləri sırasında X29 adlı şəxs qeyd edilmişdir. Halbuki Azərbaycan Respublikası Daxili İşlət Nazirliyi Qəbələ rayon Polis Şöbəsi tərəfindən X26 adlı şəxsin, ünvan 1 ünvanında qeydiyyatda olub-olmaması yoxlanılmış və qeyd edilən vətəndaşın həmin ünvanda yaşamadığı və qeydiyyatda olmadığı məlum olmuşdur. Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 03.11.2020-ci il tarixli, 2093 saylı arayışla DƏDRXnin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53 olan çıxarışda X6 yazıldığı, X7 ailəsində X26 adında şəxs olmadığı qeyd edilmişdir. Bundan başqa Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdim etmək üçün verilən 05/Q-501/13 saylı məktubla X26 adlı şəxs barədə “Vətəndaşlıq vəziyyəti aktları”-nın informasiya sistemində və arxiv məlumatlarında doğum, nikah, ölüm, övladlığa götürmə, nikahın pozulması, ad, soyad və ata adının dəyişdirilməsi haqında heç bir məlumatın tapılmadığı, Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilən 15 aprel 2021-ci il tarixli, 561 saylı məktubla X26 adlı şəxsin vərəsəlik hüquq münasibətlərinə daxil olub-olmaması haqqında “Elektron notariat” İnformasiya sistemində hər hansı məlumat olmadığı aşkar edilmişdi. Hazırda ərizəçi JN 063G saylı, Kodu 40601004 olan torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında yalnışlıqda qeyd edilən X15 indiki Ərizəçi olmasının təsdiq edilməsini tələb edir. Belə ki, Əbdürəhmanov Rüfət Tofiq oğlu ilə X17 arasında 19.08.2008-ci il tarixində nikah bağlandıqdan sonra arvada “Əbdürəhmanova” soyadı verilmişdir. Hazırda ərizəçinin şəxsiyyət vəsiqəsində adı Ərizəçidır. Məhkəmə iclasında iştirak edən ərizəçinin atası, iş üzrə maraqlı şəxs qismində cəlb edilən X16 özünün Şövkət adlı qızının olmadığını və qızının adının Nəzakət olduğunu bildirmişdir. Göründüyü kimi, ərizəçinin JN 063G saylı, Kodu 40601004 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktında göstərilən adı, ata adı və soyadı onun şəxsiyyəti təsdiq edən sənəddəki adı, ata adı və soyadı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlaka dair dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasını xahiş etsə də, dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Bundan başqa Şəki İnzibati Məhkəməsinin 2-1(116)-666/2021 saylı, 28.07.2021-ci il tarixli qərardadında qeyd edilmişdir ki, Ş.Osmanov, Ərizəçi və X29nın adına müvafiq olaraq verilə 06.11.2013-cü il tarixli, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan X15 mülkiyyətçilər sırasından çıxarılması və Əbdürəhmanova (Osmanova) Nəzakət Şahvələd qızının mülkiyyətçilər sırasına daxil edilməklə hüquqların dövlət qeydiyyatı haqqında yeni çıxarışın plan ve ölçünü verilməsini xahiş etsələr də, çıxarışın verilməsinin əsası kimi JN 063G saylı, Kodu 40601004 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı çıxış edir. Həmin sənəddə isə Ərizəçi əvəzinə X26 mülkiyyətçi kimi qeyd edilmiş və ərizəçi tərəfindən bu hal mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmin qərarın 6.2-ci bəndində qeyd edilmişdir ki, eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri hüquq müəyyənedici sənəd kimi tanınmışdır. Məhkəmə işin hallarını, tədiq edilmiş sübutlar əsasında o qənaətə gəlir ki, Qəbələ rayon X23 26 fevral 2001-ci il tarixli, 3 səylı qərarı ilə X11 və onun ailə üzvlərinə 0.44 ha torpaq sahəsi ayrılmış və ərizəçinin ailə üzvləri sırasında X4 Şahvələd Süleyman oğlunun ailə üzvü kimi qeydə alınmışdır. Həmin qərarın əsasında Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə verilmiş, eyni qaydada X7 ailə üzvləri sırasında X26 adlı şəxs qeyd olunmuşdur. Lakin müəyyən edildi ki, X7 X26 adlı ailə üzvü olmayıb və hazırda da yoxdur. Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə hüquq müəyyən edici sənəddir və həmin sənəddə olan səhvin dəyişdirilməsi mümkün olmamışdır. Belə ki, həm müvafiq inzibati orqan düzəliş etməkdən imtina etmiş, həm də imtinadan şikayətə baxan inzibati məhkəmə iddia ərizəsini mümkünsüz hesab etmişdir. Bu halda ərizəçinin ərizəsi əsaslı hesab edilməlidir Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X22 aid hissəsində JN 063G saylı, Kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X22 aid hissəsində JN 063G saylı, Kodu 40601004 olan “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”-nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6650/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6650/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver