Məhkəmə qərarları › İş №2(001)-6664/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6664/2021

19.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6664/2021 19.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səadət Rəşid qızı Səlimova Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunan sənədləri araşdırıb hesab edirəm ki, ərizəçi tərəfindən ərizəsinə müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməsinə dair sübut əlavə olunmadığından ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin işçilərinin tərtib etdikləri 17.08.2021-ci il tarixli aktdan müəyyən olunur ki, ərizənin qoşma hissəsində dövlət rüsumunun ərizəyə əlavə edilməsi göstərilsə də, bu barədə qəbz ərizəyə əlavə edilməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qnununun 8.2.2.-ci maddəsinə əsasən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0. maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.0.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd; Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Hesab edirəm ki, ərizəçi tərəfindən qanunla müəyyən olunan qaydada dövlət rüsumunun ödənilməsinə dair sübut ərizəyə əlavə edilmədiyindən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 149, 152-ci maddələrini rəhbər tutub QƏRARA ALDİM Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi əlavə olunan sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar