Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6717/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qazdan istifadəyə görə qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı qazdan istifadəyə görə qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29 sentyabr 2022-ci il tarixli akt üzrə hesablanmış 1,036,8 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evi üzrə qaz sayğacı quraşdırılmışdır. Sayğacın göstəricisinə uyğun olaraq ödənişləri vaxtı-vaxtında ödəyirdi. Cavabdehin mühəndisləri tərəfindən qaz sayğacının istismar müddəti bitdiyinə görə sayğacın yenisi ilə əvəzləşdirilməli olduğunu bildirilmişdir. 22 iyul 2022-ci il tarixdə akt tərtib olunaraq yeni G-4 markalı qaz sayğac ilə əvəzlənmişdir. Əvvəlki sayğacı çıxararkən və yenisi ilə əvəz edərkən ona hər hansısa sayğaca müdaxilə olunması ilə bağlı irad bildirilməmiş, hətta nümunəvi abonent olduğu, vaxtı-vaxtında ödənişləri gecikdirmədən ödədiyini bildirmişlər. Lakin 29 sentyabr 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib edilərək güya o, qaz sayğacına müdaxilə etmiş və 1102AQ**********2 nömrəli sayğaca ümumi baxış keçirilmiş, qaz itkisi və müdaxilə olunması kimi akta qeyd etməklə ona qarşı əlavə borc olaraq 8.640 m3 qaz işlətməyi göstərilmşdir. Sayğac sökülərlən hər hansı müdaxilə aşkar edilmədiyi halda sonradan sayğaca hara və hansı şəraitdə aparılmasından xəbəri olmadığı halda, sayğaca kim tərəfinədn müdaxilə olunmasına özlərinin nəzarət etməli olduqları halda sayğacda hansısa zədənin olması, sayğac çıxarılıb aparıldıqdan sonra yaranma ehtimalı daha böyükdür. Cavabdeh təşkilara gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qayda da, qaz sərfiyyatına görə ödənişləri eyni qaydada etdiyini və onun tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirmişdir. Bundan başqa, qaz sayğacında hər hansı qüsur aşkar edildiyi zaman onun və iki hal şahidinin iştirakı ilə aktın tərtib edilməsini bildirmişdir. Sayğaca nəzarəti özləri etdiyini və sayğacın evin içində olmamasını və küçədə hər bir müdaxilənin özləri tərəfindən edildiyini iradla onlara bildirmişdir. Sayğac küçədə yerləşdiyindən nəzarəti də cavabdehin əməkdaşları etmişdir. O, heç vaxt sayğaca müdaxilə etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 29 sentyabr 2022-ci il tarixli, ******* nömrəli aktın və dəymiş ziyanın bərpasına dair 30 sentyabr 2022-ci il tarixli tələbnamənin surətindən görünür ki, abonent İddiaçı məxsus sayğacın laboratoriya rəyi əsasında sayğaca baxış zamanı qaz itkisi və müdaxilə aşkarlanmış və dəymiş ziyan hesablanaraq 8.640 m3 müəyyən edilmişdir. **********00440 nömrəli abonent İddiaçı məxsus abonentin saldosundan görünür ki, onun 2022-ci ili üçün akt üzrə olan borcu 1.036,8 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının: 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir; 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1.036,8 manat məbləğində borc hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qazdan istifadəyə görə hesablanmış 1.036,8 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan və iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,37 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı (Abonent kodu: **********00440) təbii qazdan istifadəyə görə hesablanmış 1.036,8 (bir min otuz altı manat, səksən qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 30,37 (otuz manat, otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6717/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6717/2022
13.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver