Məhkəmə qərarları › İş №2(001)-6783/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6783/2021

27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6783/2021 27.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi Ərizəçi 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının onun nənəsi, 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmovun onun babası olmasına dair qohumluq faktının, 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının 30.09.1969-cu ildə, 1870-ci il təvəllüdlü Hacı- Abuzər Məhərrəmovun 1955-ci ildə öləmələri faktlarının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının onun nənəsi, 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmovun onun babası olmasına dair qohumluq faktının, 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının 30.09.1969-cu ildə, 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmovun 1955-ci ildə öləmələri faktlarının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onun ana tərəfdən nənəsi 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızı ilə ana tərəfdən babası 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmovun birgə nikahından onun anası X5 anadan olmuşdur. Onun 1908-ci il təvəllüdlü atası X13 ilə 25.10.1917-ci il təvəllüdlü X3 27.07.1946-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuş, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asif Zeynallı küçəsi 54 saylı evdə yaşamışlar. Valideynlərinin birgə nikahından o, xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ana nənəsi Xanım-ana İskəndər qızı Bakı şəhəri S.Rəhmanov küçəsi 77 saylı evdə qeydiyyatda olmaqla yaşamış və 30.09.1969-cu il tarixdə vəfat etmişdir. X3 18.05.1976-cı ildə, atası X13 26.12.1976-cı ildə, nənəsi Xanım-ana İskəndər qızı 1969-cu ildə, babası Hacı-Abuzər Məhərrəmovun 1955-ci ildə vəfat etmişdir. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asif Zeynallı küçəsi 54 saylı evə dair mirasın qəbul edilməsi üçün o, notariat kontoruna müraciət edəkən anasının doğum haqqında şəhadətnaməsi, nənə və babasının ölüm haqqında şəhadətnamələrinin olmaması müəyyən olunmuşdur. Nəticədə o, valideynlərindən qalan miras Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Asif Zeynallı küçəsi 54 saylı evə dair mirası qəbul edə bilməmişdir. Ana tərəfdən olan qohumlardan o, və xalası qızı X6. Ona görə də 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının onun nənəsi, 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmovun onun babası olmasına dair qohumluq faktının, 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının 30.09.1969-cu ildə, 1870-ci il təvəllüdlü Hacı- Abuzər Məhərrəmovun 1955-ci ildə öləmələri faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1nə, 27 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxslər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs1, 27 saylı notariat ofisinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinnin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Biləcəri VVAQ bürosu tərəfindən verilmiş şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 ilə X11 27.08.1946-cı ildə nikah daxil olmuşlar. Biləcəri VVAQ bürosu tərəfindən verilmiş İE 615490 saylı 03.07.1951-ci il tarixli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Ərizəçi xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuş atası X13, X3dır. Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-JQ 411529 saylı 20.07.1977-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 18.05.1976-cı ildə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 20.07.1977-ci il tarixdə19-B saylı akt qeydi aparılmışdır. Maştağa Bələdiyyəsinin 938 saylı 05.10.2021-ci il tarixli arayışından müəyyən olunur ki, 1951-ci il təvəllüdlü Ərizəçi babası 1870-ci il təvəllüdlü Hacı Abuzər 1955-ci ildə, nənəsi 1876-cı il təvəllüdlü X4 1969-cu ildə, anası 1917-ci il təvəllüdlü X5 1976-cı ildəvəvat etmiş və Maştağa qəsəbəsi Seyidlər qəbirstanlığında dəfn olunmuşlar. Binəqədi rayon 61 saylı MKİS-nin 61 saylı 21.09.2018-ci iltarixli arayışından müəyyən olunur ki, 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızı, qızı Mələklə birlikdə S.Rəhimov küçəsi 77 saylı evdə qeydiyyatda olmuş, vəfat etdiyi 30.İX.1969-cu il tarixədək bu evdə yaşamış, vəfat etməsi ilə bağlı qeydiyyatdan çıxarılmışdır. Sabunçu rayonu Maştağa qəsəbə icra nümayəndəliyi tərəfindən 15.05.2014-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 27.07.1992-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 167 saylı akt qeydi tərtib olunmuşdur. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 56 saylı evdə yaşayır. Bakı şəhəri Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 54 saylı evdə yaşayan Ərizəçi uzun müddətdir qonşu kimi tanıyır. Ona görə də bilir ki, Ərizəçi anası X5, ana nənəsi Xanım-ana İskəndər qızıdır. Xanım-ana İskəndər qızının ərini isə o, tanımır. Ərizəçi Ramiz adlı qardaşının olması və vəfat etməsi ona məlumdur. Məhkəmə iclasında şahid X22 ifadəsində göstərmişdir ki, o, 70 ilə yaxındır Ərizəçi ilə bağ qonşusudur. Ona görə də bilir ki, Ərizəçi anası X5, ana nənəsi Xanım-ana İskəndər qızıdır. Qonşu kimi o, Ərizəçi atası Ələkbəri, qardaşı Ramizi də tanımışdır. X5, Xanım-ana İskəndər qızı, Ələkbər, qardaşı Ramiz vəfat etmişlər. Ərizəçi ana babasını o, tanımır və görməmişdir. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, Ərizəçi onun atasının əmisi qızıdır. Ərizəçi anası X5, ana nənəsi Xanım-ana İskəndər qızı, ana babası Hacı-Abuzər Məhərrəmov olmuşdur. X5, onun anası Xanım-ana İskəndər qızı, atası X9 qəsəbəsi Seyidlər qəbirstanlığında dəfn olunmuşlar. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma xalası qızıdır. Belə ki, onun anası X8 ilə Ərizəçi anası X5 doğma bacı olmuş, onların anaları 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızı 30.09.1969-cu ildə, ataları 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmov 1955-ci ildə ölmüş və Maştağa qəsəbəsi Seyidlər qəbirstanlığında dəfn olunmuşlar. 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızı və 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmov onun və Ərizəçi ana tərəfdən nənə və babasıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs1 27.07.2021-ci il tarixli 05/Q-1465/15 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi Vətəndaşlıq vəziyyəti aktları X1 Sistemi üzrə yoxlama aparılarkən Xanım-ana İskəndər qızının və X21 ölümləri haqqında akt qeydinin aşkar edilmədiyi bildirilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin 25.10.2018-ci il tarixli 2661 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri 27 saylı notariat kontoruna Vətəndaşlıq vəziyyəti aktları X1 Sistemi üzrə yoxlama aparılarkən Xanım-ana İskəndər qızının və Hacı Abuzərin ölümü və nikahı, X2 doğumu və nikahı barədə heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının Ərizəçi nənəsi, 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmovun babası olması, 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının 30.09.1969-cu ildə, 1870-ci il təvəllüdlü Hacı- Abuzər Məhərrəmovun 1955-ci ildə öləmələri faktları öz təsdiqini tapdığından, ərizəçi bu faktları təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi ana nənəsi 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızı ilə qohumluq faktı müəyyən edilsin. 1878-ci il təvəllüdlü Xanım-ana İskəndər qızının 30.09.1969-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Ərizəçi ana babası 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmov ilə qohumluq faktı müəyyən edilsin. 1870-ci il təvəllüdlü Hacı-Abuzər Məhərrəmovun 1955-ci ildə ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar