Məhkəmə qərarları › İş №2(001)-687/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-687/2024

22.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-687/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs2 cəlb edilməklə) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 və Mülkiyyət hüquqlarının Qeydiyat İdarəsi tərəfindən 04 fevral 1998-ci il tarixdə verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, öz izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 və Mülkiyyət hüquqlarının Qeydiyat İdarəsi tərəfindən 04 fevral 1998-ci il traixdə verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. O, fərdi yaşayış evinə dair dövlət reyestrində cari dəyişikliklərin aparılması ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Lakin həmin idarədən ona xx.xx.2023-cü il tarixli imtina məktubu gəlmişdir. Belə ki, imtinaya əsas olaraq, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus olan hissəsi (J tikilisi) daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. İmtina məktubunda “Qələndər” və “Kələntərin” eyni adam olması ilə bağlı sənəd tələb olunmuşdur. Bu səbəbdən Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Doğum haqqında şəhadətnamədə və digər hüquqi faktı müəyyən edən identifikasiya sənədlərində adı Qələndər olaraq qeyd edilmişdir. Yalnız, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə verilmiş Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 və Mülkiyyət hüquqlarının Qeydiyat İdarəsi tərəfindən 04 fevral 1998-ci il tarixdə verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsində adı Kələntər olaraq göstərilib. Bu da özlüyündə mülkiyyəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasında və digər qanunvericilik aktlarında tanınan mülkiyyət hüququ ilə bağlı hüquqlarını icra edə bilmir. Bu səbəbdən yuxarıda göstərilən əsasən, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 və Mülkiyyət hüquqlarının Qeydiyat İdarəsi tərəfindən 04 fevral 1998-ci il tarixdə verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsinin ona məxsus olması faktının məhkəmə tərəfindən təsdiq olunması zərurəti vardır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ünvan 1 ünvanda yerləşən tikilinin 2sinin ona, 1-nin isə Ərizəçi məxsus olduğunu bildirib, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi həyat yoldaşıdır. Həyat yoldaşının adı Qələndər olmasına baxmayaraq, evə dair verilmiş qeydiyyat vəsiqəsində adı səhvən Kələntər olaraq yazılmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X8 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə həmkəndlidirlər və onu uşaqlıqdan tanıyır. O, təsdiq edir ki, ərizəçinin adı Qələndərdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. Qardaşının adı Qələndər olmasına baxmayaraq, evə dair verilmiş qeydiyyat vəsiqəsində adı səhvən Kələntər olaraq yazılmışdır. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1955-ci il tarixdə, Ermənistan Respublikası Razdan rayonunda anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Binəqədi qəsəbəsi, Mədən-3, korpus 117, ev 92 olmuşdur; Əmək kitabçasının lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1955-ci il tarixdə anadan olmuşdur. НЗ seriyalı ******* №-li Hərbi Biletin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1955-ci il tarixdə Ermənistan Respublikası Razdan rayonunda anadan olmuşdur. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayı evi X3 və başqalarına məxsusdur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən J tikilisi xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. Mülkiyyət hüququ 22 №-li reyestr kitabında 3384 səhifəsində 04 fevral 1998-ci il tarixdə 3601 nömrə ilə qeydə alınmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən A və K tikililərinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Maraqlı şəxs2 adına qeydə alınmış, “J” tikilisinə mülkiyyət hüququnun sahibi isə X3 məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 18 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair dövlət reyestrində cari dəyişikliklərin aparılması ilə bağlı ərizəsinə baxılmış və bildirilmişdir ki, ünvan 6 fərdi yaşayış evinin ona məxsus olan hissəsi (J) tikilisi daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. Belə ki, X1 Ərizəçi ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir; Azərbaycan Qaçqınlar Cəmiyyətinin 12/76 №-li vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1988-ci ildən qaçqındır və Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” xx.xx.1992-ci il tarixdə imzaladığı 311 saylı Qanuna və Milli Məclisin eyni tarixli 312 saylı Qərarına əsasən qaçqınlıq statusu almışdır. 21 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün məhkəmənin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsində Ərizəçi adı yanlış olaraq “Kələntər” kimi göstərilmişdir. Hazırki faktın müəyyən edilməsi ərizəçiyə mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Göründüyü kimi, ərizəçinin ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin J hissəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsində göstərilən adı şəxsiyyətini təsdiq edən sənəddəki, habelə digər rəsmi sənədlərdəki adı ilə düz gəlmir, həmin qeydiyyat vəsiqəsi isə hüquqmüəyyənedici sənəddir və ərizəçi müvafiq dövlət qurumuna sənəddə olan səhvin aradan qaldırılmasını (düzəldilərək) xahiş etsə də, lakin dövlət qurumu tərəfindən imtina cavabı almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının X2 və Mülkiyyət Hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş MH seriyalı 124514 №-li qeydiyyat vəsiqəsinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar