Məhkəmə qərarları › İş №2(001)-6923/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6923/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6923/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi Ərizəçi 26.06.1986-cı ildə Bakı şəhərində doğulması, atasının Maraqlı şəxs2, anasının Maraqlı şəxs3 Zabit qızı olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi 26.06.1986-cı ildə Bakı şəhərində doğulması, atasının Maraqlı şəxs2, anasının Maraqlı şəxs3 Zabit qızı olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi bioloji valideynləri Maraqlı şəxs2 və Maraqlı şəxs3 Zabit qızının birgə nikahından 26.06.1986-cı ildə Bakı şəhəri Binəqədi rayonu Ə.D.Məlikov adına X12 xəstəxanasında anadan olmuşdur. Maraqlı şəxs2 əmisi olan X2 övladı olmadığından o, Ərizəçi övladlığa götürmək istəyini bildirmiş, bioloji valideynlər buna etiraz etməmiş, onların şifahi razılığına əsasən 26.06.1986-cı il təvəllüdlü Ərizəçi X3 və onun həyat yoldaşı Çərkəz Habil qızına övladlığa verilmişdir. 26.06.1986-cı il təvəllüdlü Ərizəçi X2 və Çərkəz Habil qızının ailəsində və himayəsində böyümüş, övladlığa götürənlərin müraciəti əsasında Ərizəçi Sumqayıt şəhəri Corat kənd nümayəndəliyi tərəfindən 12.07.1988-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmiş, şəhadətnamədə ərizəçinin doğum tarixi 15.08.1987-ci il, valideynləri olaraq X5 və Çərkəz Habil qızı göstərilmişdir. Daha sonra Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2004-cü il tarixli 2- 609\2004 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh Sumqayıt şəhəri Corat kənd nümayəndəliyinə qarşı doğum qeydinin ləğv edilməsinə dair tələbi təmin edilərək Sumqayıt şəhəri Corat kənd sovetliyi tərəfindən 15.08.1987-ci il təvəllüdlü Ərizəçi barəsində aparılan 12.07.1988-ci il tarixli 82 saylı doğum haqqında akt qeydi ləğv edilmiş, həmin qeyd əsasında verilmiş Xİİİ-JQ seriyalı 254995 nömrəli doğum haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin vaxt hərbi xidmətdə olan Ərizəçi məhkəmə iclasında iştirakı təmin edilməmiş, bu müddət ərzində Ərizəçi doğumu baradə akt tərtib olunmamış, doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi almamışdır. Buna səbəb Ərizəçi hərbi xidmətdə olması, daha sonra iki dəfə həbsdə olması, hazırda isə 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi olmuşdur. Ona görə də Ərizəçi 26.06.1986-cı ildə Bakı şəhərində doğulması, atasının Maraqlı şəxs2, anasının Maraqlı şəxs3 Zabit qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizə ilə razılaşaraq izahatında göstərmişdir ki, o, Maraqlı şəxs3 Zabit qızı ilə 1980-ci ildə nikah daxil olmuş, birgə nikahlarından 26.06.1986cı il tarixdə Bakı şəhəri Binəqədi rayonu Ə.D.Məlikov adına X12 xəstəxanasında oğlu Abbas anadan olmuşdur. Əmisi olan X2 övladı olmadığından o, Abbası övladlığa götürmək istəyini bildirmiş, onlar etiraz etməmiş, şifahi razılığa əsasən 26.06.1986-cı il təvəllüdlü Ərizəçi X3 və onun həyat yoldaşı Çərkəz Habil qızına övladlığa verilmişdir. 26.06.1986-cı il təvəllüdlü Ərizəçi X2 və Çərkəz Habil qızının ailəsində və himayəsində yüksək səviyyədə, qayğı ilə böyümüş, övladlığa götürənlərin müraciəti əsasında Ərizəçi Sumqayıt şəhəri Corat kənd nümayəndəliyi tərəfindən 12.07.1988-ci il tarixdə doğum haqqında şəhadətnamə verilmiş, şəhadətnamədə Abbasın doğum tarixi 15.08.1987-ci il, valideynləri olaraq X5 və Çərkəz Habil qızı göstərilmişdir. 2003-cü ildə Ərizəçi hərbi xidmətə çağırılmış, həmin vaxt X2 evində gözü olan onun doğma qardaşı Ş.B.Əlizadənin təsiri nəticəsində X5 iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2004-cü il tarixli 2-609\2004 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh Sumqayıt şəhəri Corat kənd nümayəndəliyinə qarşı doğum qeydinin ləğv edilməsinə dair tələbi təmin edilərək Sumqayıt şəhəri Corat kənd sovetliyi tərəfindən 15.08.1987-ci il təvəllüdlü Ərizəçi barəsində aparılan 12.07.1988-ci il tarixli 82 saylı doğum haqqında akt qeydi ləğv edilmiş, həmin qeyd əsasında verilmiş Xİİİ-JQ seriyalı 254995 nömrəli doğum haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Həmin vaxtdan bu günədək Abbas özünə doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi almamışdır. Bunun səbəbi Abbasın hərbi xiddmətdə olması, daha sonra məhkum olunması olmuşdur. Abbasın onun və həyat yoldaşı Maraqlı şəxs3 Zabit qızının övladı olması Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2004-cü il tarixli 2-609\2004 saylı qətnaməsi ilə təsdiq olunmuşdur.Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs3 Zabit qızı Maraqlı şəxs2 izahatı ilə eyni məzmunlu izahat verib ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin, maraqlı şəxslərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Sumqayıt şəhəri Corat kənd sovetliyi tərəfindən verilmiş 12.07.1988-ci il tarixli Xİİİ– JQ 254995 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi 15.08.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X5, anası Çərkəz Habil qızıdır. Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2004-cü il tarixli 2-609\2004 saylı qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilərək Sumqayıt şəhəri Corat kənd sovetliyi tərəfindən 15.08.1987-ci il təvəllüdlü Ərizəçi barəsində aparılan 12.07.1988-ci il tarixli 82 nömrəli doğum haqqında akt qeydinin ləğv edilməsi, həmin qeyd əsasında verilmiş Xİİİ-JQ seriyalı 254995 nömrəli doğum haqqında şəhadətnamənin etibarsız sayılması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2004-cü il tarixli 2-609\2004 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Corat kənd sovetliyi tərəfindən aparılan 12.07.1982-ci il tarixli 82 nömrəli doğum haqqında akt qeydi qeyri-qanuni olmuşdur. Belə ki, doğum qeydi aparılarkən tibb müəssisəsinin arayışı, ata haqqında qeydin aparılmasına əsas verən sənəd tələb olunmamış, ata haqqında qeydin güya X5 ilə Çərkəz Habil qızı arasında 11.12.1979-cu ildə bağlanmış 21 saylı nikah haqqında şəhadətnaməyə əsasən aparıldığı göstərilsə də, məhkəmədə belə nikah qeydinin olmadığı müəyyən olunmuş, tərəflər arasında nikah faktı yalnız 03.09.2003-cü il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Doğum akt qeydində iddiaçının və həyat yoldaşının yaş hədlərinin azaldılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29.03.2004-cü il tarixli 2-609\2004 saylı qətnaməsindən daha sonra müəyyən olunur ki, iddiaçı X5 izahatında Ərizəçi atasının Maraqlı şəxs2, anasının Maraqlı şəxs3 Zabit qızı olmasını göstərmişdir. Bakı şəhəri Binəqədi rayon VVAQ şöbəsi tərəfindən verilmiş İİ-JQ 392657 saylı 16.10.1980-ci il tarixli nikahın bağlanmasına dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs2 ilə X1 16.10.1980-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 487 saylı akt qeydi tərtib olunmuşdur. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 23.05.2012-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 26.08.2006-cı il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 1165 saylı akt qeydi tərtib olunmuşdur. Sumqayıt şəhər qeydiyyat şöbəsinini 30.07.2021-ci il tarixli 05/Q-3106/09 saylı arayışından müəyyən olunur ki, Çərkəz Habil qızı 11.02.2003-cü il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 907 saylı akt qeydi tərtib olunmuşdur. Ə.D.Məlikov adına X10 Publik Hüquqi şəxsinin 07.06.2021-ci il tarixli 172 saylı məktubundan müəyyən olunur ki, Ə.D.Məlikov adına X8 arxiv şöbəsində yanğın baş verdiyindən 1986-cı ilə aid bütün sənədlər yanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 11.10.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, araşdırma zamanı 15.08.1987-ci il təvəllüdlü Ərizəçi doğumunun 12.06.1988-ci ildə Sumqayıt şəhərinin Corat icra nümayəndəliyində qeydə alındığı və həmin akt qeydinin Sumqayıt Şəhər Məhkəməsinin 28.03.2004-cü il tarixli qətnaməsi əsasında ləğv edildiyi müəyyən olunmuş, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 26.06.1986-cı il təvəllüdlü Ərizəçi doğumunun qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, X5 onun qardaşı, Çərkəz Habil qızı onun qardaşı arvadı, Maraqlı şəxs2 onun qardaşı oğludur. Maraqlı şəxs2 iki oğlu və iki qızı olmaqla dörd ğvladı vardır. 1986-cı ildə Maraqlı şəxs2 Abbas adlı oğlu anadan olmuşdur. Qardaşı Əliabbasın övladı olmadığından o, arvadı Çərkəzlə birlikdə Abbası övladılğa götürüb 18 yaşınadək onu saxlamış, öz doğma övladları kimi onun qayğısına qalmışlar. Lakin sonradan X5 digər qohumların təsiri ilə məhkəməyə müraciət edərək Abbasın doğum haqqında sənələrini ləğv etdirmişdir. O, yaxın qohum kimi təsdiq edir ki, Ərizəçi 26.06.2986-cı ildə Bakı şəhərində doğulmuş, atası Maraqlı şəxs2, anası Maraqlı şəxs3 Zabit qızıdır. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, 26.06.2986-cı ildə Bakı şəhərində doğulmuş Ərizəçi onun doğma qardaşıdır. Abbas X5 və Çərkəz Habil qızı tərəfindən övladlığa götürülmüş, onların ailəsində böyümüş, lakin sonradan qohumlar arasında olan söz-söhbət nəticəsində X5 məhkəməyə müraciət edərək Abbasın doğum haqqında sənələrini ləğv etdirmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, 26.06.2986-cı ildə Bakı şəhərində doğulmuş Ərizəçi onun doğma qardaşıdır. Abbas doğulduğu ilk gündən X5 və Çərkəz Habil qızı tərəfindən övladlığa götürülmüş, onların ailəsində böyümüş, lakin sonradan X5 məhkəməyə müraciət edərək Abbasın doğum haqqında sənələrini ləğv etdirmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Maraqlı şəxs1 11.06.2021-ci il tarixli 1444\13 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi səxsiyyət vəsiqəsi olmadığından ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi 26.06.1986-cı il tarixdə Bakı şəhərində doğulması, bioloji valideynlərinin - atasının Maraqlı şəxs2, anasının Maraqlı şəxs3 Zabit qızı olması faktı öz təsdiqini tapdığından, ərizəçi bu faktları təsdiq edə biləcək sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi 26.06.1986-cı il tarixdə Bakı şəhərində doğulması, atasının Maraqlı şəxs2, anasının Maraqlı şəxs3 Zabit qızı olması faktları müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar