Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6991/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlu, Ərizəçi İddiaçı (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq müəyyənetdim: Ərizəçi İddiaçı (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri xx.xx.1955-ci il təvəllüdlü X6 uzun müddətdir ki, psixoloji xəstəlikdən əziyyət çəkir və hal-hazırda da Respublikası Psixiatriya Xəstəxanasında müalicə alır. Hakim rəyinə görə qullu və müalicə tələb edən ciddi davranış pozuntusu və ağır dərəcəli psixi xəstəlik diaqnozu qoyulmuşdur. X2 uzun müddətdir ki müalicə etdirməklərinə baxmayaraq o, özünü idarə edə bilmir və onun hüquqlarının həyata keçirilməsi baxımından qəyyuma ehtiyacı vardır. X5 himayadarlığı özü həyata keçirir, buna görə də onun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istəyir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi qismində olan şəxs yaxın qohum deyil. Belə ki, səiş materaillarına əlavə edilmiş İİ-ЖГ seriyalı 412912 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki ərizəçi İddiaçı X1 arvadıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 114.1. və 114.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə yaxın qohumlar (valideynlər, uşaqlar, qardaş-bacılar), müvafiq icra hakimiyyəti orqanı, psixiatriya (psixonevroloji) müəssisəsi tərəfindən verilməlidir. Həmçinin, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi İddiaçı (maraqlı şəxs qismində Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə yaxın qohumlar (valideynlər, uşaqlar, qardaş-bacılar), müvafiq icra hakimiyyəti orqanı, psixiatriya (psixonevroloji) müəssisəsi tərəfindən verilməklə müraciət edilə bilər. Ərizəçi İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(001)-6991/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6991/2023
03.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver