Məhkəmə qərarları › İş №2(001)-707/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-707/2024

15.01.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-707/2024 15.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi, Ərizəçi, onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, 10 iyun 2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə 15 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək övladı – 10 iyun 2004-cü il tarixdə anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə X7 birgə nikahlarından olan X8 xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, o uzun müddətdir ki, psixi pozuntulardan əziyyət çəkir. Elvin Bayramovda uşaq yaşlarından psixi pozuntular aşkar edilmiş, lakin sonradan getdikcə bu pozuntular kəskinləşərək ağır formaya çevrilmişdir. Binəqədi rayonu 20 nömrəli uşaq poliklinikasından alınmış xx.xx.2009-cu il tarixli ambulator, stasionar xəstənin tibbi kartasına əsasən onda orta kəmağıllılıq, nitq və davranış pozuntusunun olması qeyd edilmişdir. Həmin ildə bu polikilinikadan alınmış Epikrizdə uşağın əqli inkişafdan geri qalması, bələdliliyin kobud pozulması, yaddaş pozuntusu və.s. qüsurların olması qeyd edilib. Bakı şəhəri 2 saylı X2 alınmış xx.xx.2017-cu il tarixli ambulator, stasionar xəstənin tibbi kartasına əsasən onda orta ifadə olunmuş kəmağıllılıq, kobud nitq və davranış pozuntusunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən göndərilmiş xx.xx.2018-ci il tarixli məktubda Elvin Bayramovun tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunmaqla onda uşaq autizmi, kanner sindromu orta kəmağıllıq nitq və davranış pozuntusunun olması qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda Elvin Bayramovun tibb elmləri doktoru Fuad İsmayılov tərəfindən müayinə olunmaqla onda kanner sindromu nəticəsində orta dərəcəli əqli gerilik, nitq və davranış pozuntusunun olması qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli tibbi komissiyanın rəyi əsasında oğlum hərbi xidmətə yararsız hesab edilmişdir. Bu ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2018-ci il tarixli qiymətləndirilmə rəyinə görə oğlum Elvin Bayramovda uşaq autizmi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ekspressiv nitq pozuntusu, dəqiqləşdirilməmiş ensefalopatiya diaqnozu müəyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Nazirliyi Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli qiymətləndirilmə rəyində isə Elvin Bayramovda uşaq autizmi, uşaq autizmi kanner sindromu, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta dərəcəli əqli gerilik, reseptiv nitq pozğunluğu, nitqi inkişaf etməyib, müraciət olan məzmunu anlamaması, nitq inkişafının geriliyi kimi halların mövcudluğu qeyd edilmişdir. X8 hal hazırda da xəstəxanada stasionar şəraitdə müalicə alır. Vəkil sorğusuna əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ”Respublika Psixiatriya Xəstəxanası” X11 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 13136 saylı məktubunda qeyd edilir ki, X8 xx.xx.2021-ci il tarixində yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunub, hal hazırda müalicə davam edir. Məktubun diaqnoz qeydi olan hissəsində göstərilmişdir ki, E.Bayramovda çox ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları olmaqla kənar şəxsin qulluq və nəzarətinə ehtiyacı var. Buradan da göründüyü kimi X8 öz hərəkətlərinin mənasını anlamır və öz hərəkətlərini idarə edə bilmir. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi ərizədə göstərilənləri təsdiq edib, ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi X4 anasıdır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq E.R.Bayramovun psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Ambulator məhkəmə - psixatrik ekspertizasının 09 dekabr 2023-cü il tarixli, 3431 saylı rəyində qeyd olunmuşdur ki, X1 sindromu nəticəsində orta dərəcəli əqli gerilik nitq və davranış pozuntuları ilə aşkar olunur. X8 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X4 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 10 iyun 2004-cü il tarixdə anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar