Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-711/2023 24.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi nəvəsi xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi nəvəsi xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, qızı Yeganə və nəvəsi xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5057/68 saylı evin 11 saylı mənzilində yaşayır. Qızı, yəni Rəhimin anası İ qrup əlildir. X9 Rəşad oğlu isə ruhi xəstə olmaqla İ qrup əlildir. 18 yaşı yeni tamam olan İsmayılov Rəhim Rəşad oğlu nitq, davranış pozuntusu və əqli zəiflik diaqnozu ilə uşaqlıqdan sağlamlıq imkanları məhdud olan şəxsdir. Hazırda 18 yaşı tamam olduğundan öz işlərini özü görməlidir. Lakin xəstə olduğundan müstəqil olaraq hüquqlarını həyata keçirə bilmir. Ona görə də İsmayılov Rəhim Rəşad oğluna qəyyum təyin olunmalıdır. O, Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət etmiş, lakin ona İsmayılov Rəhim Rəşad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə məhkəmə qərarından sonra X9 Rəşad oğluna qəyyum təyin oluna biləcəyi bildirilmişdir. Ona görə də nəvəsi xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ 149869 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X3 ilə İsmayılov Rəşad Sabir oğlu arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2007-ci tarixdə 07 saylı akt qeydi tərtib edilmiş, nikah pozulandan sonra arvada Mehdiyeva soyadı verilmişdir. Primorsk diyarı Vladivostok şəhər administrasiyasının Pervomay rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli İ-BC 669205 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İsmayılov Rəhim Rəşad oğlu xx.xx.2004cü il tarixdə Vladivostok şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1497 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası İsmayılov Rəşad Sabir oğlu, anası X1r. Bakı şəhəri Oktyabr rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli Vİ- JQ 300058 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.1978-ci il tarixində Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3044 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi, anası X5r. Tovuz rayon qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli, AZ-İ № 149869 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, İsmayılov Rəşad Sabir oğlunun X3 ilə olan nikahı xx.xx.2007-ci il tarixində pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07 saylı qeyd edilmiş, nikah ləğv edildikdən sonra arvada Mehdiyeva soyadı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumat vərəqəsindən müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğluna sağlamlıq imkanları məhdud uşaq kimi nitq və davranış pozuntusu ilə ağıl zəifliyi diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumat vərəqəsindən müəyyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü X2 birinci dərəcəli əlil kimi spinal amiotrofiyası aşağı ətrafların paraparezi diaqnozu qoyulmuşdur. 2 №-li KPX 9 saylı şəhər poliklinikasının 027 saylı xx.xx.2022-ci il tarixli ambulator kartadan çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi məhəllə 5057/68 saylı evin 11 saylı mənzilində qeydiyyatda olan xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlunun daima kənar şəxslərin qulluğuna və himayəsinə ehtiyacı vardır. İQ 30, Dz Ağır kəmağıllılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntusu F721. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 127 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlunda ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə aşkar olunur. İsmayılov Rəhim Rəşad oğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. İsmayılov Rəhim Rəşad oğlunun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. İsmayılov Rəhim Rəşad oğlu səhhəti ilə bağlı məhkəmə iclasında iştirak etmək iqtidarında deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlunun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü İsmayılov Rəhim Rəşad oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-711/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-711/2023
24.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver