Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7182/2022 23.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-yi tərəfindən qanunsuz olaraq ünvan 1 ünvanına (abonent kodu: **********40000) hesablanmış 1036 manat məbləğində cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Cavabdeh İB tərəfindən qaz sayğacı dəyişdirilmiş və yeni qaz sayğacı quraşdırılmışdır. Azəriqaz İB-nin işçiləri özləri plombu qırıb, qaz sayğacını dəyişdirmişlər. Sonradan isə akt tərtib edilmişdir ki, sayğacın yivli birləşməsi korroziyaya uğrayıb, sayğacın çıxış plastmas borusu deşilib. Qaz sayğacı bayırda quraşdırılıb. Sayğaca edilən müdaxilələrdən onu qoruya bilməz. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən istehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər. Göstərilənlər baxımından qeyd etməyi zəruri hesab edirəm ki, iddiaçının tələbi və onun əsaslandığı hallar qaz paylayıcısı tərəfindən tərtib edilmiş qanunsuz AKT əsasında abonentin hesabına əsassız mədaxil edilmiş borcun silinməsi ilə bağlıdır. Faktiki olaraq iddiacı qaz paylayıcısının qərarından və hərəkətindən narazıdır. Əgər iddiaçı müvafiq inhisar subyektinin hərəkətsizliyindən narazıdırsa, onun bu barədə inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürmək hüququ vardır. Belə olan halda işə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Odur ki, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddiaçıya inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153-cü və 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürmək hüququnun olması izah edilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7182/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7182/2022
23.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver