Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7206/2023 16.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh1 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 27 saylı Notariat ofisində bağlanmış, AN-İ ******* nömrəli, 26 oktyabr 2022-ci il tarixli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hüsü Hacıyev küçəsində yerləşən 5 nömrəli evə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizədə iddiaçının tələbi, öz tələblərini əsaslandırdığı hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə yönələn tələb göstərilməlidir. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (151.1, 149.2.3, 152.1.1). Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair qeyd edilən müddəaları tələb edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı yönəldilmiş tələb ifadə edilməli, iddiaçının öz tələblərini əsaslandırdığı hallar ərizədə dəqiq göstərilməli, başqa sözlə verilmiş tələb əsasında məhkəmə icraatının başlanması və tələb üzrə çıxarılacaq qərarın cavabdeh tərəfindən icrası mümkün olmalıdır. Sadalanan tələblərə cavab verməyən iddia ərizəsi üzrə icraat qeyri-mümkün hesab edilməli və hakim tərəfindən geri qaytarılmalıdır. Hazırkı iş üzrə iddiaçı iş üzrə Bakı şəhəri 27 saylı notariat ofisini cavabdeh qismində cəlb etsə də, həmin şəxsə qarşı hər hansı tələb irəli sürməmiş, iddia tələbi faktiki olaraq yalnız Cavabdeh1 qarşı yönəldilmişdir. Bu səbəbdən də hesab edirəm ki, Binəqədi Rayon ərazisində yerləşən Bakı şəhəri 27 saylı Notariat ofisi ərazi aidiyyətinin dəyişdirilməsinə nail olmaq üçün formal olaraq cavabdeh kimi cəlb edildiyindən iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Cavabdeh1 rəsmi qeydə alındığı ünvan üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 və Bakı şəhəri 27 saylı Notariat ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə, o cümlədən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya nöqsanlar aradan qaldırılmaqla müvafiq məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7206/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7206/2023
16.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver