Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7299/2024 21.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. - 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Elektron Məhkəmə Portalından çıxarışa əsasən Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN: **********). Bundan başqa iddia ərizəsinə əlavə olunan sənədlərdən görünür ki, sökülməsi tələb olunan tikili qeyri-yaşayış sahəsidir. İddia ərizəsindən aydın olur ki, iddiaçı hüquqi şəxs İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN: **********) arasında olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmış kommersiya mübahisədir. Odur ki, məhkəməyə müraciət edərkən iddiaçı iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verməklə MPM-nin məhkəmə aidiyyəti ilə bağlı müəyyən edilmiş qaydalarını pozmuşdur. Hansı ki, iddia ərizəsinin geri qaytarılmasına əsas yaratmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “özbaşına tikilidən çıxarılması, qanunsuz tikilinin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qaytarılması” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı Şirkəti tərəfindən ödənilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(001)-7299/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7299/2024
21.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver