Məhkəmə qərarları › İş №2(001)-734/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-734/2022

26.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-734/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-nə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********00000 abonent kodu üzrə 216(iki yüz on altı) manat və **********00010 abonent kodu üzrə itirilmiş qazın dəyəri olaraq hesablanmış 216(iki yüz on altı) manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X7 və mərhum atası X4 arasında Qaz paylayıcısı ilə fiziki şəxs olan İstehlakçı arasında qazın alqı-satqısı barədə 2 müqavilə bağlanmışdır ki, onlardan biri 17102 saylı və digəri isə 11.02.2014-cü il tarixində bağlanan 21644 saylı müqavilələrdir. Bu müqavilələrə əsasən mərhum atasına **********00000 və **********00010 abonent kodları verilmişdir. Həmin müqavilələrin hüquqi nəticəsi olaraq, 01.12.2013-cü il tarixində ünvan 1 ünvanındakı evinə ******* və ******* nömrəli G-4 markalı Elektron qaz sayğacları quraşdırılmışdır. Bu günə kimi cavabdehlə aralarında hər hansı narazılıq olmamış, vaxtı-vaxtında ödənişlər edilmişdir. 22.04.2021 -ci il tarixində anası Azəriqaz-ın işçisi kimi özünü təqdim edən iki nəfəri qaz sayqacını dəyişdiyini görmüşdür. İşçilər köhnə sayğacları yeniləri ilə əvəz etdiklərini və narahatçılığa heç bir səbəb olmamadığını qeyd etmişlər. Nəticədə, həmin gün ünvan 2 ünvanındakı evində köhnə iki sayğac yeni Natek Enerji G-4 mxanika markalı, 40092623 və 40092490 №-li qaz sayğacları ilə əvəz edilmişdir. Buna əsasən onlara **********00000 və **********00010 yeni abonent kodları verilmişdir. Cavabdeh tərəfindən yeni qaz sayğaclarına görə onlardan hər hansı ödəniş tələb edilməmişdir. Lakin 24.09.2021 -ci il tarixində Bildiriş-xəbərdarlıq aldıqda hər iki abonent kodu üzrə xeyli miqdarda qalıq borc olması barədə onlara xəbərdarlıq edilmiş və buna aydınlıq gətirmək üçün Azəriqaz İB X11 istismar İdarəsinə müraiət etmişdir. 28.09.2021 -ci il tarixində müraciətinə cavab olaraq İdarədən ona hər iki sayğac və abonent kodları üzrə ayrılıqda AKT və Tələbnamə təqdim olunmuşdur. 30.04.2021-ci il tarixli 29/1710-01892-1 №-li Akta əsasən tərtib olunmuş Dəymiş ziyanın bərpasına dair Tələbnamədə Xaçmaz şəhəri, keçmiş Əli Bayramov , indiki 28 May küçəsi, ev 22,abonent **********00000 olan fərdi evdən çıxarılan G-4 markalı ******* №-li sayğaca Metrologiya Departamenti, Sayğacların müayinəsi laborotoriyası tərəfindən ümumi baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqda əzik-cızıq izləri olması aşkar olunduğu, təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Dəymiş ziyanın həcminin hesablanması qaz sayğacının nominal sərfi 4 kub metr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 kub metr kimi qeyd olunmuşdur. Dəymiş ziyanın bərpasına əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı müqavilənin 2.2.4-cü bəndinə (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) və 30.04.2021 -ci il tarixli ******* №-li Akta istinad edilmişdir. İcra olunacaq tədbirlər kimi mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd olunmuşdur. Digər, 30.04.2021-ci il tarixli 29/1710-01892-1 №-li Akta əsasən tərtib olunmuş Dəymiş ziyanın bərpasna dair Tələbnamədə Xaçmaz şəhəri, keçmiş Əli Bayramov , indiki 28 May küçəsi, ev 22,abonent **********00010 olan fərdi evdən çıxarılan G-4 markalı 776808 №-li sayğaca Metrologiya Departamenti, Sayğacların müayinəsi laborotoriyası tərəfindən ümumi baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqda əzik-cızıq izlərinin olması aşkar olunduğu, təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Dəymiş ziyanın həcminin hesablanması qaz sayğacının nominal sərfi 4 kub metr orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 2160 kub metr kimi qeyd olunmuşdur. Dəymiş ziyanın bərpasına əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı müqavilənin 2.2.4-cü bəndinə (İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) və 30.04.2021 -ci il tarixli ******* №-li Akta istinad edilmişdir. İcra olunacaq tədbirlər kimi mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd olunmuşdur. Beləliklə, hesablanmış borc məbləği ilə razılaşmayaraq bildirir ki, cavabdeh tərəfindən adı keçən Aktlar tərtib olunarkən abonentin iştirakı olmamışdır, sayğaca baxış keçirilməmiş və sayğacın yenisi ilə əvəz olunması səbəbi abonentə ümumiyyətlə bildirilməmişdir.Belə olan halda, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqda əzik-cızıq izləri olması ilə əlaqədar olaraq 30.04.2021-ci il tarixli akt cavabdehin əməkdaşları tərəfindən ehtimal əsasında dəqiq müəyyən etmədən tərtib olunmuşdur. Hesab edir ki, həmin əziklərin köhnə sayğac çıxarılarkən cavabdehin işçilər kimi ehtiyyatsizlığı nəticəsində yaranma ehtimalı nəzərə alnımadan, məhz istehlakçının təqsirli hərəkətləri üzündən baş verdiyinə dair mötəbər sübut təqdim etmədən dəymiş ziyanın bərpası ilə bağlı məbləğ istehlakçıdan tutulmağı əsassızdır. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011- ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş "‘Qazdan istifadə Qaydaları’-nın 4.9-cu maddəsinə əsasən: “İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə isteiıiakçının vəsaiti hesabına qaz payiayıcısı tərəfindən həyata keçirilir. Qaz payiayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz payiayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların iexniki pasporiiarında göstərilmiş müddətdə həyarta keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən: “Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir,quraşdırılır və dəyişdirilir.” Belə olan halda cavabdeh öz tələbnaməsində icra olunacaq tədbirlərin birinci bəndində mövcud sayğac qaz təsərrüfatının layihə smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsini, lakin 2-ci bəndində itirilmiş qazın dəyərini qanuna zidd olaraq istehlakçının hesabna bərpa etməyi qərara almışdır. Göründüyü kimi, cavabdeh istinad etdiyi Qaydaların tələbini pozmuş və onun abonent koduna itirilmiş qazın dəyərini hesablayaraq iki abonent kodu üzrə müvafiq olaraq 216 (iki yüz on altı) və 216 (iki yüz on altı) manat məbləğində borc hesablamışdır. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzildiyi və daxili qulaqcıqda həqiqətən də istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığını ehtimal etsələr, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh nasaz sayğacın yenisi ilə Azəriqaz İBnin hesabına deyil, məhz istehlakçının hesabına əvəz olunmasını qərara almalı idi. Göründüyü kimi cavabdeh məntiqsiz və absurd qərar qəbul etmişdir. Cavabdeh iddia tələbinə etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, Xaçmaz şəhəri,28 May küçəs 22 və 22-10 ünvanları üzrə istehlakçının hesab nömrəsi üzrə **********00000 və **********00010 olan iddiaçının mərhum atası ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilə imzalanmışdır. Həmin müqavilə ilə istehlakçı aldığı qazın məbləğini vaxtlıvaxtında tam ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin istehlakçı “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin (istehlakçı bilərəkdən (qəsədən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır) və ilə “Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqaviləsinin (2.3.5. təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vzəifəsidir) bəndlərini pozmuşdur. Belə ki, sayğaca müdaxilə nəticəsində sərfiyyat əslində olduğundan az qeyd edilmiş, bununla da paylayıcıya ziyan vurulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB məhkəmə iclasına gəlməmiş və cavabdehin nümayəndəsi isə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə 11 fevral 2014-cü il tarixli müqaviləndən görünür ki, istehlakçı X2 məxsus Xaçmaz şəhəri, keçmiş Əli Bayramov, indiki 28 May küçəsi, ev 22 ünvanı Cavabdeh tərəfindən qazla təchiz edilmişdir. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Xaçmaz şəhəri, keçmiş Əli Bayramov, indiki 28 May küçəsi, ev 22 ünvanı üzrə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı abonent kodu **********00010 olan qaz sayğacının MSK-29/170-01892-1 30.04.2021-ci il tarixli rəyinə görə yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən olunmuş və akta əsasən dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. İş materiallarında olan abonent X2 məxsus **********00010 saylı Abonent saldosundan görünür ki, 2021-ci il üçün qalıq və akta görə hesablanmış borc 216 manat təşkil edir. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli ******* №-li “təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Xaçmaz şəhəri, keçmiş Əli Bayramov, indiki 28 May küçəsi, ev 22 ünvanı üzrə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş “G-4” markalı abonent kodu **********00000 olan qaz sayğacının MSK-29/1710-01892-1 30.04.2021-ci il tarixli rəyinə görə yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən olunmuş və akta əsasən dəymiş ziyanın hesablanması tələbi qoyulmuşdur. İş materiallarında olan abonent X2 məxsus **********00000 saylı Abonent saldosundan görünür ki, 2021-ci il üçün qalıq və akta görə hesablanmış borc 216 manat təşkil edir. İş materiallarında olan 13 avqust 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 16.02.2015-ci il tarixdə vəfat etmiş X1 qanun üzrə vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak 690 a nömrəli 27.04.1995 –ci il tarixdə X2 verilmiş Qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən 1960-cı il tarixdən tikilən mərtəbəliyi 1 yaşayış otaqlarının sayı 3, ümumi sahəsi 99,5 kv.m yaşayış sahəsi 43,5 kv.m, yardımçı sahəsi 56.0 kv.m olan fərdi yaşayış evinin 5/6 hissəsinin 1/3 hissəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, Xaçmaz şəhəri, 28 May küçəsində yerləşən 22 saylı evin 1/3 hissəsi X6, 1/3 hissəsi X5 və 1/3 hissəsi X3 xüsusi mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Xaçmaz şəhəri, keçmiş Əli Bayramov, indiki 28 May küçəsi, ev 22-də yerləşən fərdi yaşayış evinə quraşdırdığı sayğacların yararsız olmasını müəyyən edən cavabdeh həmin ünvana yeni sayğaclar quraşdırmış, daha sonra vurulmuş ziyana görə akt tərtib etmiş və istehlakçıdan hər iki sayğaca görə ayrı-ayrılıqda 216 manat pul tələb etmiş, istehlakçı isə cavabdehin tələbi ilə razılaşmamışdır. İşin mübahisəsiz olan digər hallarına Xaçmaz şəhəri, keçmiş Əli Bayramov, indiki 28 May küçəsi, ev 22 ünvanı üzrə qaz xəttlərinə quraşdırılmış qaz sayğaclarının evin daxilində deyil, mənzilin çöl hissəsində quraşdırılması aiddir. İddiaçı bildirir ki, qaz sayğaclarına hər hansı bir müdaxilə etməmişlər. Sayğaca hər hansı bir müdaxilə varsa belə onlar bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Cavabdeh tərəf isə qaz sayğacına müdaxilənin həmin ünvanda yaşayan şəxslər tərəfindən edildiyini qənaətindədir (hesablanmış cəriməyə əsasən), bununla belə məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın .... 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə görə sayğaclar üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə nəzərə alır ki, MPM-də birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Məhz cavabdeh qaz sayğaclarına müdaxilənin iddiaçı tərəfindən edildiyini sübut etməlidir. Cavabdeh tərəfindən isə bunu təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Aktlarla bağlı məhkəmə qeyd edir ki, həmin sübut özlüyündə texniki baxış nəticəsində aşkar edilmiş halları əks etdirməklə mübahisə predmetinə aid olmayan sübutdur. Belə ki, iddiaçı sözügedən sayğaclarda yoxlama zamanı aşkar edilmiş hallar barədə mübahisə etmir. Tərəflər arasındakı mübahisənin predmetini iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış sayğaclara kim tərəfindən müdaxilə olunması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının müdaxilə etdiyi bildirilən sayğacların iddiaçının yaşadığı evin daxilində deyil, çöldə, ümumi istifadə edilən yolda quraşdırılmış olması və bu səbəbdən iddiaçının sayğacları kənar müdaxilələrdən güdməsinin qeyri-mümkün olması nəzərə alınaraq müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmir. Odur ki, iddiaçının hüquq pozuntusuna yol verdiyinin öz təsdiqini tapmamasını nəzərə alaraq, məhkəmə sadalanmış qanunların tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən Xaçmaz şəhəri, keçmiş Əli Bayramov, indiki 28 May küçəsi, ev 22 ünvanına itirilmiş qaza görə **********00000 saylı abonent kodu üzrə hesablanmış borcdan 216 manat və **********00010 saylı abonent kodu üzrə hesablanmış borcdan 216 manat məbləğində borc silinməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin uzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcüdluğundan və ya təkzib edilmiş oxşar fakt ehtimalarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. ünvan 4 ünvanına itirilmiş qaza görə **********00000 saylı abonent kodu üzrə hesablanmış borcdan 216 manat və **********00010 saylı abonent kodu üzrə hesablanmış borcdan 216 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar