Məhkəmə qərarları › İş №2(001)-749/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-749/2021

30.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-749/2021 30.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahatında göstərdi ki, arvadı İddiaçı məxsus ünvan 1 ünvanında o, ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvanda heç vaxt əlavə xətt olmamışdır. Buna heç sayğacın texniki göstəriciləri də yol vermir. Əlavə xətt bir gün ərzində onun oğluna məxsus ünvanda olmuş. Oğlu öz adına olan sayğaca müdaxilə etməyə məcbur olmuş və həmin müdaxilə bir gün ərzində aradan qaldırılmışdır. Bunun İddiaçı adına olan sayğaca heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, cavabdeh iddia ərizəsinə yazılı etirazı məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2020-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mühəndisləri Rauf Rəfiyev və Azər Cəfərov abonent İddiaçı məxsus ünvan 2 D ünvanında xx.xx.2020-ci il tarixdə quraşdırılmış 76987094M1546350 nömrəli LUNA-LUN 21 tipli elektrik sayğacına baxış keçirmişlər, baxış zamanı "fərdi yaşayış evində sayğac sxemindən kənar xətdən istifadə olunur" qüsurunun aşkar olunması səbəbləri ilə bağlı NDM № 020064 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, lakin iddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir. Sonradan "xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən 13490 kvts. (2.2 kvt x (0.7 man) x 24 saat x 365 gün) = 13490 kvts x 0.11 man = 1484 man) itirilmiş elektrik enerjisinin dəyəri 1483.90 manat məbləğində müəyyən edilməklə abonentin **********6020D nömrəli abunə haqqında məlumatına daxil edilməklə ödənilməsi barədə bildiriş göndərilməsi ilə müşayət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, abonent kodu **********6020D olan İddiaçı məxsus yaşayış evində yoxlama zamanı sayğac sxemindən kənar xətdən istifadə olunması aşkarlanmış və itirilmiş elektrik enerjisinin dəyəri 1484 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 10/3986 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanına baxış zamanı sayğacdan kənar qoşulma halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2015-ci il tarixli, 190 №-li Qərarı ilə təsdiq edilmiş «xxxx» ASC-nin Nizamnaməsinin 1.2-ci bəndindən görünür ki, Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, Mülki Prosessual Məcəllənin 77.1- ci maddəsində hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, həmin maddənin 2-ci bəndində tərəflərdən birinin dövlət orqanı və müəssisəsi olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Belə olan halda hazırki iş üzrə iddiaçının cavabdeh hüquqi şəxs tərəfindən hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq, bu halda sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh “xxxx” ASC-nin üzərinə düşür, cavabdeh isə qeyd olunan vəzifəni icra edə bilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 (abonent kodu: **********6020D) hesablanmış 1483,50 manat məbləğində cərimə borcu silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 (abonent kodu: **********6020D) hesablanmış 1483,50 (min dörd yüz səksən üç manat əlli qəpik) manat məbləğində cərimə borcu silinsin. Aparılmış ekspertiza tədqiqatının 100 (yüz) manat dəyəri “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP (XİİS) hesabı Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesabı: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************1) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar