Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7555/2025 21.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı Cavabdeh qarşı “maddi ziyan və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyan və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 qanunsuz və qeyri-etik hərəkətləri nəticəsində ona dəymiş 5000 (beş min) manat məbləğində mənəvi zərərin, habelə tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin təmirinə çəkilmiş 12000 (on iki min) manat olmaqla, cəmi 17000 (on yeddi min) manat məbləğində pulun öz xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
3. Belə ki, məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəməyə kağız daşıyıcıda poçt vasitəsilə göndərildiyi halda iddia ərizəsi iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən həm imzalanmamış, həm də iddiaçı tərəfindən cavabdehin sayına görə iddia ərizəsinin surəti ərizəyə əlavə edilməmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. - Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. - Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla). - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
5. Məhkəmə qeyd edir ki, maddi ziyan və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.
6. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsi iddiaçı və ya onu imzalamağa hüququ olan şəxs tərəfindən imzalanmalı, eləcə də əgər iddia ərizəsi elektron formada təqdim edilməyibsə, o zaman iddiaçı tərəfindən iddia ərizəsinin surəti cavabdeh və üçüncü şəxslərin sayına uyğun olaraq ərizəyə əlavə edilməlidir. Bu tələblərə əməl edilməməsi mülki prosessual qanunvericiliyin imperativ tələblərinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Hazırda iddiaçı tərəfindən Cavabdeh qarşı maddi ziyan və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı iddia ərizəsi verildiyi halda həmin iddia ərizəsi həm lazımi qaydada imzalanmamış, həm də iddia ərizəsinin cavabdehə çatacaq sayda surəti ərizəyə əlavə edilməmişdir.
7. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtlərinə - cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətlərinin iddia ərizəsinə əlavə edilməsi və iddia ərizəsinin imzalanması tələbinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
8. Mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilərkən həmin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsinin də həll edilə bilməsinə dair məhkəməyə dispozitiv səlahiyyət vermişdir. Məhkəmə bu səlahiyyətindən istifadə edərək hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 140 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 152.1.1, 152.1.2, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı “maddi ziyan və mənəvi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.
2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 140 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev