Məhkəmə qərarları › İş №2(001)-775/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-775/2024

29.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-775/2024 29.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliy Sadiqov Daməd Əli oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X9 nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Binəqədi qəsəbə Bələdiyyəsi və Bakı şəhəri Biləcəri Bələdiyyəsi cəlb edilməklə) «zəbt edilmiş torpaq sahəsindən çıxarma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsinə, torpaq sahəsindən istifadəyə maneənin qadağan edilməsi tələbinə» dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Biləcəri Bələdiyyəsinin 418 saylı , 08 avqust 2005-ci il tarixli qərarı ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına, torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsinə, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılmasına və torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsinə və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Biləcəri Bələdiyyəsinin 418 saylı, 08 avqust 2005-ci il tarixli qərarı ilə Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Müvafiq olaraq ayrılmış torpaq sahəsinin yerləşdiyi yerin cizgisi işlənib hazırlanmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 10 sentyabr 2020-ci il tarixdə qərarın və ona əlavə edilmiş sənədlərin kserosurətləri ona göndərilmişdir və bu qərara heç bir dəyişiklik edilməmişdir. Həmin torpaq sahəsinə hasar çəkmək üçün 2 maşın daş tökmüşlər, Cavabdeh1 gələrək bu sahənin ona verildiyini bildirmişdir və bu torpaq sahəsi qanunsuz olaraq zəbt edilmişdir. Onu torpaq sahəsinə yaxın buraxmırlar. O, tikinti işlərini apara bilmir, torpaq sahəsinin zəbt edilməsi səbəbindən hüquqları pozulmuşdur. Qanuni şəkildə ona ayrılmış torpaq sahəsindən istifadə edə bilmir . Torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz olaraq tikinti işləri aparılmışdır, fərdi yaşayış evi inşa edilmişdir. Bu barədə o, Biləcəri Bələdiyyəsinə müraciət edərək cavabdehlərin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsini xahiş etmişdir. Bələdiyyə tərəfindən ona verilmiş cavabda qeyd olunan torpaq sahəsinin zəbt olunması və tikinti işlərinin qarşısının alınması məhkəmənin səlahiyyətinə aid olduğu bildirilmişdir. Cavabdehlər onu torpaq sahəsinə buraxmamışlar. Torpaq sahəsi cavabdehlər tərəfindən qeyri-qanuni olaraq zəbt edilmişdir. Bu barədə o, Binəqədi rayon Polis İdaərinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, işin mülki xarakteri olması səbəbindən məhkəməyə müraciət edilməsi barədə cavab verilmişdir.O, dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını və tikililəri sökmələrini tələb etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Göründüyü kimi bu torpaq sahəsi onun faktiki sahibliyinə və istifadəsinə verilmişdir. Gələcəkdə özəlləşdirilməsi hüququna malikdir, bununla bağlı da cavabdehlər tərəfindən onun hüquqları kobud şəkildə pozulmuşdur və torpaq sahəsinə daxil ola bilmir. Torpaq sahəsinin mülkiyyət vəsiqəsi olmasa da fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır və mülkiyyətə bərabər tutulmalıdır. Cavabdehlər zəbt etdikləri sahədən çıxarılmalı və torpaq sahəsində inşa edilmiş özbaşına tikililər cavabdehlərin hesabına sökülməlidir, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Həmçinin cavabdehin torpaq sahəsindən istifadəsinə törətdiyi maneələr cavabdehlərə qadağan edilməlidir və bu torpaq sahəsi ilə bağlı gələcəkdə hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı bir neçə nəfərə qarşı belə bir əsassız olaraq iddia qaldıraraq camaatın torpaqlarını ələ keçirməyə çalışırlar. Ona məxsus olan torpaq sahəsi Binəqədi Bələdiyyəsinə aiddir. Orda qardaşları ilə birlikdə bir-birinə bitişik ev tikmək üçün torpaq sahələri almışlar. Hazırda onlara məxsus torpaq sahəsində iki fərdi ev tikiləcəkdir. Həmin torpaq sahəsinə aid çıxarış olmasada Bələdiyyə sərəncamı əsasında onların faktiki mülkiyyətindədir. O, iddiaçıdan öncə həmin ərazidə torpaq alıb ev tikmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsi Biləcəri Bələdiyyəsinə aiddir. Ona məxsus torpaq sahəsi isə Binəqədi Bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri X9 nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçının hazırda tələb etdiyi torpaq sahəsi Biləcəri Bələdiyyəsinin ərazisinə məxsus torpaq sahəsidir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. Cavabehin faktiki istifadəsində olan torpaq sahəsi təmsil etdiyi qurum tərəfindən yəni Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən verilmişdir. Torpaq sahələrinə aid sxem plandanda aydın görünür ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ilə cavabdehə aid torpaq sahəsinə heç bir aiddiyyatı yoxdur. Eyni zamanda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsinin ətrafında yerləşən digər torpaq sahələri X15 aid torpaqlardır. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş üzrə Cavabdeh2 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Biləcəri Bələdiyyəsi qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. İş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon Biləcəri Bləədiyyəsinin xx.xx.2005-ci il tarixli, 418 nömrəli qərarının surətindən görünür ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə ünvan 1 ünvanda yaşayan İddiaçı Bünyat qızına ayrılması qərara alınmışdır. - Bakı şəhəri, X1 Svetlana Bünyət qızına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Biləcəri bələdiyyəsi tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan ərazidə tikinti aparan Cavabdeh1 həmin torpaq sahəsinə səlahiyyəti xx.xx.2020-ci ildə vətəndaş Cavabdeh2 etibarnamə əsasında əldə etmişdir. Vətəndaş Cavabdeh2 adına X9 xx.xx.2005-ci il tarixli 1655/1 saylı qərarı (500 kv.m) təqdim edilmişdir. Vətəndaş Cavabdeh1 qeyd olunan ərazidə hər biri 600 kv.m olan (cəmi 1800 kv.m) daha üç torpaq sahəsini əldə etməsiniə dair X9 qərarlarını və Notariat ofisinin Etibarnamələrini təqdim etmişdir. Qeyd olunan torpaq sahəsinin zəbt olunması və qanunsuz tikinti işlərinin qarşısının alınması məhkəmənin və digər inzibati orqanların səlahiyyətinə aiddir. - Bakı şəhəri, Binəqədi rayonu X9 xx.xx.2004-cü il tarixli 908/2 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaq alqı-satqısına dair xx.xx.2004-cü il tarixli aktın surətindən görünür ki, 27 may 2004-cü il tarixli, 908/2 saylı qərara əsasən X16 tərəfindən 240000 (iki yüz qırx min) manat məbləğində torpaq haqqı ödənilmişdir. - 01.02.2021-ci il tarixli “İlkin Alqı-Satqı müqaviləsi”nin surətindən görünür ki, X21 və Cavabdeh1 xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri Binəqədi rayonu X9 xx.xx.2004cü il tarixli 908/2 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində Baloğlanov (Ağalar) Etibar Ağalar oğluna ayrılmış 600 kv.m ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsi 13400 (on üç min dörd yüz) manat ikinci tərəf Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağladılar. - Bakı şəhəri, Binəqədi rayonu X9 xx.xx.2004-cü il tarixli 907/2 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X5 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaq alqı-satqısına dair xx.xx.2004-cü il tarixli aktın surətindən görünür ki, 27 may 2004-cü il tarixli, 907/2 saylı qərara əsasən X17 tərəfindən 240000 (iki yüz qırx min) manat məbləğində torpaq haqqı ödənilmişdir. - 01.02.2021-ci il tarixli “İlkin Alqı-Satqı müqaviləsi”nin surətindən görünür ki, X17 və Cavabdeh1 xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri Binəqədi rayonu X9 xx.xx.2004cü il tarixli 908/2 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində X7 ayrılmış 600 kv.m ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsi 13400 (on üç min dörd yüz) manat ikinci tərəf Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağladılar. - Bakı şəhəri, Binəqədi rayonu X9 xx.xx.2004-cü il tarixli 909/2 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X2 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaq alqı-satqısına dair xx.xx.2004-cü il tarixli aktın surətindən görünür ki, 27 may 2004-cü il tarixli, 909/2 saylı qərara əsasən X11 tərəfindən 240000 (iki yüz qırx min) manat məbləğində torpaq haqqı ödənilmişdir. - 01.02.2021-ci il tarixli “İlkin Alqı-Satqı müqaviləsi”nin surətindən görünür ki, X11 və Cavabdeh1 xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri Binəqədi rayonu X9 xx.xx.2004cü il tarixli 908/2 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində X6 ayrılmış 600 kv.m ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsi 13400 (on üç min dörd yüz) manat ikinci tərəf Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağladılar. - Binəqədi Rayonu X9 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 1655/1 saylı xx.xx.2005-ci il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas sayılan digər sənədlərlə cavabdeh Qəhrəmanova (Fərəcova) Təranə Nizami qızının adına rəsmiləşdirilmiş 500 m2 torpaq sahəsi Binəqədi qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşməklə onun adına verilmişdir. Hal-hazırda X9 sərəncamı və aidiyyatı sənədlər qanuni qüvvədədir ayrılmış torpaq sahəsi rəsmiləşdiyi vaxtdan mişar daşı ilə hasara alınaraq yararlı vəziyyətə salınmışdır. Ərazidə hər hansı tikintinin inşa edildiyi müşahidə olunmamışdır. Mübahisəli torpaq sahəsi ümumilikdə hasarla əhatə olunmuş 700 m2 sahədən ibarət olunmaqla cavabdeh Qəhrəmanova (Fərəcova) Təranə Nizami qızına 1655/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamla 500 kv.metr torpaq sahəsi ayrılmaqla və atası X12 1888 saylı, xx.xx.2005-ci il tarixli qərarla 200 kv. metr torpaq sahəsi ayrılmaqla onların istifadəsindədir. Ərazi Biləcəri qəsəbəsi ilə Binəqədi qəsəbəsini ayıran sovetlər birliyi zamanı çəkilmiş hal-hazırda fəaliyyəti dayandırılmış dəmir yol xəttinin Binəqədi qəsəbə inzibati ərazisinə aid hissəsində yerləşməklə ətrafda məskunlaşmış X9 rəsmiləşdirdiyi sənədlər əsasında tikilmiş fərdi yaşayış evlərinin arasında yerləşir. İddiaçı İsmayılova X14 qəsəbə Bələdiyyəsinin Qərarı ilə müdaxilə etməyə cəhd göstərsədə ərazinin Binəqədi qəsəbə İnzibati ərazisinə aid olduğunu, həmçinin iddiaçının təqdim etdiyi esgizdə öz əksini tapdığını onun yanlış olduğu izah olunmuşdur. - Bakı şəhəri, Binəqədi rayonu X9 xx.xx.2005-ci il tarixli 1655/1 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 500 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X3 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaq alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, 30 oktyabr 2005-ci il tarixli, 1655/1 saylı qərara əsasən X13 tərəfindən ******* (iki milyon) manat məbləğində torpaq haqqı ödənilmişdir. - Bakı şəhəri, Binəqədi rayonu X9 xx.xx.2005-ci il tarixli 1888 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi Qəsəbə ərazisindən istifadəsində olan 200 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X8 alqı-satqı qaydasında mülkiyyətinə ayrılması qərara alınmışdır. - Torpaq alqı-satqısına dair xx.xx.2005-ci il tarixli aktın surətindən görünür ki, 30 dekabr 2005-ci il tarixli, 1888 saylı qərara əsasən X18 tərəfindən 800000 (səkkiz yüz min) manat məbləğində torpaq haqqı ödənilmişdir. - xx.xx.2020-ci il tarixli “İlkin Alqı-Satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Binəqədi rayonu X9 xx.xx.2005-ci il tarixli 1655/1 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi qəsəbəsi ərazisində Cavabdeh2 ayrılmış 500 kv.m ölçülü torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsi ikinci tərəf Cavabdeh1 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağladılar. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2059 nömrəli rəyindən görünür ki, Cavabdeh1 istifadəsində olan yer olaraq təqdim olunan ərazinin ümumi sahəsinin 0,2593 ha olduğu müəyyən edilmişdir. Cavabdeh Fərəcova (Qəhrəmanova) Təranə Nizami qızına, Cavabdeh1 və İddiaçı ayrılmış sahələrinə dair tərtib olunmuş sxemlərdə tərpənməz dayaq nöqtəsindən məsafələr və koordinatlar qeyd olunmadığına görə, həmin torpaq sahələrinin yerləşmə yerini və baxış zamanı təqdim olunmuş sahə ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmadı. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə, mübahisəli torpaq sahəsinin Bələdiyyənin xx.xx.2005-ci il tarixli Qərarına əsasən iddiaçıya ayrılmasına, müvafiq hərrac vasitəsilə əldə olunmamasına, habelə iddiaçı ilə Bələdiyyə arasında sözügedən bağ ərazisinə dair alqı-satqı müqaviləsinin bağlanmamasına, eləcə də mübahisəli əmlaka iddiaçının hər hansı hüququnun müvafiq reyestrdə qeydə alınmamasına əsaslanaraq hesab edir ki, İddiaçı sözügedən daşınmaz əmlaka sahiblik imkanı hüquqi cəhətdən təmin edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının mübahisəli əmlaka sahiblik hüququ, habelə mülkiyyət hüququ, eləcə də bunun tərkibinə daxil olmuş digər hüquqları mövcud olmadığından, onun hazırki iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsini zəbt etmələri hallarını sübutetmək öhdəliyini daşıyır. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda onuda qeyd edir ki, X9 1655/1 saylı xx.xx.2005-ci il tarixli sərəncamı və torpaq sahəsinin ayrılmasına əsas sayılan digər sənədlərlə cavabdeh Qəhrəmanova (Fərəcova) Təranə Nizami qızının adına rəsmiləşdirilmiş 500 m2 torpaq sahəsi Binəqədi qəsəbəsi inzibati ərazisinin hüdudları daxilində yerləşməklə onun adına verilmişdir. Hal-hazırda X9 sərəncamı və aidiyyatı sənədlər qanuni qüvvədədir ayrılmış torpaq sahəsi rəsmiləşdiyi vaxtdan mişar daşı ilə hasara alınaraq yararlı vəziyyətə salınmışdır. Ərazidə hər hansı tikintinin inşa edildiyi müşahidə olunmamışdır. Mübahisəli torpaq sahəsi ümumilikdə hasarla əhatə olunmuş 700 m2 sahədən ibarət olunmaqla cavabdeh Qəhrəmanova (Fərəcova) Təranə Nizami qızına 1655/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamla 500 kv.metr torpaq sahəsi ayrılmaqla və atası X12 1888 saylı, xx.xx.2005-ci il tarixli qərarla 200 kv. metr torpaq sahəsi ayrılmaqla onların istifadəsindədir. Ərazi Biləcəri qəsəbəsi ilə Binəqədi qəsəbəsini ayıran sovetlər birliyi zamanı çəkilmiş halhazırda fəaliyyəti dayandırılmış dəmir yol xəttinin Binəqədi qəsəbə inzibati ərazisinə aid hissəsində yerləşməklə ətrafda məskunlaşmış X9 rəsmiləşdirdiyi sənədlər əsasında tikilmiş fərdi yaşayış evlərinin arasında yerləşir. İddiaçı İsmayılova X14 qəsəbə Bələdiyyəsinin Qərarı ilə müdaxilə etməyə cəhd göstərsədə ərazinin Binəqədi qəsəbə İnzibati ərazisinə aid olduğunu, həmçinin iddiaçının təqdim etdiyi esgizdə öz əksini tapdığını onun yanlış olduğu izah olunmuşdur. Eyni zamanda hazırda cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi X9 xx.xx.2004-cü il tarixli sərəncamı əsasında verilmiş, lakin iddiaçının tələb etdiyi torpaq sahəsi Biləcəri Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli qərar əsasında verilmişdir. Əgər məhkəmə bunu əsas götürürərsə iddiaçının cavabdehə məxsus ərazini zəbt etməsi öz əksini tapır ki, həmin zəbt olunmuş sahənin hansı istiqamətdə zəbt olunmasını məhkəmə yerli baxış keçirən zaman iddiaçı tərəfindən müəyyən edilə bilməmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, eləcə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşıı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X10, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 və 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İş üzrə ödənilmiş rüsum İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyərləri 50 (əlli) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X10, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar