Məhkəmə qərarları › İş №2(001)-776/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-776/2022

25.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-776/2022 25.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5, Cavabdeh X9 və onun nümayəndəsi (vəkili) X6 iştirakları ilə, İddiaçı cavabdehlər X12 və Cavabdeh1nə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər X12 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X16 ilə Cavabdeh1 arasında 16 avqust 2016-cı il tarixdə bağlanmış alğısatqı müqaviləsinin bağlanıldığı andan etibarsız hesab edilməsi və həmin mənzildən cavabdeh X9 ailə üzvləri ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin avqust ayınadək özünə məxsus “sovetski” deyilən ərazidə yerləşən Bakı şəhəri, M.A.Əliyev küçəsi 03 saylı evdə yaşamışdır. 24 avqust 2015-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyəti ilə arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən həmin evi 107.110 manata satdıqdan sonra özünə yeni inşa edilən binalarda 2 otaqlı yaşayış sahəsi axtarmağa başlamış, bu məqsədlə də 2015-ci ilin dekabr ayında Cavabdeh1 MMC-nin ofisinə müraciət etdiyində həmin MMC-nin direktoru Xanlar Cəfərov MMC-nin A.Məmmədov küçəsində inşa etdiyi 10 saylı binanın 9-cu mərtəbəsində dəyəri 106.500 manat olan iki otaqlı 106,50 kv.m sahəli mənzil qaldığını bildirmişdir. Binada lift işləmədiyindən onlar binanın 9-cu mərtəbəsinə qalxa bilməmişlər, lakin Xanlar müəllim ona həmin binanın üçüncü mərtəbəsində yerləşən, eyni sahəli mənzili göstərmiş, mənzili bəyəndikdən sonra 16 dekabr 2015-ci il tarixdə onlar arasında həmin mənzilə dair alğı-satqı müqaviləsi bağlanmış, həmin gün də mənzilin dəyərini MMC-nin direktoru Xanlar Cəfərova ödədikdən sonra ona mənzilin dəyərinin tam ödənilməsinə dair maliyyə arayışı təqdim edilmiş və 2016-cı ilin may ayında isə mənzilin ona hazır vəziyyətdə təhvil veriləcəyi vəd edilmişdir. Lakin Cavabdeh1 MMC-nin vədinə əməl etmədiyini görüb səbəbini aydınlaşdırmaq məqsədi ilə 2017-ci ilin yay aylarında MMC-yə müraciət etdiyində ona bildirilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2(007)-304/2017 saylı qətnaməsi ilə Cavabdeh1 MMC ilə arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bununla əlaqədar Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyində ona məlum olmuşdur ki, məhkəmə iclasında iştirakı təmin edilmədən baxılmış Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2(007)-304/2017 saylı qətnaməsi ilə iddiaçı "Avro Qrand” MMC-nin ona, X10 və X11 qarşı qaldırdığı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsinə dair tələbi qismən təmin edilmiş, Cavabdeh1 MMC ilə arasında 16 dekabr 2015-ci il tarixdə ünvan 1 ünvanda inşa olunan 9-cu mərtəbədəki 59 saylı, 106,50 kv.m sahəli, dəyəri 106.500 manat olan mənzilə dair bağlanmış alğı-satqı müqaviləsi bağlanıldığı andan etibarsız hesab edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(103)-1005/2018 saylı qətnaməsi ilə təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2(007)-304/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, cavabdeh X14 ilə Cavabdeh1 MMC-nin aralarında həmin mənzilə dair bağlanmış 01 iyun 2016-cı il tarixli müqaviləsi bağlanıldığı andan etibarsız hesab edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra – 26 oktyabr 2018ci il tarixdə Cavabdeh1 MMC-yə müraciət edərək axırıncı ilə arasında 16 dekabr 2015-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında ona satılmış və dəyəri tam ödənilmiş mənzili təmir işlərinin aparılması üçün ona təhvil verməsinə dair müraciətinə cavab olaraq Cavabdeh1 MMC-nin hüquqşünası L.Məmmədovanın 07 noyabr 2018-ci il tarixli məktubu ilə Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(103)-1005/2018 saylı qətnaməsi cavabdehə rəsmi olaraq təqdim edilmədiyini, həmin qətnaməni rəsmi aldıqdan sonra qətnamədən kassasiya şikayəti vermək niyyətində olduğunu, kassasiya qaydasında işə baxıldıqdan sonra mənzilin ona təhvil verilmə məsələsinə baxıla biləcəyi bildirilmiş olsa da, həmin qətnamə kassasiya qaydasında mübahisələndirilməmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, cavabdeh "xxxx" MMC-nin məqsədi məlum qətnaməni mübahisəndirmək olmamış, məqsədi müxtəlif bəhanələrlə mənzilini ona təhvil verməmək olmuşdur. Məcburiyyət qarşısında qalaraq 2019-cu ildə Cavabdeh1 MMC-yə qarşı axırıncı ilə arasında 16 dekabr 2015-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsasında ona satılmış ünvan 1 ünvanda yerləşən evin 9-u mərtəbəsindəki 59 saylı, 106,50 kv.m sahəli mənzilin təmir işlərin aparılması üçün ona təhvil verilməsinə dair iddia qaldırmış və cavabdehin nümayəndəsinin iştirakı ilə baxılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(001)-6003/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, ünvan 1 ünvanda yerləşən evin 9-u mərtəbəsindəki 59 saylı, 106,50 kv.m sahəli mənzilin təmir işlərinin aparılması üçün ona təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verməmişdir. İstinad edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra 06 dekabr 2019-cu ildə icraya yönəldilmiş, lakin qətnamənin icrası pandemiya dövrünə düşdüyündən icra hərəkətlərinin həyata keçirilməsi münkün olmamışdır. Nəhayət 2021-ci ildə icra sənədinin icrası ilə bağlı icra məmuru ilə birlikdə mənzilin yərləşdiyi ünvana getdiyində ona məlum olmuşdur ki, ona məxsus mənzildə cavabdeh X16 ailə üzvləri ilə birlikdə yaşayır və axırıncının icra məmuruna təqdim etdiyi alğı-satqı müqaviləsinin surətinə görə Cavabdeh1 MMC 16 dekabr 2015-ci il tarixdə dəyəri tam ödənilməklə ona satılmış həmin mənzili Cavabdeh1 MMC Cavabdeh2 ilə aralarında 16 avqust 2016-cı il tarixdə bağladıqları alğı-satqı müqaviləsi əsasında axırıncıya satmış, mənzili ona təhvil vermiş, lakin "xxxx" MMC-nin nümayəndəsi bu halları həmin məzillə bağlı mübahisələrə 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsində, 2019-cu ildə isə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən məhkəmədən gizlətmişdir. Odur ki, aşağıda göstərilmiş əsaslara görə “Avro Qrand" MMC ilə cavabdeh X9 arasında 16 avqust 2016-cı il tarixdə bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh1 MMC ilə arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli alğı-satqı müqaviləsindən və həmin tarixli maliyyə arayışdan, o cümlədən, həmin müqavilənin mübahisələndirilməsi ilə bağlı qəbul edilmiş yuxarıda istinad edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən evin 9-cu mərtəbəsindəki 59 saylı 106,50 kv.m sahəli mənzil Cavabdeh1 MMC tərəfindən ona satılmış, həmin gün də mənzilin dəyəri onun tərəfindən ödənilmişdir. Buna baxmayaraq Cavabdeh1 MMC arasında bağlanmış həmin müqavilə üzrə mənzili ona təhvil vərəcəyinə dair öhdəliyi yərinə yetirmək əvəzində artıq 16 dekabr 2015-ci il tarixdən mülkiyyətində olmayan həmin mənzili 16 avqust 2016-cı il tarixdə Cavabdeh2 Abış oğluna satmaqla Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu və Mülki Məcəllənin 152.1-ci və 324.4-cü maddələrinin tələblərini pozmuşdur. Cavabdeh X16 iddiaya qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır, ona görə də rədd edilməlidir. Belə ki, hazırki iş üzrə digər cavabdeh "xxxx" MMC ilə hazırki iş üzrə İddiaçı arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli "xxxx"nin 1-ci və 2-ci bəndlərindən görünür ki, satıcı MMC tərəfindən ünvan 3-da tikilən yaşayış binasının “5” giriş 9 mərtəbəsində 59 nömrəli iki (2) otaqlı mənzilin alıcıya verilməsi nəzərdə tutulmuşdur. Yəni həmin müqavilədən birmənalı olaraq görünür ki, alğısatqının predmeti tikilən binanın 5-ci girişinin 9-cu mərtəbəsində olan yuxarıda göstərilən mənzildir. Lakin onunla "xxxx" MMC arasında bağlanmış 16 avqust 2016-cı il tarixli "xxxx"nin 1-ci bəndindən görünür ki, ona satılmış mənzil 5-ci girişdə deyil, yəni giriş göstərilməyən 1 (bir) bloklu binanın 9-cu mərtəbəsində yerləşir ki, o, həmin mənzili tam təmir etdirmiş və artıq 5 (beş) ildir ki, ailə üzvləri ilə birlikdə orada yaşayır. Bu fakt ona dəlalət edir ki, hazırki iş üzrə iddiaçıya vaxtilə satılması ehtiva edilən mənzil, bir girişli (bloklu) binada deyil, çox girişli (bloklu) binada nəzərdə tutulmuşdur. Buna baxmayaraq, yəni iddiaçı göstərilən əhəmiyyətli fərqi nəzərə almadan mənzilləri eyniləşdirərək hazırki iddia tələbini irəli sürmüşdür. İşin bu halı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6003/2019 saylı iş üzrə 09 dekabr 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə də təsdiq olunur. Belə ki, həmin iş üzrə qətnamədən, o cümlədən qətnamənin əsaslandırıcı və nəticə hissəsindən də görünür ki, İddiaçı Cavabdeh1 MMCyə qarşı iddiasının predmeti ünvan 2 ünvanda yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 5-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 106,50 kv.m olan 59 saylı mənzildir ki, həmin mənzilin təmir işlərinin aparılması üçün iddiaçıya təhvil verilməsi qət edilmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi, ona məxsus mənzil 5-ci giriş deyil, yəni bir girişli binada yerləşir. Məhkəməyə məlumat üçün qeyd edir ki, həmin qətnamə üzrə verilmiş 2(001)-6003/2019 sayli 09 oktyabr 2019-cu il tarixli İcra vərəqəsi, tələbkar İddiaçı 16 dekabr 2015-ci il tarixli müqavilə əsasında verilməsi nəzərdə tutulan ünvan 3-da tikilən yaşayış binasının 5-ci giriş, 9-cu mərtəbə, 59 saylı 2 (iki) otaqlı mənzilin mövcud olmaması səbəbindən icra edilməmişdir. Habelə ona o da məlumdur ki, icra məmurunun göstərilən mənzillə bağlı məhkəməyə izah üçün müraciəti də təmin edilməmiş və nəticə etibarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6003/2019 saylı iş üzrə 09 oktyabr 2019-cu il tarixli qanuni qüvvəsini almış qətnaməsi icranın mümkünsüzlüyü, yəni yuxarıda qeyd edildiyi kimi, icra vərəqəsində göstərilən mənzilin mövcud olmaması səbəbindən icra edilməmiş və icra üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, ona satılmış mənzillə bağlı "xxxx" MMC ilə arasında bağlanmış 16 avqust 2016-cı il tarixli "xxxx"nin iddiaçı tərəfindən irəli sürülmüş yuxarıda göstərilən motivlə etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Ümumiyyətlə, ona məxsus mənzillə bağlı hazırki iş üzrə iddiaçının subyektiv hüququ mövcud deyil, onun subyektiv hüququ yalnız ünvan 3 ünvanda nəzərdə tutulan yaşayış binasının “5” giriş, 9 mərtəbə 59 nömrəli iki (2) otaqlı mənzillə bağlıdır. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı, onunla Cavabdeh1 MMC arasında bağlanmış 16 avqust 2016-cı il tarixli "xxxx"nin etibarsız hesab edilməsi və onun ailə üzvləri ilə birlikdə sözügedən mənzildən çıxarılmağını iddia etməkdə haqlı deyildir, yəni o, qanuni əsaslarla əldə etdiyi mənzillə bağlı heç bir subyektiv hüquqa malik deyildir. Sadalanan xüsusatlara baxmayaraq hazırki iş üzrə İddiaçı bütün yuxarıda göstərilən faktları və halları öz iddia ərizəsində göstərməmiş, mülki hüquq münasibətlərinin subyekti olaraq vicdanlılıq nümayiş etdirməyərək onları məhkəmədən gizlətmişdir. Göründüyü kimi, İddiaçı ona qarşı iddia tələbi tamamilə əssasızdır və onun təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. İddiaçı tərəf cavabdehin iddiaya etirazında istinad etdiyi hallara yazılı münasibət bildirərək göstərmişdir ki, cavabdehin etirazında qeyd edilmiş dəlillərin heç biri iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilməməlidir. Belə ki, cavabdeh X9 məhkəməyə təqdim etdiyi ünvan 5ının surətindən məlum olur ki, Cavabdeh1 MMC 13 iyul 2016-cı il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikintisini layihələndirilməsi üçün həmin MMC-yə icazə verilmişdir. Cavabdeh1 MMC ilə cavabdeh X9 aralarında bağlanmış 16 avqust 2016-cı il tarixli müqavilə isə ünvan 4 ünvanda yerləşən binanın 9-cu mərtəbəsində yerləşən dəyəri 106.300 manat olan iki otaqlı 106,80 kv.m sahəli mənzilə dair bağlanmışdır. Bu isə o deməkdir ki, Cavabdeh1 MMC-nin cavabdeh X4 mənzilin yerləşdiyi binanın ünvanı ilə ünvan 5ında Cavabdeh1 MMC-yə hündür mərtəbəli binanın inşa edilməsi üçün icazə verilmiş ünvanla eynilik təşkil etmir. Digər tərəfdən ünvan 5ının 1.1-ci bəndindən göründüyü kimi Cavabdeh1 MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində yerləşən torpaq sahəsində yaşayış binasının tikilməsinə icazə verilməsi üçün 13 iyul 2016-cı il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin sərəncamın 2.3-cü bəndinə görə ərazinin və obyektin memarlıq-planlaşdırılmasının eskiz həllinin layihələşdirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılsın. Layihələşdirmə başa çatdıqdan sonra işçi layihəsinin tam həcmdə Baş idarəyə təqdim edilsin. Sərəncamın 2.5-ci bəndinə görə bu sərəncam və memarlıq-planlaşdırına göstərişləri yalnız, layihələşdirmə üçün əsasdır və sərəncamın 3-cü bəndinə əsasən layihələşdirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icarə verilməsi barədə sərəncamın hazırlanması və tikinti işlərinə başlanması üçün əsas olan xüsusi nişanın alınması məqsədi ilə Memarlıq və Şəhərsalma Baş idarəsinə təqdim edilsin. Qeyd edilmiş sərəncam əsasında ərazinin və obyektin memarlıq-planlaşdırılmasının eskiz həllinin layihəsinin tələbi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq məhkəməyə göndərilmiş Akif İskəndərovun 24 noyabr 2016-cı il tarixli, 13/3467 saylı məktubundan görünür ki, "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, 3169-cıı məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçənin kəsişməsində yerləşən torpaq sahəsində inşa edilməsi nəzərdə tutulmuş tikilinin eskiz layihəsinin razılaşdırılması üçün 22 noyabr 2016-cı il tarixli məktubla müraciət etmiş və ünvan 5ı, 13194 saylı inşaat pasportu və 27 dekabr 2016-cı il tarixli, 18/04-3789 saylı məktub əsasında həmin tikilinin memarlıq hissəsi razılaşdırılmışdır. Beləliklə istinad edilmiş rəsmi sənədlərlə də müəyyən olunur ki, ünvan 5ı əsasında inşa edilməsi nəzərdə tutulmuş binanın eskiz layihəsi 24 noyabr 2016-cı il tarixdə razılaşdırıldığından cavabdeh X16 ilə Cavabdeh1 MMC-nin aralarında 16 avqust 2016-cı il tarixdə alğı-satqı müqaviləsi bağlanarkən həmin binanın eskiz layihəsi ümumiyyətlə mövcud olmamış, layihə 24 noyabr 2016-cı il tarixli məktubla razılaşdırıldığına görə müqavilə bağlanılan tarixdə binanın bir girişi və ya bir neçə girişi olması təsdiq olunmur. Bu hal o faktı bir daha təsdiq edir ki, cavabdehlə “Avro Qrand" MMC arasında 16 avqust 2016-cı il tarixdə bağlanmış müqavilənin ünvan 5ı əsasında hazırlanmış və 24 noyabr 2016-cı il tarixdə razılaşdırılmış tikili ilə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən “Avro Qrand" MMC ilə arasında 16 dekabr 2015-ci il tarixdə müqavilə bağlanılarkən binanın artıq 9-cu mərtəbəsi inşa edilirdi və binanın inşasının 2014-cü ildə başlaması faktı “Avro Qrand" MMC-nin İddiaçı və qeyrilərinə qarşı Bakı Şəhəri Nizami Rayon Məhkəməsində qaldırdığı iddia ərizəsi və həmin iddia ilə bağlı çıxarılmış və qanuni qüvvəsi almış Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(103)-1005/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş hallarla sübuta yetirilir. Belə ki, həmin iddia ərizəsi və istinad edilmiş apellyasiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin 16 dekabr 2015-ci il tarixli müqavilə əsasında İddiaçı satdığı ünvan 6 ünvanda inşa etdiyi hündürmərtəbəli binanın inşası 2014-cü ildə başlanmış və 2015-ci ilin dekabr ayında artıq 9-cu mərtəbəsi inşa edilirdi, həmin müqavilənin etibarsızlığını təsdiq edən sübutlar müəyyən edilmədiyindən Cavabdeh1 MMC-nin İddiaçı qarşı qaldırdığı 16 dekabr 2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair tələbi təmin edilməmişdir. Ən başlıcası isə həmin mülki iş üzrə Cavabdeh1 MMC-nin İddiaçı və qeyrilərinə qarşı 03 oktyabr 2016-cı il tarixdə qaldırdığı iddia ərizəsində mənzilin bir girişli olması və artıq X16 ilə bağladığı 16 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında axırıncıya satıldığına dair hallara istinad edilməmişdir. Bu hallar bir daha o faktı təsdiq edir ki, mübahisəli mənzilə dair "xxxx" MMC ilə cavabdeh X9 aralarında 16 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsi Bakı Apellyasiya Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(103)-1005/2018 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra qeyri-rəsmi olaraq dal tarixlə bağlanmış müqavilədir. Göstərilənlərə əsasən məhkəmədən cavabdeh X9 iddiaya etiraz ərizəsində istinad edilmiş və məhkəməyə təqdim edilmiş sübutların əsassız və işin həqiqi hallarına uyğun olmaması nəzərə alınmaqla İddiaçı cavabdehlərə qarşı qaldırdığı iddianın təmin edilməsi haqda qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X7 yuxarıda qeyd edilən məzmunlarda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq qeyd etdi ki, cavabdeh "xxxx" MMC eyni mənzili həm iddiaçıya həm də digər cavabdeh X2. Belə ki, hər iki tərəfə 59 nömrəli mənzil satılmışdır ki, bir binada da yalnız bir ədəd 59 nömrəli mənzil ola bilər. Tərəflərin müqavilələrində yeganə fərq iddiaçının müqaviləsində binanın 5 girişli olması, cavabdeh Oqtay Nuriyevin müqaviləsində isə girişin nömrəsinin göstərilməməsidir. Məhkəmə iclasında iştirak edən cavabdeh X16 yazılı etirazda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, iddiaçı haqsız yerə onun müqaviləsinin etibarsızlığını tələb edir. "xxxx" MMC ilə onun arasında 2016-cı ildə müqavilə bağlanan zaman o aldığı mənzilə baxış keçirmiş, bəyənmiş və bu mənzil üçün ödəniş etmişdir. Onun müqaviləsində hər hansı anlaşmazlıq mövcud deyil. İddiaçının mənzili müqaviləyə əsasən 5-ci girişdə olmalı idi. İddiaçı müqaviləyə özü imza çəkmiş və iradə ifadəsini bildirmişdir. 5-ci girişin mövcudluğunu isə müqavilə bağlanarkən cavabdehlə dəqiqləşdirmək vəzifəsi də iddiaçının idi. O, 2016-cı ildən öz evini təmir etdirmiş və həmin ildən də ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Hazırda onun müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas yoxdur. O, vicdanlı şəkildə haqqını ödəyərək mənzili MMC-dən təhvil almışdır. MMC ilə iddiaçı arasındakı mübahisələrin ona hər hansı aidiyyəti olmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X9 nümayəndəsi (vəkili) X13 cavabdehin izahatını müdafiə edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə olaraq bildirdi ki, hazırki mübahisə müqavilə öhdəliklərindən əmələ gələn mübahisə növüdür. Belə ki, "xxxx" MMC ilə iddiaçı arasında, habelə cavabdeh X16 arasında bağlanmış alğı-satqı müqavilələri vardır. Hər iki müqavilədə də tərəflərin və mənzillərin rekvizitləri aydın şəkildə qeyd olunmuşdur. Cavabdeh1 MMC iddiaçıya 5-ci girişdən mənzil təhvil verməyi öhdəsinə götürmüşdür, cavabdehin mənzili isə 1-ci girişdədir. Əgər MMC iddiaçının qarşısında öhdəliyini yerinə yetirə bilmirsə, iddiaçı bu zaman MMC-yə qarşı pul tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Hazırda isə iddiaçı başqa şəxsin müqaviləsinin etibarsızlığını tələb edir. Bu isə düzgün deyil. İddiaçı müqaviləni imzalayanda binanın 5 girişli olub-olmamasını aydınlaşdırmalı idi, lakin bunu etməmişdir. Göründüyü kimi, hazırki iddia tamamilə əsassızdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 MMC nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli mənzil ağı-satqısı haqqında müqavilənin surətindən görünür ki, MMC Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 5-ci girişi, 9-cu mərtəbəsində 59 nömrəli ümumi sahəsi 106.50 kv.m olan 2 otaqlı mənzilin müəyyənləşdirilmiş mənzil haqqını (106.500 manat) vaxtında ödənilməsi şərtilə sonuncuya verməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-nin 16 dekabr 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, sözügedən binanın 5-ci girişi, 9-cu mərtəbəsində yerləşən sahəsi 106.50 kv.m olan 59 saylı mənzilin ümumi dəyəri 106.500 manat məbləğində vəsait alıcı İddiaçı tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur. Cavabdeh1 MMC ilə X16 arasında bağlanmış 16 avqust 2016-cı il tarixli mənzil alğı-satqısı haqqında müqavilənin surətindən görünür ki, MMC Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 59 nömrəli ümumi sahəsi 106.50 kv.m olan 2 otaqlı mənzilin müəyyənləşdirilmiş mənzil haqqını (79.000 manat) vaxtında ödənilməsi şərtilə sonuncuya verməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-nin 16 avqust 2016-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, sözügedən binanın 9-cu mərtəbəsində yerləşən sahəsi 106.50 kv.m olan 59 saylı mənzilin ümumi dəyəri 79.000 manat məbləğində vəsait alıcı X16 tərəfindən tam ödənilmişdir, MMC-yə borcu yoxdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 fevral 2018-ci il tarixli, 2(103)-1005/2018 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2(007)-304/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh1 MMC arasında ünvan 7 ünvanda inşa olunan binanın 9-cu mərtəbəsindəki sahəsi 106,50 kv.m dəyəri 106.500 manat olan 59 saylı mənzilin alğı-satqısı barədə bağlanmış 16 dekabr 2015-ci il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi və X14 ilə Cavabdeh1 MMC arasında ünvan 7 ünvanda inşa olunan binanın 9-cu mərtəbəsindəki sahəsi 106,50 kv.m, dəyəri 106.500 manat olan 59 saylı mənzilin alğı-satqısı barədə bağlanmış 01 iyun 2016-cı il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin, cavabdeh X8 apellyasiya şikayəti isə qismən təmin edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli, 2(007)-304/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, X14 ilə Cavabdeh1 MMC arasında ünvan 7 ünvanda inşa olunan binanın 9-cu mərtəbəsindəki sahəsi 106,50 kv.m, dəyəri 106.500 manat olan 59 saylı mənzilin alğı-satqısı barədə bağlanmış 01 iyun 2016cı il tarixli müqavilənin bağlandığı andan etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2(001)- 6003/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 2 ünvanda yerləşən Cavabdeh1 MMC-yə məxsus binanın 5-ci giriş, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 106,50 kv.m olan 59 saylı mənzilin Cavabdeh1 tərəfindən təmir işlərinin aparılması üçün İddiaçı təhvil verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə tərtib edilmiş icra vərəqəsi icra olunması üçün 06 dekabr 2019-cu il tarixdə aidiyyəti üzrə icra şöbəsinə göndərilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 28 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, yaşayış binalarının layihə sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində saxlanılmır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 14 fevral 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh1 MMC tərəfindən tikilmiş yaşayış binasının Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 10 yanvar 2017-ci il tarixli 18/04 nömrəli məktubu ilə razılaşdırılmış işçi layihəsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş qovluqda olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış 10 yanvar 2017-ci il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 2016-cı il tarixli, 288 saylı sərəncamı, 13194 saylı inşaat pasportu və 27 dekabr 2016-cı il tarixli, 18/04-378 saylı məktub əsasında Binəqədi rayonu, Binəqədi şosesi, 9-cu mikrorayon, 3169-cu məhəllə, A.Məmmədov küçəsi ilə H.Seyidzadə küçəsinin kəsişməsində tikintisi nəzərdə tutulan yaşayış binasının təqdim olunmuş işçi layihəsinə baxılaraq [yaşayış binası: 1 girişli 18 mərtəbəli + mansarda (bir hissəsi - yaşayış sahəsi, digər hissəsi – qeyri yaşayış sahəsi), 1-ci mərtəbəsi, -6.00m və -3.00m səviyyələrindəki mərtəbələri - qeyri-yaşayış sahəsi; yaşayış binasına bitişik hissə: 1 mərtəbəli qeyri-yaşayış sahəsi və həyət (açıq terras), -6.60m və -3.30m səviyyələrində - avtodayanacaq; "xxxx" MMC-nin işi, LBM M.Əsgərov] onun memarlıq hissəsi razılaşdırılır. Hazırkı işdə iddiaçı, hazırda cavabdehin istifadəsində olmaqla ailə üzvləri ilə birlikdə yaşadığı mübahisəli mənzilə dair Cavabdeh1 MMC ilə 16 dekabr 2015-ci il tarixdə mənzil alğı-satqısı haqqında müqavilə bağladığı halda, sözügedən mənzilin həmin MMC tərəfindən 16 avqust 2016-cı il tarixli alğı-satqı müqaviləsi əsasında digər cavabdeh X1 istinad edərək, müvafiq iddia tələblərini irəli sürmüşdür. Cavabdeh X16 isə iddianı qəbul etməyərək bildirir ki, ona satılmış mənzil sözügedən binanın 1-ci girişinin 9-cu mərtəbəsində yerləşdiyi halda, iddiaçıya satılmış mənzil isə həmin binanın 5-ci girişinin 9cu mərtəbəsində yerləşir, başqa sözlə bir-birinə ümumiyyətlə aid deyildir. Bu mənada məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həmçinin qeyd edilməlidir ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Bu mənada məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadı. Belə ki, iddiaçı cavabdeh MMC tərəfindən Binəqədi rayonu A.Məmmədov küçəsi 10-da tikilən yaşayış binasının 9-cu mərtəbəsində 59 nömrəli ümumi sahəsi 106.50 kv.m olan 2 otaqlı mənzili ona satdıqdan sonra, eyni mənzili X3 və bununla da X16 ilə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız olduğunu bildirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Əksinə, iş materiallarında olan müqavilələrdən görünür ki, Cavabdeh1 iddiaçı ilə bağladığı alğı-satqı müqaviləsində sonuncuya verilməsi nəzərdə tutulmuş mənzilin yaşayış binasının 5-ci girişində yerləşdiyi qeyd edilmiş, X16 ilə bağlanmış müqavilədə isə yaşayış binasının girişinin nömrəsi göstərilməmişdir. Həmçinin sözügedən binanın faktiki və o cümlədən layihə sənədləri üzrə də 5 girişli deyil, 1 girişli olduğu müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh1 iddiaçı ilə bağladığı müqaviləyə əsasən yaşayış binasının 5-ci girişində yerləşən 59 nömrəli mənzilin ona verilməsi öhdəliyini yerinə yetirə bilmədiyindən, o, hazırki iddianı qaldırmışdır. Bu baxımdan məhkəmənin qənaəti həmçinin ondan ibarətdir ki, Cavabdeh1 iddiaçının qarşısında öhdəliyinin yerinə yetirməməsi X16 ilə bağlanmış müqavilənin etibarsızlığına səbəb olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 MMC ilə X16 arasında bağlanmış 16 avqust 2016-cı il tarixli mənzil alğı-satqısı haqqında müqavilə bağlanılan zaman Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlər pozulmadığından hazırki iddia tələbi müqavilənin etibarsızlığı hissəsində təmin edilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, iddianın müqaviləninin etibarsızlığı hissəsində təmin edilməməsi artıq X9 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması tələbinin də təmin edilməməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər X12 və Cavabdeh1nə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar