Məhkəmə qərarları › İş №2(001)-7767/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7767/2025

10.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7767/2025 10.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X9 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, 20 iyul 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X5 ilə 29 oktyabr 2001-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. A.Sultanova ilə nikahları 29 oktyabr 2001-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi (VVAQ) tərəfindən 616 nömrə ilə qeydiyyata alınaraq AZ-İ seriyalı 049791 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Hazırda da, o, A.Sultanova ilə rəsmi nikahdadır. X5 2025-ci ilin sentyabr ayında ağır dərəcəli hipoksik - ensefalopatiya xəstəliyi keçirmiş və bununla əlaqədar X4 yerləşdirilmişdir. Hazırda da həmin müalicə müəssisəsində huşsuz vəziyyətdə həkim nəzarətindədir. X7 tərəfindən verilmiş 212 saylı, 24 noyabr 2025-ci il tarixli arayışdan görünür ki, X5 ağır dərəcəli hipoksik ensefalopatiyagan sonrakı ağır nevroloji disfunksiyanı və vegetativ / minimal şüurlu vəziyyətə uyğun klinik tabloyu əks etdirir. Hal-hazırda şəxsin mülki əmək qabiliyyəti yoxdur. Qəyyumluq təyin edilməsi üçün tibbi məlumat kimi təqdim olunur. O, hesab edir ki, X5 hazırda hipoksik - ensefalopatiyagan sonrakı ağır nevroloji disfunksiyanı və vegetativ / minimal şüurlu vəziyyətə uyğun klinik tabloyu əks etdirdiyindən və beləliklə də A.Sultanovanın öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi X7 tərəfindən verilmiş 112 saylı, 24 noyabr 2025-ci il tarixli arayışla təsdiq edildiyindən, A.Sultanovanın hüquq və mənafelərinin müdafiəsi üçün onun üzərində qəyyum təyin edilməsi zərurəti yarandığından, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsas olduğundan, A.Sultanovanın ailə üzvü (əri) kimi mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizəsi təmin edilərək, A.Sultanova fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Ərizəçi göstərilənləri nəzərə alaraq, 20 iyul 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi X9 məhkəməyə ərizə ilə müraciət edərək, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair tələb irəli sürülmüş şəxsin həyat yoldaşı olduğunu əsas gətirməklə, onun, yəni ərizəçi X6 əsl Ərizəçi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən ərizəçi əsl Ərizəçi ilə əvəz edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA seriyalı, ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan X8 tərəfindən verilmiş arayışdan görünür ki, X1 tibbi-nervoloji statusu - huşu açıqdır. Şüuru vegetativ vəziyyət / minimal şüurlu vəziyyətə yaxın olaraq qiymətləndirilir. Gözlər spontan açıqdır, lakin vizual fiksasiya və izləmə müşahidə olunmur. Əmr və göstərişlərə cavab vermir. Zaman və məkan oriyentasiyası yoxdur. Motor və sensor afaziya qeyd olunur. Göz hərəkətləri spontan və koordinasiyasızdır. Bəbəklər izokorikdir, işığa reaksiya zəifdir. Nazolabial şırım simmetrikdir. Udma refleksi yoxdur, NG zond vasitəsilə qidalanır. Tənəffüs traxeostoma ilə aparılır, tənəffüsü ritmik və spontandır. İradi hərəkəti aktivlik müşahidə olunmur. Passiv hərəkətlər fiziki reabilitasiya tərəfindən icra olunur. Üst ərtaflarda – fleksor postur, alt ətraflarda – ekstensor postur (dekortikasiya posturu) qeydə alınır. Əzələ tonusu spastikdir. Pasiyent yataqda immobil vəziyyətdədir, təzyiq yaralarının qarşısının alınması məqsədilə profilaktik çevirmə tədbirləri aparılır. Halhazırda şəxsin mülki əmək qabiliyyəti yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 4255 saylı rəyi ilə təsdiq olunur ki, X2 hal-hazırda “kəskin başlamış damar mənşəli demensiya (ağıl zəifliyi)” müəyyən edilir. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Yoxlanılan şəxs X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2026-cı il tarixli, 492 saylı rəyi ilə təsdiq olunur ki, X2 beyin qan dövranın naməlum səbəbli kəskin pozuntusu nəticəsində yaranmış vegetativ vəziyyət aşkar olunur. X1 hazırki vəziyyəti komadan sonrakı mərhələ hesab edilən vegetativ vəziyyət kimi qiymətləndirilir. X1 huşu bərpa olunmamış, buna görə də hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətsiz hesab edilir və o, şüurlu surətdə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, xx.xx.1979-cu il təvəllüdlü X1 fəaliyyət qabiliyyətsizliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyləri ilə sübut olunduğundan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar