Məhkəmə qərarları › İş №2(001)-799/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-799/2022

08.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-799/2022 08.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxslər qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi, Maraqlı şəxs2 və Maraqlı şəxs3 cəlb edilməklə) hüquq müəyyənedici sənədin həmin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, JN - 1860B saylı, 30800118 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin AZE 0*******, FİN xxxxxxx nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi1”na, AA*******, FİN xxxxxxx nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi2”na və AZ-İ №-li 055735 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “X4”na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən onlara və ailələrinin digər üzvlərinə məxsus 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müralciət etmişlər. Lakin həmin idarə tərəfindən 26 iyul 2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1860B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyadı və ata adı arasında kəskin fərqlərin olduğu aşkar edilmişdir. Belə ki, JN-1860B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X4”, hüquq sahibi “X9” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Ərizəçi1”, hüquq sahibi “X11” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Kazımova (Cavadova) Nazımgül Rafiq qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Bütün bunlara əsasəndə yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Hətta onlara şifahi olaraq izah edilmişdir ki, məsələnin həllindən ötrü məhkəməyə müraciət etməlidilər. Məhkəmə iclasında iştirak edən ərizəçilər yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 ərizənin təmin edilməsinə etiraz etməyərək bildirdi ki, ərizəçilər onun uşaqlarıdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həm iki uşağının, həm də mərhum həyat yoldaşının ad və soyadlarında səhvlərə yol verilmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 ərizənin təmin edilməsinə etiraz etməyərək bildirdi ki, ərizəçilər onun bacısı və qardaşıdır. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum atasının, bacısının və qardaşının, ad və soyadlarında səhvlərə yol verilmişdir. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və maraqlı şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: JN-1860B saylı, 30800118 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu XDS İK-nin 28 noyabr 1991-ci il tarixli, 268 qərarı ilə bağçılıq-bostançılıq üçün 0.10 ha torpaq sahəsi Maraqlı şəxs2, X5, X6, X7 və Maraqlı şəxs3 verilmişdir. AЗ seriyalı 251478 nömrəli evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə Babaşova Qəmər Xudam qızı arasında nikah 20 iyul 1972-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Kazımova soyadı verilmişdir. AZ-T seriyalı 169932 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 21 avqust 1973-cü il təvəllüdlü Ərizəçi1 atası X4, anası isə Maraqlı şəxs2dır. İİ-ЖГ seriyalı 448845 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1974-cü il təvəllüdlü X3 atası X4, anası isə Maraqlı şəxs2dır. Vİ-ЖГ seriyalı 484080 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1979-cu il təvəllüdlü Maraqlı şəxs3 atası X4, anası isə Maraqlı şəxs2dır. AZ-İ seriyalı 153695 nömrəli nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 ilə X10 arasında nikah 26 aprel 2005-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra arvada Cavadova soyadı verilmişdir. AZE seriyalı Ərizəçi1 Azərbaycan Respublikasının vətəndaşı olmaqla 21 avqust 1973-cü il tarixdə, Lənkəran şəhərində anadan olmuşdur. Yaşayış yeri Bakı şəhəri, 4 mkr, 20 Yanvar küçəsi, ev 19B, mənzil 9-dur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 Azərbaycan Respublikasının vətəndaşı olmaqla xx xxxxxx 1974-cü il tarixdə anadan olmuşdur. AZ-İ seriyalı 055735 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 21 mart 2003-cü il tarixdə ölmüşdür. Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının Novxanı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2021-ci il tarixli arayışdan görünür ki, JN- 1860B nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Maraqlı şəxs2, X8, X9, X11 və Maraqlı şəxs3 qeyd edilsə də, əslində X4, Ərizəçi1 və Ərizəçi2dır. Düzəliş AZ- İ 055735 nömrəli ölüm haqqında şəhadətnaməyə, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə və İİ ЖГ 448845 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı 26 iyul 2021-ci il tarixli məktubdan görünür ki, onun müraciətinə baxılmış və aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1860B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adı arasında kəskin fərqlərin oldudu aşkar edilmişdir. Belə ki, JN-1860B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X4”, hüquq sahibi “X9” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində Ərizəçi1”, hüquq sahibi “X12” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Kazımova (Cavadova) Nazimgül Rafiq qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa sözügedən daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə tərəflərindən şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərizəçi1 ünvanladığı 29 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə yol verilmiş ad səhvlərinin aradan qaldırılmasına köməklik göstərilməsi barədə Ərizəçi2 və onun 17 sentyabr 2021-ci il tarixli kollektiv müraciətlərinə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyənı edilməsi barədə işlərə məhkəmə baxır. Abşeron Rayon İcra Hakimiyyətinin Ərizəçi1 və Ərizəçi2 ünvanladığı 27 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, Novxanı kəndi ərazisində yerləşməklə onlara və digər ailə üzvlərinə məxsus 0.10 hektar həyətyanı torpaq sahəsinə görə verilmiş JN - 1860B nömrəli (Torpağın mülkiyyətə verilməsinə dair) Şəhadətnamədə müvafiq düzəlişin edilməsi üçün ərizə ilə Novxanı kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə müraciət etməklə hüquq sahiblərinin ad, soyad və ata adlarının əslində necə yazılmalı olması barədə arayış əldə etməkləri tövsiyə olunmuşdur. Həmin arayışla hüquqi sənəddə müvafiq düzəlişin edilməsi üçün ƏMDX yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmələri bildirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin Ərizəçi1 ünvanladığı 04 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, onun müraciətinə baxılmış və aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1860B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahiblərinin ad, soyad və ata adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad, soyad və ata adı arasında kəskin fərqlərin oldudu aşkar edilmişdir. Belə ki, JN-1860B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq ölüm haqqında şəhadətnamədə “X4”, hüquq sahibi “X9” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində Ərizəçi1”, hüquq sahibi “X12” göstərilməsinə baxmayaraq şəxsiyyət vəsiqəsində “Kazımova (Cavadova) Nazimgül Rafiq qızı” kimi qeyd edildiyi aşkar edilmişdir. Bundan başqa sözügedən sənəd üzrə torpaq sahəsinin baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikasının Qanunun 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda qeyd edilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. 23 noyabr 2021-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki ərizənin qaldırılması üçün Ərizəçi1 tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iş üzrə maraqlı şəxslər qismində cəlb olunmuş Maraqlı şəxs2 və Maraqlı şəxs3 bir ailənin üzvləridir. Belə ki, Kazımova (Babaşova) Qəmər Xudam qızı ilə X1 birgə nikahından üç uşaq - Ərizəçi1, X10 və Maraqlı şəxs3 anadan olmuşlar. X4 21 mart 2003-cü il tarixdə ölmüşdür. 26 aprel 2005-ci il tarixdə X10 nikaha daxil olduqdan sonra ona “Cavadova” soyadı verilmişdir. Qeyd olunanlara baxmayaraq, 08 fevral 2006-cı il tarixli, JN – 1860B saylı, 30800118 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 adı yanlış olaraq “Məmmədəli”, ərizəçi Cavadova (nikaha daxil olmamışdan əvvəl olmuş soyadı Kazımova) Nazımgül Rafiq qızının soyadı və cinsi yanlış olaraq “Kazımov” və “oğlu”, X1 ata adı isə yanlış olaraq “Məmmədəli” kimi göstərilmişdir. Ərizəçilər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin idarə ərizəçilərin şəxsiyyət vəsiqəsi məlumatları ilə şəhadətnamədə göstərilən məlumatlar arasında kəskin zidiyyətlər olması səbəbindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Göründüyü kimi, ərizəçilərin və onların atalarının JN – 1860B saylı, 30800118 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən adı və ya soyadı onların şəxsiyyətlərini təsdiq edən sənəddəki və ölüm haqqında şəhadətnamədəki adları və ya soyadları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilər müvafiq dövlət qurumuna sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsələr də, dövlət qurumu tərəfindən imtina cavabı almışlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 08 fevral 2006-ci il tarixli, JN – 1860B, Kod 30800118 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər şəxslər – Maraqlı şəxs2 və Maraqlı şəxs3 ilə yanaşı Ərizəçi1, Cavadova (əvvəlki soyadı Kazımova) Nazımgül Rafiq qızına və X2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN – 1860B saylı, 30800118 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin digər şəxslər – Maraqlı şəxs2 və Maraqlı şəxs3 ilə yanaşı Ərizəçi1 (şəxsiyyət vəsiqəsi AZE 0*******, FİN xxxxxxx ), Cavadova (əvvəlki soyadı Kazımova) Nazımgül Rafiq qızına (şəxsiyyət vəsiqəsi AA*******, FİN xxxxxxx) və X2 (ölüm haqqında şəhadətnamə AZ-İ №055735) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar