Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8050/2021 08.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, 32 saylı Notariat Ofisinə və DƏDRX-ın 1 saylı Bakı ərazi idarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın ləğvi və mirasda məcburi payın tanınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, 32 saylı Notariat Ofisinə və DƏDRX-ın 1 saylı Bakı ərazi idarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın ləğvi və mirasda məcburi payın tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 32 saylı notariat kontoru tərəfindən 4 sentyabr 2018-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 13 sentyabr 2018-ci il tarixli, **********17-05101-093022 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və İddiaçı2 və İddiaçı1 mirasdan məcburi pay hüququnun tanınması ilə bağlı qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 150.1.5-ci maddəsinə əsasən iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilir; 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir; 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür, iddiaçılar iddia ərizəsində Bakı şəhəri, Binəqədi rayonu, 9a mikrorayon, Mir Cəlal küçəsi, ev 31, 39 nömrəli mənzilin 01 sentyabr 2009-cu il tarixdə X2 anası X1 adına **********17-05101-093022 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alındığını, X1 12 oktyabr 2011-ci il tarixində 32 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnaməsi əsasında 4 sentyabr 2018-ci il tarixində vəsiyyətnamə üzrə vərəsə - Cavabdeh1 miras əmlakdan tam hissədə pay almaq hüququ ilə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhdatəndamə verildiyini, həmin şəhadətnamə əsasında qeyd olunan mənzilin DƏDRX-ın 1 saylı Bakı ərazi idarəsi tərəfindən Cavabdeh1 adına 13 sentyabr 2018-ci il tarixli, **********17-05101-093022 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığını göstərmiş, lakin bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda, iddiaçılar tərəfindən iddia ərizəsində ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilməməsini də göstərilməmişdir (sübutların əldə edilməsi üçün aidiyyəti qurumlara müraciətin edilməsi, həmin müraciətə cavabın verilməməsi və ya imtina alması barədə sənədlər və s.). Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etməlidir. Bu isə o halda mümkündür ki, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi faktı və halları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunsun. Bundan əlavə, iddiaçılardan birinin soyadının ona məxsus şəxsiyyət vəsiqəsində “Məmmədzadə” göstərilməsinə baxmayaraq, iddia ərizəsində soyad “Məmmədova” göstərilmiş, həmçinin yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, 32 saylı Notariat Ofisinə və DƏDRX-ın 1 saylı Bakı ərazi idarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın ləğvi və mirasda məcburi payın tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, onlar, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları, habelə yazılı sübutları işdə iştirak edən şəxslərin sayına görə surətlərini iddia ərizəsinə əlavə etməklə və iddiaçılardan birinin soyadını düzgün göstərməklə ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-8050/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8050/2021
08.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver