Məhkəmə qərarları › İş №2(001)-8094/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8094/2021

12.10.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8094/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, SOCAR-ın İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 12 oktyabr 2021-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: SOCAR-ın İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İlk öncə o qeyd olunur ki, iddia ərizəsi özəl poçt şirkəti vasitəsi ilə məhkəməyə daxil olmuş, poçt qəbzinin üzərində göndərilmə tarixi kimi 30 sentyabr 2021-ci il, saat 10:49 qeyd olunmuş, məktubun həmin gün ərzində çatdırılması sifariş olunsa da, məktub 2021-ci ilin oktyabr ayında məhkəməyə daxil olmuşdur. Göndərişin “gün ərzində” növü ilə göndərilən məktubun bir neçə gün sonra təhvil verilməsi ilə bağlı hesab edirəm ki, poçt qəbzinin üzərindəki, məktubun göndərilmə tarixini əks etdirən məlumatlar həqiqəti əks etdirmir, iddia ərizəsi 2021-ci ilin oktyabr ayında məhkəməyə daxil olduğundan hazırki qərardad Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsin və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş, 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş sonuncu dəyişikliklər tətbiq olunmaqla tərtib olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 149.2 və 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin ... soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), ... cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. - 150.1 və 150.1.3-cü maddəsinə əsasən, iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd, 150.1.5-ci maddəsinə əsasən, iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri, 150.1.2ci maddəsin əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. - 152.1, 152.1.1, 152.1.2, 152.1.5-ci maddələrinə əsasən, hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki halda SOCAR-ın İddiaçı adından verilmiş iddia ərizəsi Vasif Əmirov adlı şəxs tərəfindən imzalanmış, Vasif Əmirovun iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən heç bir sübut iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin, cavabdehin eyniləşdirmə məlumatları da iddia ərizəsində göndərilməmiş, bu barədə sübut, habelə, iddia ərizəsinə əlavə edilmiş sübutların cavabdehə təqdim olunması üçün nüsxələri iddia ərizəsinə əlavə edilməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.6-cı maddəsinə əsasən, hazırki iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilməlidir. Ərizəyə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən isə görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: SOCAR-ın İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar