Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8204/2021 14.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qəbul olunmuş ******* nömrəli, 31.08.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 18756,75 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. -152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarında olan: -10.08.2021-ci il tarixli, 254 nömrəli və 31.08.2021-ci il tarixli, 250 nömrəli hesab fakturalara və ******* nömrəli, 31.08.2021-ci il tarixli akta əsasən, **********00096 saylı abonent kodu üzrə istehlakçı olan fiziki şəxs İddiaçı otel (VÖEN **********) fəaliyyəti növü üzrə təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində dəymiş ziyan hesablanmış və 18756,75 manat borc məbləği müəyyən edilmişdir. Elektron Məhkəmə Portalından çıxarışa əsasən, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN **********). İddia ərizəsindən aydın olur ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir və Cavabdeh İB tərəfindən hesablanmış borc məhz onun sahibkarlıq fəaliyyətindən irəli gələn borcdur. Odur ki, məhkəməyə müraciət edərkən, iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır və iddiaçıya Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-8204/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8204/2021
14.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver