Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8220/2021 18.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh1 və X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri 18 oktyabr 2021-ci il tarixdə nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 ilə Cavabdeh2 arasında 10 iyun 2021-ci il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,08 ha. ölçülü torpaq sahəsinə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması barədə 24 iyun 2021-ci il tarixli qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2 və 149.2.3-cü maddələrinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1, 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olunur ki, iddia tələbi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 10 iyun 2021-ci il tarixli bağışlama müqaviləsinin və həmin müqavilə əsasənda əmlakın Cavabdeh2 mülkiyyəti kimi aparılmış dövlət qeydiyyatının ləğvindən ibarət olsa da, iddia ərizəsinə nə həmin müqavilə, nə də əmlakın hazırki mülkiyyət sənədləri əlavə edilməmiş, beləliklə, Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbləri pozulmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 və X2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-8220/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8220/2021
18.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver