Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-825/2021 04.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-695 saylı “daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli MAS-695 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinin yararsız vəziyyətə düşdüyü xx xxxxx 2020-ci il tarixə 7165,38 manat əsas, 123,47 manat mükafat və həmin günə hesablanmış 275,58 manat dəbbə pulu, ümumilikdə 7564,43 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X15 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-695 saylı “Daxili lizinq” müqaviləsinə əsasən X1 ilə 2019-cu il buraxılışlı “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFKF520184 ban nömrəli ağ rəngli avtomobil 10300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Quliyev Cavid Zaur oğlu illik 17 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 367,22 manat ümumilikdə isə 13220 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13220 manatın 10300 manatı əsas məbləğ təşkil edir. xx xxxxxxxx 2019-cu il tarixdə X16, X8 və İddiaçı MMC arasında MAS-695 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi” bağlanmış və xx xxxxxx 2019-cu il tarixli MAS-695 saylı “daxili lizinq”müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə X8, Cavabdeh və İddiaçı MMC arasında MAS-695 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və xx xxxxxx 2019-cu il tarixli MAS-695 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin mülkiyyətində olan Cavabdeh İkram oğlunun müvəqqəti istifadəsinə verilmiş “Khazar LX” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxx 2020-ci il tarixdə yol nəqiyyat hadisəsi nəticsində tam yarasız hala düşmüşdür. 90-Pc-543 dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 2020-ci il tarixdə lizinq şirkətinin Bakı şəhərində yerləşən müvəqqəti duracağında yerləşdirilmişdir. X6 5.4cü maddəsinə əsasən lizinq obyekti məhv olduqda, oğurlandıqda həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə anoloji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxx 2020-ci il tarixində 370 manat olmuşdur. Cavabdeh lizinq şirkətinə ödənilməli olan lizinq ödənişləri ilə lizin obyektinin məhv olunması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərq xx xxxxx 2020-ci il tarixə 7165,38 manat əsas, 123,47 manat mükafat və həmin günə hesablanmış 275,58 manat dəbbə pulu, ümumilikdə 7564, 43 manat borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobil hal-hazırda MMC-dədir. Təhvil-təslim aktı və polisin sənədləri vardır. Öhdəliklə maşın bir neçə nəfərə verilib. X10 ötürüldü. Mehman Cavabdeh ötürdü. Avtomobil “Khazar” markalı avtomobildir. Maşının qiyməti və ödəniş cədvəli vardır. Maşın 10.300 manata alınıb, 13.300 manata lizinqə verilib. Daşqının xahişi əsasında Əsgərov Əsgərbalaya isə etibarnamə verilib. Qəza xx xxxxx 2020-də olmuşdur. Avtomobil tam yararsız vəziyyətə düşdüyü vaxtda ümumi borcu istəyirik. Belə hallarda avtomobil müştəriyə verilir. İstəyir düzəltdirir, istəyirsə satır. Cəmi 1 dəfə 370 manat ödəniş etmişdir. 1 aydan sonra isə hadisə olmuşdur. Hadisə vaxtından artıq faizlər dayanır. Hadisə vaxtı etibarnaməsinin də vaxtı bitib Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Buna baxmayaraq, məhkəmə işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, münsibətlər ərzində zərər çəkən o olmuşdur. Maşını atasının dostuna sürmək üçün versələr də, həmin şəxs maşınla qəza törətmişdir. Maşını ikinci əl olaraq almışlar. Onlardan əvvəl başqa adam alıb sürmüşdür. 3 ay sonra isə maşın onlara satılmışdır. Mart ayında qəza baş verdikdən kasko sığorta şirkəti bu məsələyə yaxın durmamışdır. Həmin şirkət tərəfindən maşına kasko sığortanın olmadığı qeyd edilsə də, lizinq şirkəti kasko sığortanın mövcud olduğunu demişdir. Maşını 10300 manata lizinqə götürmüşlər və 13 ay müddətinə ödənişlər etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə X17 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, MAS-695 saylı X14nə və ona 3 saylı əlavəyə əsasən İddiaçı MMC lizinq obyektini öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alan X11 müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, lizinq alan X17 isə lizinq obyektini qəbul etməyi və 36 ay müddətində, aylıq ödəniş 367,22 manat olmaqla illik 17 % ilə 13220 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdülər. İlkin ödəniş tarixi xx.xx.2019-cu il, sonuncu ödəniş tarixi xx.xx.2022-ci il olaraq müəyyən edilmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən lizinq obyekti lizinq alan tərəfindən seçilib. Müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilənin əsas məbləğini 10300 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı ilkin lizinq ödənişi edilmədən qeyd olunan məbləği 36 ay müddət ərzində illik 17 % həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlaə № 3) əsasən aparılır. Müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq alan müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyintı üzrə istifadə etməlidir. Müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı , lizinq obyektinin təmri ilə bağlı bütün xərcləri ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir. Müqavilənin 7.2-ci bəndinə əsasən lizinq alan gecikdiriən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0,3 % hesablanmaqla cərimə ödəyir. Müqavilənin 9.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə , lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq aana hər hansı bir zərərin əvəzi ödənilmədən ləğv edə bilər. İddiaçı MMC ilə X16 (öhdəlikləri ötürən) və X19 oğlu (öhdəlikləri qəbul edən) arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, MAS-695 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-695 saylı X14 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İddiaçı MMC ilə X9 (öhdəlikləri ötürən) Cavabdeh (öhdəlikləri qəbul edən) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, MAS-695 saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən İddiaçı MMC “öhdəlikləri ötürən” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-695 saylı X14 üzrə “Öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. Müqavilənin 2.4.1-ci maddəsinə əsasən öhdəlikləri qəbul edən bu müqavilə və Lizinq müqaviləsi üzrə bütün öhdəliklər yerinə yetirilməsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir; xx xxxxxx 2020-ci il tarixli təhvil-təslim aktının təsdiq edilmiş surətinə əsasən X3 və Cavabdeh iştirakı ilə lizinq obyekti olan “Khazar İX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təhvil-təslimi aparılmışdır; İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP3626384 saylı qərardan görünür ki, X2 “Khazar” minik markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.6, 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. İddiaçı MMC servis mərkəzi tərəfindən verilmiş akta əsasən “Samand” markalı, **- PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə yerində baxış zamanı müəyyən edilmişdir ki, avtomobil tamamilə yararsız vəziyyətdədir. xx xxxxxx 2020-ci il tarixli, 1794 saylı İddiaçı MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, MAS-695 saylı X14 üzrə xx xxxxx 2020-cu il tarixinə 7165,38 manat əsas borc, 123,47 manat mükafat borcu, 275,58 manat cərimə borcu olmaqla cəmi 7564,43 manat borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli, 1401 nömrəli pretenziya məktubunun surətinə əsasən cavabdehə xx xxxxxx 2019-cu il tarixli, MAS-695 saylı Daxili lizinqi müqaviləsi üzrə borcunun yarandığı bildirilmiş və həmin məbləğin ödənilməsi ondan tələb edilmiş, əks halda X6 ləğv edilməsi və yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 1220 nömrəli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehə MAS-695 saylı Daxili lizinqi müqaviləsinin 9-cu bəndinə rəhbər tutaraq müqavilənin 7 gün ərzində birtərəfli qaydada ləğv ediləcəyi və yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzinə əsasən İddiaçı MMC tərəfindən qaldırılmış iddia üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X17 arasında xx xxxxxx 2019-cu il tarixli, MAS-695 saylı X14 bağlanmış və həmin müqavilə üzrə Lizinqverən İddiaçı MMC lizinq obyekti olan “Khazar LX” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili Lizinq alan Quliyev Cavid Zaur oğluna 36 ay müddətinə lizinqə vermiş, lizinq alan Quliyev Cavid Zaur oğlu isə lizinq müqaviləsi ilə müəyyən edilmiş ödənişləri ödəniş cədvəlinə uyğun olaraq müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəməsi, habelə lizinq ödənişlərinin müqavilədə göstərilən müddətlərdə ödəmədiyinə görə hesablanacaq dəbbə pulu ödəməyi barədə öhdəlik götürmüşdür. Daha sonra, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən qeyd olunan müqavilə üzrə öhdəliklər X4, xx xxxxxx 2020-ci il tarixli müqaviləyə əsasən isə Cavabdeh ötürülmüşdür. Lakin Cavabdeh İkram oğlu xx xxxxxx 2019-cu il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Həmçinin lizinq obyekti nəqliyyat hadisəsi nəticəsində yarasız hala düşmüşdür. Nəticədə cavabdehin iddiaçıya 7165,38 manat məbləğində əsas, 123,47 manat məbləğində mükafat, 275,58 manat məbləğində hesablanmış cərimə, cəmi 7564,43 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-1.9-cu maddəsinə əsasən Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır; 748-2.3-cü maddəsinə əsasən Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. 748-9-cu maddəsinə əsasən əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın günahı üzündən lizinq obyektinin itirilməsi və ya lizinq obyektinin öz funksiyalarının itirməsi lizinq alanı lizinq müqaviləsi üzrə öhdəliklərindən azad etmir. 750-ci maddəsinə əsasən Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, lizinq obyekti lizin alanın təqsiri ucbatından tamamilə yararsız hala düşmüşdür. İddiaçı lizinq obyektinin yararsız hala düşdüyü vaxtdan, yəni xx xxxxx 2020-ci il tarixdən müqavilənin sonuna qədər olan əsas borcu, xx xxxxx 2020-ci il tarixə olan mükafat və cərimə borcunu tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, xx.xx.2019-cu il tarixli X6 5.4cü bəndində qeyd edilmişdir ki, Lizinq obyekti məhv olduqda, oğurlandıqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan- 1)müqaviləyə əsasən ödəniş cədvəlinə uyğun olaraq lizinq ödənişlərini öhdəlik tam icra edilənə qədər ödəmək;2) Lizinq müqaviləsi üzrə ödənilməmiş əsas borcu tamamilə, mükafat məbləği və cəriməni isə məhv olma anına hesablanmaqla ödəmək;3) öz hesabına bu müqviləyə əsasən istifadəsinə verilmiş Lizinq obyektinə analoji olan əmlak əldə etmək və Lizinq verənin mülkiyyətinə rəsmiləşdirmək kimi hərəkətlərdən birini dərhal həyata keçirməlidir. Müqavilədən və Mülki Məcəllənin 748-7.1-ci maddəsindən göründüyü kimi Lizinq alan əmlakın tamamilə məhv edilməsi riskini daşıdığından müqavilə üzrə öhdəliyin sonuna qədər olan lizinq ödənişlərini və məhv olma anına qədər cərimə və mükafatı lizinq verənə ödəməlidir. Yaranmış borc məbləği təqdim edilmiş maliyyə arayışı ilə sübut olunur və cavabdeh tərəfindən əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, xx xxxxxx 2019-cu il tarixli, MAS-695 saylı X14 üzrə lizinq alan Cavabdeh əsas borc üzrə 7165,38 manat, mükafat borcu üzrə isə 123,47 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Lakin tələb olunan cərimə borcu ilə bağlı isə məhkəmə hesab edir ki, tənasüblük qorunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, yaranmış borcu nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu endirilməli və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə, iddia tələbinin müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bundan başqa müqavilənin 9.1-ci bəndində qeyd edilmişdir ki, lizinq alan lizinq obyektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə , lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, lizinq alana hər hansı bir zərərin əvəzi ödənilmədən ləğv edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, həmçinin lizinq obyekti xx.xx.2020-ci il tarixli akta əsasən yarasız halda olduğundan müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS-695 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh 7165,38 manat məbləğində əsas, 123,47 manat məbləğində mükafat, 100 manat məbləğində dəbbə pulu, ümumilikdə 7388,85 manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli MAS- 695 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 7165,38 (yeddi min yüz altmış beş manat, otuz səkkiz) manat məbləğində əsas, 123,47 (bir yüz iyirmi üç manat, qırx yeddi qəpik) manat məbləğində mükafat, 100 (yüz) manat məbləğində dəbbə pulu, ümumilikdə 7388,85 (yeddi min üç yüz səksən səkkiz manat, səksən beş qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-825/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-825/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver