Məhkəmə qərarları › İş №2(001)-8279/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8279/2021

21.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8279/2021 21.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, 32 saylı Notariat Ofisinə və DƏDRX-ın 1 saylı Bakı ərazi idarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın ləğvi və mirasda məcburi payın tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən e t d i :ṁ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, 32 saylı Notariat Ofisinə və DƏDRX-ın 1 saylı Bakı ərazi idarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın ləğvi və mirasda məcburi payın tanınması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək etmişdir. Daha sonra İddiaçı2 qanuni nümayəndəsi X1 21 oktyabr 2021-ci il tarixli ərizə ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, iddiaçının iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara a l d ı m: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, 32 saylı Notariat Ofisinə və DƏDRX-ın 1 saylı Bakı ərazi idarəsinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və çıxarışın ləğvi və mirasda məcburi payın tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar