Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-829/2021 12.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi ilə Ərizəçi (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyası) maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı Fərzəliyeva Suel Məmmədəli qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və onun Fərzəliyeva Suel Məmmədəli qızına qəyyum təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 2002-ci il təvəllüdlü, 18 yaşlı, simptomatik epilepsiya, uşaq serebral iflici, ikitərəfli qemiplegiya diaqnozlu xəstə övladı Fərzəliyeva Suel Məmmədəli qızına təkbaşına baxır. 2016-cı ildə həkim səhvi ucbatından qızında 4-cü dərəcəli skolioz xəstəliyi əmələ gəlmiş və 4-cü dərəcəli skolioz xəstəliyi diaqnozu qoyulmuşdur. Qızı 20 saylı uşaq poliklinikasında qeydiyyatda olub. Hazırda qızının 18 yaşı var və 10 saylı poliklinikada qeydiyyatdadır. Qızı hərəkət edə bilmir və əlil arabasından istifadə edir. Onun daimi qulluğa və qayğıya ehtiyacı var. 10 saylı poliklinikanın verdiyi arayışa görə qızı 1-ci qrup əlildir və kənar şəxsin qulluğuna ehtiyacı var. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçiyə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişir. Lakin xx.xx.2021-ci il tarixində məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, ərizənin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etdiyi ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilən, 0096003AACT9 saylı müayinə barədə məlumatdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Fərzəliyeva Suel Məmmədəli qızı üçün ümumi xəstəlik səbəbindən müddətsiz əlillik müəyyən edilmiş və ona G680.0 kvadrop spastik srebral iflic, Tetraplegik uşaq serebral iflici (anadangəlmə), ağırlaşma M41.4 sinir-əzələ skoliozu, uşaq serebral iflici fonunda onurğanın paralitik deformasiyası, İV dərəcəli döş-bel skoliozu, ağırlaşma M21.6 pəncənin və topuqların digər qazanılma deformasiyaları, pəncənin paralitik deformasiyası, ağırlaşma G40 epilepsiya tez-tez baş verən qıcolma tutmaları diaqnozu qoyulmuşdur; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X5” X8 tərəfindən xx xxxxxx 2021-cil tarixində verilən 132 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Fərzəliyeva Suel Məmmədəli qızında orta dərəcəli əqli gerilik (uşaq serebral iflici nəticəsində) davranış pozuntuları ilə (F71) müəyyən edilmişdir və hazırki müayinə zamanı müəyyən edilən ağıl zəifliyi və davranış pozuntuları ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, Fərzəliyeva Suel Məmmədəli qızı fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir; xx.xx.2007-ci il tarixdə verilən AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır; xx.xx.2018-ci il tarixdə verilən AZE seriyalı 18548436 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və o, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9-cu maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabilyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi fəaliyyət qabiliyyətsizliyi mübahisələndirilən xx.xx.2002-ci il təvəllüdlü X1 anasıdır. X6 qızı ünvan 2 ünvanında qeydiyyatdadır. X1 psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X5” X7 məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd olunmuşdur ki, Fərzəliyeva Suel Məmmədəli qızında orta dərəcəli əqli gerilik (uşaq serebral iflici nəticəsində) davranış pozuntuları ilə (F71) müəyyən edilmişdir və hazırki müayinə zamanı müəyyən edilən ağıl zəifliyi və davranış pozuntuları ilə əlaqədar o, öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, Fərzəliyeva Suel Məmmədəli qızının fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsinə əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş materiallarına, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, şəxsin öz hərəkətlərini dərk etmək və idarə etmək baxımından fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas olduğundan ərizə təmin edilməli, xx.xx.2002-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Fərzəliyeva Suel Məmmədəli qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305-ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Fərzəliyeva Suel Məmmədəli qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-829/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-829/2021
12.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver