Məhkəmə qərarları › İş №2(001)-836/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-836/2024

29.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-836/2024 29.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, Ərizəçi iştirakı ilə, 11 mart 1961-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə dair mülki işə 15 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək arvadı – 11 mart 1961-ci il tarixdə anadan olmuş X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, arvadı xx.xx.1961-ci il təvəllüdlü X6 uzun müddətdir alsheymer xəstəliyindən əziyyət çəkir. Qeyd olunmalıdır ki, ona “Alsheymer xəstəliyi zamanı demensiya (G30.-)” diaqnozu qoyulmuşdur və 7 nömrəli Birləşmiş şəhər Xəstəxanasında qeydiyyatdadır. Dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında müalicələrdə olmuşdur. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona birinci dərəcəli əlillik verilmişdir. X6 yataq xəstəsidir, öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. Həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanına malik deyildir. O, öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyil, hərəkətlərinin mənasını anlaya bilmir. Kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanı yoxdur, əqli çatışmamazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir, danışıq qabiliyyəti yoxdur. X4 qəyyum təyin edilməsi barədə o, Bİnəqədi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. O, sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir. O, əmək qabiliyyətsizdir kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. Ona baxır, qulluq edir, onunla birlikdə yaşayır, onun fəaliyyət qabiliyyətsiz hesab edilməsi gələcəkdə ona qəyyum təyin edilməyi və onun hüquqlarının sərbəst şəkildə həyata keçirilməsi üçün vacibdir . Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edib, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X2 əridir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X5 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan ambulator məhkəmə - psixatrik ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 146 saylı rəyində qeyd olunmuşdur ki, X3 altsheymer xəstəliyi nəticəsində dərin demensiya (ağıl zəifliyi) aşkar olunur. X3 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X2 psixi vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və X2 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 11 mart 1961-ci il tarixdə anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar