Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-846/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Bakı şəhəri 9 saylı Notariat Ofisi, Bakı şəhəri 19 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Bakı şəhəri 9 saylı Notariat Ofisi, Bakı şəhəri 19 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçılar məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər cavabdehlər və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər isə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, məhkəmə iclasının digər cavabdehlərin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla bilər və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalı, habelə İddiaçı1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.3-ci maddəsinə əsasən bu Məcəllənin 170.1-ci maddəsində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Bakı şəhəri 9 saylı Notariat Ofisi, Bakı şəhəri 19 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Naziriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər qismində cəlb edilməklə) qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş çıxarışların ləğv edilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı1 tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-846/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-846/2025
05.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver