Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-873/2023 26.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi qızı xx.xx.1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qızı xx.xx.1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi qızı xx.xx.1986-cı il təvəllüdlü X7 uşaqlıqdan xəstədir, anadan gəlmə psixi xəstəlikdən əziyyət çəkir. X6 şizofreniya, xroniki psixotik hal diaqnozu qoyulmuş və o, poliklinikada dispanser qeydiyyatındadır. X7 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyil, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanına malik deyildir. X7 öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyil, hərəkətlərinin mənasını anlaya bilmir, kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanı yoxdur, əqli çatışmamazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir, danışıq qabiliyyəti yoxdur. Ərizəçi X6 qəyyum təyin edilməsi barədə ərizə ilə Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət etmiş, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməsi bildirmişdir. X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. X1 şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyil, onun əmək qabiliyyəti, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur. X6 anası baxır, qulluq edir. Ona görə də xx.xx.1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, 15 ildir şizofreniya xəstəliyindən əziyyət çəkən doğma qızı X4 əmək qabiliyyəti tamamilə yoxdur. Tibb Universitetində oxuyan qızının 3-cü kursdan sonra səhhətində olan problemlərə görə Universitet onu dispanserə müalicəyə göndərmişdir. X7 2 nömrəli xəstəxənada və Maştağada müalicə almışdır. Qızının fəaliyyət qabiliyyətli olamyan şəxs hesab edilməsi üçün müraciət etməsinin səbəbi qızına pensiya ala bilməməsidir. Ona görə də qızı xx.xx.1986-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 10 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 602 saylı məktubundan müəyyən olunur ki, 1986-cı il təvəllüdlü X4 psixiatr kabinetində qeydiyyatda olması və diaqnozu haqqında məlumatların Azərbaycan Respublikasının Psixiatriya yardım haqqında Qanununa əsasən şəxsin qanuni nümayəsindən başqa digər şəxsə verilməsinin qadağan olunması Ərizəçi bildirilmişdir. 10 saylı şəhər poliklinikasının 6325 saylı xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışının surətindən müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü X6 şizofreniya, xroniki psixotik hal diaqnozu qoyulmuşdur. Bakı şəhər 2 saylı X3 tərəfindən təqdim edilmiş xx.xx.1022-ci il tarixli 027 saylı xəstəlik tarixinin şıxarışının surətindən müəyyən olunur ki, X7 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şizofreniya hebefenik forma, fasiləsiz gedişli, psixi qüsur halı, kənar şəxslərin qulluğuna və nəzarətinə ehtiyacı olması diaqnozu ilə Bakı şəhər 2 saylı X2 stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 508 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü X5 şizofreniya hebefrenik forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Xroniki ruhi xəstəliyi ilə əlaqədar X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X7 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X7 onda müəyyən edilən şizofreniya hebefrenik forma, psixi qüsur halı formasında xroniki psixi xəstəliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Rəydən daha sonra müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü X7 məktəbə vaxtında getmiş, orta təhsil aldıqdan sonra Azərbaycan Tibb Universitetinə daxil olmuş, 3 kurs təhsil aldıqdan sonra psixi vəziyyətində dəyişikliklərin meydana gəlmiş, onda əsəbilik, yuxu pozuntusu, daha sonralar şübhələrin meydana gəlməsi, davranışının qeyriadekvatlığı biruzə verdiyi üçün Bakı şəhər RƏXD-də qeydiyyatda düşmüş, sonradan AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında, həmçinin Bakı şəhər 2 saylı X2 müalicələrdə olmuşdur. Hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici və qoruyucu müalicəni qəbul etməsi məlum olur. Psixi vəziyyəti ilə əlaqədar davranış pozuntuları biruzə verməsi, əsəbiliyi, evdə yersiz hərəkətlərə yol verməsi, qeyri-müəyyən səslər çıxarması, çox vaxt öz-özünə danışması, qorxu hissləri keçirməsi, göstərilən psixi pozuntularla əlaqədar daim kənar şəxsin köməyinə və nəzarətinə ehtiyacının olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.1986-cı il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək xx.xx.1986-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-873/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-873/2023
26.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver