Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-877/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində anadan olmuş, anası X11, atası X6r. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Bacısı mülkiyyətində olan mənzili ona bağışlamaq istədiyindən doğum haqqında şəhadətnaməsi olmadığı üçün bağışlama müqaviləsi bağlaya bilmirlər. Ona görə də, xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində doğulması, atasının X12, anasının X11 olması faktlarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı N ******** saylı 23.09.2016-cı il tarixdə 1 saylı Bakı Asan xidməti mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində anadan olmuşdur. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.12.1990-cı il tarixli V-JQ № 359979 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 ilə X7 24.12.1990-cı il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 337 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Kazımova soyadı verilmişdir. Badara kənd sovetliyi tərəfindən verilmiş 23.04.1975-cı il tarixli İ-JQ № 303728 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X4 23.04.1975-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 8 nömrəsi ilə akt qeydi tərtib edilmiş, nikaha daxil olduqdan sonra arvada Rəhimova soyadı verilmişdir. Badara kənd sovetliyi tərəfindən verilmiş 04.10.1976-cı il tarixli İV – ЖГ № 342122 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 26.07.1997-cı il tarixdə Xankəndi rayonunun Badara kəndində anadan olmuş, atası milliyəti azərbaycanlı olan X12, anası milliyəti azərbaycanlı olan X8r. 15.02.1979-cu il tarixli V-ЖГ № 373484 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 28.01.1979-cu il tarixdə Əsgəran rayonunun Badara kəndində anadan olmuş, atası milliyəti azərbaycanlı olan X12, anası milliyəti azərbaycanlı olan X8r. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, o, 02.06.1949-cu ildə Laçın rayonunun Fərraş kəndində anadan olmuş, milliyəti azərbaycanlıdır. X2 ilə birgə nikahından xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində Ərizəçi anadan olmuşdur. Ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, 01.12.1953-cü ildə Laçın rayonunun Fərraş kəndində anadan olmuş, milliyəti azərbaycanlıdır. X3 ilə birgə nikahından xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində Ərizəçi anadan olmuşdur. Ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, 28.02.1979-cu ildə Əsgəran rayonu Badara kəndində anadan olmuş, anası X11, atası X6r. xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində anadan olan Ərizəçi onun doğma bacısıdır. Ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, o, 26.07.1976-cı ildə Xocalı (Əsgəran) rayonu Badara kəndində anadan olmuş, anası X11, atası X6r. xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində anadan olan Ərizəçi onun doğma bacısıdır. Ərizəçi özünə məxsus doğum haqqında şəhadətnaməni itirmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsinin 05.11.2021-ci il tarixli 05/q-2505/13 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə 05.11.2021-ci il tarixli müraciətinə baxılaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilməsi, doğum akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı Ərizəçi xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində anadan olması, valideynlərinin X11 və X12 olması faktı öz təsdiqini tapdığından, ərizəçi bu faktları təsdiq edə biləcək sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1972-ci il tarixdə Əsgəran rayonu Badara kəndində anadan olması, anasının X11 və atasının X12 olması faktları müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-877/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-877/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver