Məhkəmə qərarları › İş №2(001)-888/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-888/2022

24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-888/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 24 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək özünə aid doğum haqqında akt qeydinin bərpa edilməsi, xx xxxxxx 1977-ci il tarixdə Ermənistanın Qafan rayonunun Kacaran şəhərində doğulmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, doğum akt qeydinin ata qrafasında X2, milliyəti “azərbaycanlı”, ana qrafasında X1, milliyəti “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, o, xx xxxxxx 1977-ci il tarixdə Ermənistanın Qafan rayonunun Kacaran şəhərində doğulmuşdur. Doğum haqqında şəhadətnaməsi naməlum vəziyyətdə itmişdir. Akt qeydinin bərpası ilə bağlı 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, müsbət cavab ala bilməmiş, buna görə də, məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi məhkəmədən göstərilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan: - AZE ******** nömrəli “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Ermənistanın Qafan rayonunda doğulmuşdur. - Ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 19 noyabr 2016-cı il tarixdə, X1 isə 26 yanvar 2008-ci il tarixdə vəfat etmişlər. - 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 13 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizə ilə həmin orqana müraciət etmiş, doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olunmadığına görə ərizənin təmini mümkün olmamış, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizəçinin xahişi əsaslı olduğuna görə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinə əsasən doğum, ... qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmə qətnaməsinə əsasən bərpa edilir. İşin faktiki halları ilə təsdiq olunur ki, ərizəçiyə doğum haqqında şəhadətnamə Ermənistanda verildiyinə və hal – hazırda həmin şəhadətnamənin alınması başqa qaydada mümkün olmadığına görə bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizədə qeyd olunan xüsusatlar sübutlarla öz təsdiqi tapdığından ərizə təmin olunaraq Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Ermənistanın Qafan rayonunun Kacaran şəhərində doğulmasına dair hüquqi fakt müəyyən edilərək doğum akt qeydi bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. - 341-ci maddəsinə əsasn vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. Ərizəçi 02 yanvar 2077-ci il tarixdə Ermənistanın Qafan rayonunun Kacaran şəhərində doğulmasına dair hüquqi fakt müəyyən edilsin, doğumun qeydi kitabında ata adı qrafasında “X2”, milliyəti “azərbaycanlı”, ana adı qrafasında “X1”, milliyyəti “azərbaycanlı” qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar