Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-899/2021 28.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Namı̇ q qızının Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya onların dəyərinin geri qaytarılmasına və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Namı̇ q qızı Cavabdeh qarşı qızıl-zinyət əşyalarının və ya onların dəyərinin geri qaytarılmasına və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Namı̇ q qızı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 06.01.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 25.03.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Toy hədiyyəsi olaraq ona dəyəri 3000 manat, çəkisi 30 qram olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət dəst, dəyəri 500 manat, çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanan platin üzərində tək brilyant qaşı olan üzük, dəyəri 500 manat, çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanan üzük, dəyəri 550 manat, çəkisi 5 qram olan 525 əyarlı qızıldan hazırlanan beşlik hədiyyə edilmişdir. Cavabdehlə münasibətləri 21.06.2019-cu il tarixdən tamamilə kəsilmiş, nikahları 06.11.2019-cu il tarixdə pozulmuşdur. Cavabdeh gecə saatlarında aralarında olan münaqişədən sonra onu evdən çıxarıb valideynlərinin evinə aparmış, ona hədiyyə verilmiş qızıl-zinət əşyalarını ondan almışdır. Cavabdeh onu mənzildən çıxardıqdan sonra onu mənzilə buraxmamış, yalnız 10 gündən sonra mənzilin açarını ona vermiş, həmin vaxt mənzildə heç bir əşya qalmamış, bütün əşyalar cavabdeh tərəfindən aparılmışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh ona məxsus qızıl-zinyət əşyalarını ona qaytarmamışdır. Nikahları pozulduqdan sonra onun himayəsində saxlanılan 25.03.2019-cu il təvəllüdlü X8 autizim xəstəliyindən əziyyət çəkdiyindən o, işləyə bilmir. Cavabdeh isə övladının müalicəsində iştirak etmir. Ona görə də Cavabdeh toy hədiyyəsi olaraq ona hədiyyə edilən dəyəri 3000 manat, çəkisi 30 qram olan 750 əyarlı qızıldan hazırlanan brilyant qaşlı boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət dəstin, dəyəri 500 manat, çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanan platin üzərində tək brilyant qaşı olan üzüyün, dəyəri 500 manat, çəkisi 5 qram olan 750 əyarlı qızıldan hazırlanan üzüyün, dəyəri 550 manat, çəkisi 5 qram olan 525 əyarlı qızıldan hazırlanan bir ədəd beşliyin və ya bu əşyaların dəyərinin alınaraq ona verilməsinə, 25.03.2019-cu il təvəllüdlü X4 üç yaşına çatana kimi uşağa baxmasına görə hər ay 190 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulmasına dair dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı Namı̇ q qızının nümayəndəsi və vəkili X3 İddiaçı izahatını təsdiq etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı Namı̇ q qızı ilə 06.01.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 25.03.2019-cu il təvəllüdlü X8 anadan olmuşdur. Nikaha daxil olarkən razılığa əsasən İddiaçı anası onlara mənzil almış, o, isə mənzili təmir edərək mənzilə tələb olunan əşyaları almışdır. İddiaçıya toy hədiyyəsi olaraq verilən əşyaları o, anası və Günel ilə birlikdə Mərkəzi Univermaqdan almışdır. İddiaçıya beşlik hədiyyə olunmasını o, görməmişdir. İddiaçı tələb etdiyi qızıl-zinət əşyalarını özü ilə aparmışdır. Həmin əşyaların iddiaçı tərəfindən nə vaxt, necə aparılması ona məlum deyildir. İddiaçı əsassız olaraq qazanc əldə etmək niyyətindədir. Ona görə qızılları apardığı halda yenidən ondan həmin əşyaları və dəyərini tələb edir. İddiaçı qızılların şəklini məhkəməyə təqdim etməklə həmin əşyaların onda olmasını bir daha təsdiq edir. Günel evdən çıxdıqdan sonra o, mənzili boşaldaraq bir həftə sonra mənzilin açarını Günelə vermiş, toy şəkillərini və video çəkilişləri məhv etmişdir. O, saç ustası olmaqla qazancı 250 manat təşkil edir. Pandemiya ilə bağlı işləyə bilmir. Nikahları pozulduqdan sonra birgə nikahlarından olan uşaq iddiaçının himayəsində saxlandığından uşağın səhhəti ilə bağlı iddiaçı ona məlumat verməlidir. Övladının müalicəyə ehtiyacının olmasını yenicə bildiyindən onun müayinə və müalicəsində iştirak etməmişdir. İddiaçının özünə görə aliment tələbi ilə razı deyildir. Övladının saxlanması üçün iddiaçıya aliment ödəyir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 12.04.2019-cu il tarixli AZ-İV № 267035 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 25.03.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2248 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06.11.2019-cu il tarixli 2(004)-4763/2019 saylı qətnaməsindən çıxarışdan müəyyən olunur ki, iddia tələbi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 06.01.2018-ci il tarixdə 1 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 25 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 25.03.2019-cu il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanması, 09.07.2019-cu il tarixdən başlayaraq 25.03.2019-cu il təvəllüdlü X1 üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, bacısı İddiaçı 21.06.2019-cu il tarixdə gecə saat birdə uşağı ilə onlara gələrkən qızılları özündə olmamış, o, yalnız uşağını götürüb mənzildən çıxa bilmişdir. Günel iki gün sonra əşyalarını götürmək üçün mənzilinə getmiş, Elman Güneli mənzildən qovmuşdur. 10 gün gözlədikdən sonra Elman mənzili boşaldaraq mənzilin açarını Günelə vermişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, qızı İddiaçı 21.06.2019-cu il tarixdə gecə saat birdə uşağı ilə birlikdə onların evinə gələrkən Elmanın onunla mübahisə etməsini, ona görə uşağını götürüb, gecə yarısı heç bir əşyasını götürmədən evdən çıxmalı olmasını demişdir. Günel iki gün sonra əşyalarını götürmək üçün mənzilinə getmiş, lakin Elman Güneli mənzildən qovmuşdur. 10 gündən sonra Elman onların evinin açarını onlara vermiş, həmin vaxt mənzildə olan bütün əşyaları Elman aparmışdır. Günelə toy hədiyəsi olaraq brilyant qaşlı bir cüt sırğa, bir ədəd qolbaq, sepdən ibarət qızıl dəsti, nişan və həri üzüyü, 5-lik hədiyyə olunmuşdur. Bakı Səhiyyə İdarəsinin prof. Ə.F.Qarayev adına 2№-li X10 tərəfindən verilən ambulator kitabçadan çıxarışın surətindən müəyyən olunur ki, 25.03.2019-cu il təvəllüdlü X7 əsas xəstəlik olaraq yoluxucu qastroenterit, yanaşı xəstəliklər olaraq ikinci anemiya ensefalopatiya diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli 9\2616 saylı rəyindən müəyyən olunur ki, 750 əyarlı 30 qram çəkidə olan brilyant qaşlı dəstin (boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət) qiyməti 2850 manat, 525 əyarlı 5 qram çəkidə beşliyin qiyməti 375 manat, 750 əyarlı 5 qram çəkidə üzüyün qiyməti 475 manat, 750 əyarlı 5 qram çəkidə brilyant qaşlı üzüyün qiyməti 475 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, iddia ərizəsində adları sadalanan qızıl-zinət əşyalarının nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 4175 manat müəyyən edilir. Zərgərlik məlumatlarının üzərində olan brilyant qaşlarının qiymətini müəyyən etmək üçün həmin brilyant qaşlara baxış keçirmədən onların keyfiyyətini müəyyən etmək mümkün olmadığından brilyant qaşlar üzrə qiymətləndirmə aparılmamışdır. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahid ifadələri və tədqiq olunan digər sübutlarla müəyyən olunmuşdur ki, ididaçı İddiaçı Namı̇ q qızına toy hədiyyəsi olaraq dəyəri 2850 manat olan 750 əyarlı 30 qram çəkidə brilyant qaşlı dəst (boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət), dəyəri 375 manat olan 525 əyarlı 5 qram çəkidə beşlik, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə üzük, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə brilyant qaşlı üzük hədiyyə olunmuşdur. Cavabdeh hədiyyə olunan qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını bildirsə də, etirazında istinad etdiyi bu halı sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehin özünün məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı mənzildən çıxarıldıqdan sonra onların birgə yaşadıqları mənzil cavabdehin istifadəsində olmuş, cavabdeh mənzildə olan əşyaları götürdükdən sonra mənzilin açarlarını iddiaçıya təhvil vermiş, mübahisəli əşyaların iddiaçıda olmasını iddia edən cavabdeh həmin əşyaların iddiaçı tərəfindən götürülməsini görməmiş, bu əşyaların nə vaxt iddiaçı tərəfindən götürlməsini isə cavabdeh bilmir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında dindirilən şahid ifadələri ilə yaşadığı mənzildən qovulan iddiaçının valideynlərinin mənzilinə gecə yarısı gəlməsi, həmin vaxt qızıl-zinət əşyalarının onun üzərində olmaması, cavabdeh iddiaçı ilə birəgə yaşadığı mənzili 10 gündən sonra boşaldaraq açarlarını iddiaçıya verməsi, bu müddət ərzində cavabdeh tərəfindən iddiaçının yaşadığı mənzilə buraxılmaması öz təsdiqini tapmışdır. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı ona hədiyyə olunan qızıl-zinət əşyalarının cavabdehdə olmasını sübuta yetirdiyindən dəyəri 2850 manat olan 750 əyarlı 30 qram çəkidə brilyant qaşlı dəst (boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət), dəyəri 375 manat olan 525 əyarlı 5 qram çəkidə beşlik, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə üzük, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə brilyant qaşlı üzük, məhkəmə aktı icra olunarkən həmin əşyalar aşkar olunmadığı halda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı Namı̇ q qızına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iddiaçının ümumi uşaqlarının 3 yaşınadək özünə görə pul tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; Azərbaycan Respublikası MPM-nin 234.2.-ci maddəsinə əsasən aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; Məhkəmə tərəflərin maddi vəziyyətini, iddiaçının xəstə övladının qayğısına qalmasını nəzərə alıb hesab edir ki, tərəflərin birgə nikahlarından olan uşaq 3 yaşına çatanadək iddiaçının özünə görə hər ay 50 manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qətnamə bu hissədə dərhal icra edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehin iddiaçının aliment tələbinə qarşı etirazına münasibət bildirib qeyd edir ki, tərəflərin birgə nikahlarından olan uşağın anasının himayəsində saxlanılması cavabdehi övladının səhhəti ilə bağlı qayğısına qalmaq, həmin uşağın qayğısına qaldığı üçün işləyə bilməyən iddiaçının minimal həddə ehtiyaclarını ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Dəyəri 2850 manat olan 750 əyarlı 30 qram çəkidə boyunbağı, bilərzik, üzük, bir cüt sırğadan ibarət brilyant qaşlı dəst, dəyəri 375 manat olan 525 əyarlı 5 qram çəkidə bir ədəd beşlik, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə üzük, dəyəri 475 manat olan 750 əyarlı 5 qram çəkidə brilyant qaşlı üzük, icra vaxtı həmin əşyalar olmadığı halda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı Namı̇ q qızına verilsin. 19.10.2020-ci il tarixdən hesablanmaqla 25.03.2019-cu il təvəllüdlü X4 3 yaşı tamam olanadək, yəni 25.03.2022-ci il tarixədək İddiaçı Namı̇ q qızına görə hər ay 50 manat aliment Cavabdeh İddiaçı Namı̇ q qızının xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 manat, ekspertiza tədqiqatının dəyərinə görə 100 manat olmaqla cəmi 130 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-899/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-899/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver