Məhkəmə qərarları › İş №2(001)-9/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9/2024

03.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9/2024 03.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxs: 50 saylı dövlət notariat ofisi) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı etibarnamə əsasında nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın (ünvan 1) alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair işdə olan eyni predmet barədə, eyni əsaslarla Binəqədi Rayon Məhkəməsinin digər hakimi N.Nəbizadənin də icraatında mülki iş vardır. Müvafiq işdə də İddiaçı eyni əsaslarla Cavabdeh1 eyni qaydada iddiaçının mərhum atası X2 inam və etibarından sui-istifadə edərək, iddiaçıya məxsus olan 48 kv.m ümumi sahəyə malik, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 06 noyabr 2016-cı il tarixdə ünvan 2qı-satqı müqaviləsi rəsmiləşdirməklə ona satmasını, alqı-satqıdan əldə edilən gəlirin xərclənərək iddiaçıya külli miqdarda ziyan vurmasını qeyd etmişdir. Həmin iş üzrə iddia tələbinə öz etirazını təqdim etmişdir. Odur ki, MPM-nin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla iş həmin məhkəmədə başqa hakimin icraatında olduğundan hazırki iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı və digər cavabdeh iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehin ərizəsini, hazırki mülki işin materiallarını, məhkəmənin icraatında olan 2(001)-2154/2024 saylı mülki iş üzrə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında iddiaçı X1 cavabdehlər Cavabdeh2 Cavabdeh1 və digər şəxslərə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və əmlakların qaytarılması” tələbinə dair 2(001)-2154/2024 saylı nömrə ilə mülki iş mövcuddur. Həmin mülki iş üzrə iddiaçı həmçinin Bakı şəhəri 50 saylı DNK-da xx.xx.2016cı il tarixdə mülkiyyətində olan ünvan 1 etibarnamə əsasında t.ş Cavabdeh1 və Cavabdeh2 aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Odur ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla eyni məhkəmənin başqa hakiminin icraatında iş olduğundan və həmin mülki iş üzrə məhkəmə icraatı davam etdiyindən hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (üçüncü şəxs: 50 saylı dövlət notariat ofisi) qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar