Məhkəmə qərarları › İş №2(001)-902/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-902/2021

18.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-902/2021 18.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC Cavabdeh qarşı xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsinə və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə lizinq obyekti olan 2018-ci il buraxılışlı, ağ rəngli, Saipa Saina markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 241018 saylı daxili lizinq müqaviləsi bağlanılmışdır. 48 aylıq müddətə bağlanılmış müqavilənin şərtlərində nəzərdə tutulan öhdəliklər İddiaçı MMC tərəfindən tam şəkildə icra edilsə də cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək daxili lizinq müqaviləsi üzrə ödənilməsi nəzərdə tutulan ümumi 14830 manat qalıq puldan 5220 manat ödənişi uzun zamandır ki, gecikdirməklə ödəməkdən qərəzli olaraq boyun qaçırır. Cavabdehin qərəzli hərəkətlərinin nəticəsində Cavabdeh lizinq verənə 1274,65 manat faiz borcu yaranmışdır. Cavabdehin faktiki istifadəsində olan avtomobillə bağlı ödəməli olduğu aylıq ödəniş məbləğləri də müqavilə şərtlərinə zidd olaraq gecikmələrlə ödənilməsinə baxmayaraq cavabdehə dəfələrlə güzəştlər edilmiş və sadəcə ödəmələri vaxtında aparmağı iddiaçı tərəfindən tövsiyə edilmişdir. Bundan başqa dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, yazılı bildiriş göndərilməsinə və əməkdaşı olduğu Azərbaycan Respublikası DİN orqanlarına şikayətlər edilməsinə baxmayaraq daxili lizinq müqaviləsi üzrə nəzərdə tutulan öhdəlikləri ödəməkdən qərəzli olaraq boyun qaçırmaqla lizinq obyekti olan avtomobil üzrə yaranmış borclarını ödəməmiş, avtomobili səlahiyyəti olmadığı halda qanunsuz istismar etmiş və avtomobili mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarmamışdır. Yol verdiyi hüquqazidd hərəkətlərə görə cavabdeh barəsində tabe olduğu Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən intizam tənbehi olan şiddətli töhmət elan edilmiş və qanunsuz istismar edilən lizinq obyektinin axtarılıb saxlanılaraq mülkiyyətçiyə təhvil verilməsi üçün Azərbaycan Respublikası DİN Baş Dövlət X5 şikayət edilmişdir. Bundan başqa Cavabdeh istifadəsində olan avtomobili müqavilə şərtlərinə zidd olaraq saz və istifadəyə yararlı vəziyyətdə saxlamadan lizinq obyektini yararsız hala salmış, avtomobildən istifadə edərkən avtomobilə maddi ziyan vurmuşdur. Ona görə də Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış 241018 saylı daxili lizinq müqaviləsi üzrə yaranmış 5220 manat əsas borc məbləğinin, 1274,65 manat faiz pul məbləğinin, iddia üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 6524,65 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsinə, müqavilə predmeti olan Saipa Saina markalı **-PV-*** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən alınaraq İddiaçı MMC-yə verilməsinə və İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış 241018 saylı müqavilənin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Mülki iş üzrə xx.xx.2020-ci il tarixinə təyin olunana məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə bağladığı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən iddiaçı lizinq obyekti olan 2018-ci il buraxılışlı, ağ rəngli, Saipa Saina markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobili onun istfadəsinə vermişdir. Lakin avtomobil onun razılığına əsasən qardaşı X3 tərəfindən idarə edilmişdir. Hal-hazırda avtomobil onun sahibliyindədir. Kredit borcları olduğundan o, lizinq ödənişlərini apara bilməmişdir. İddiaçı Pirallahı rayon prokurorluğuna şikayət vermiş və nəticədə ona Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi tərəfindən intizam tənbehi olan şiddətli töhmət elan edilmişdir. İddiaçı yeni cəvəl tərtib etdiyi halda o, müqavilə üzrə ödənişlər apara bilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələblərinə münasibətlərini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 741.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 741-3.2-ci maddəsinə əsasən daxili lizinq həyata keçirildikdə lizinq verən və lizinq alan Azərbaycan Respublikasının rezidentləridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lizinq verən İddiaçı MMC ilə lizinq alan Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsindən müəyyən olunur ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etməyi öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsinin 2.3-cü bəndindən müəyyən olunur ki, lizinq ödənişləri bu müqavilə bağlanan gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü lizinq məbləği və ona hesablanmış faizlər də daxil olmaqla 385 manat təşkil edir. Daxili lizinq müqaviləsinin 2.4-cü bəndindən müəyyən olunur ki, lizinq verən lizinq obyektini 48 ay müddətinə, illik 26,7 % hesablanmaqla, 18465 manat məbləğində verir. Daxili lizinq müqaviləsinin 6.4.3-cü və 6.4.7-ci bəndlərindən müəyyən olunur ki, lizinq alan lizinq obyektini saz və istifadəyə yararlı vəziyyətdə saxlamağı, lizinq obyektinin saxlanması üzrə xərcləri, habelə dövlət və yerli vergiləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində əsas məbləğə görə 11281 manat, faiz məbləğinə görə 7183,91 manat olmaqla cəmi 18464,91 manatı hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İpopeka saxlayan X7 Bakı filialı ilə ipoteka qoyan İddiaçı MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2018/101Aİ ipoteka müqaviləsindən müəyyən olunur ki, ipoteka qoyan Saipa Saina markalı, mühərrik-M15-8672918, ban-NAS831100J5799944, 2018-ci il buraxılışlı, ağ rəngli avtomobili 36 ay müddətinə ipoteka saxlayana ipoteka kimi təqdim etmişdir. İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən ipoteka predmeti İddiaçı MMC tərəfindən 11281 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi ilə şərti ilə adında olan Saipa Saina markalı **-PV-*** dövlət nömrə nişanlı avtomobili X1 idarə etməsinə etiraz etməmiş və hər hansı ziyan olarsa məsuliyyəti və maddiyatı tam şəkildə öz üzərinə götürmüşdür. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı bildirişdən müəyyən olunur ki, cavabdehə xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi ilə yaranmış borcunu ödəmədikdə aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçı MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehə xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsinə xitam verilməsi, müqavilə üzrə borcunun, məhkəmə xərclərinin alınması, avtomobilin ondan alınıb İddiaçı MMC-yə təhvil verilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə əsas borca görə 5220 manat, faiz borcuna görə 1274,65 manat borcu vardır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla Cavabdeh xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliyini icra etməməsi nəticəsində İddiaçı MMC-yə əsas borca görə 5220 manat, faiz borcuna görə 1274,65 manat borcunun qalması öz təsdiqini tapdığından məhkəmə iddiaçının əsas borca görə 5220 manat, faiz borcuna görə 1274,65 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasına, müqavilə predmeti olan avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsinə, daxili lizinq müqaviləsinin ləğv edilməsinə dair tələblərini əsaslı hesab edib iddia ərizəsi tam həcmdə təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 241018 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 241018 saylı saylı daxili lizinq müqaviləsi üzrə əsas borca görə 5220 manat, faiz görə 1274,65 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 6524,65 manat İddiaçı MMC-nin xeyrinə tutulsun. Saipa Saina markalı ** PV *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar