Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-907/2025 20.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa bacısınun sədrliyi, X6 katibliyi, Ərizəçi iştirakı ilə, X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Ərizəçi ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı - X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X3 onun himayəsindədir, birinci qrup əlildir, əmək qabiliyyətsizdir, kənar şəxsin qulluğuna ehtiyacı var. X1 fəaliyyət qabiliyyəti olmaması ilə bağlı qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixatrik Ekspertiza mərkəzinin rəyi ilə razı olduğunu bildirib ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Binəqədi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakı təmin olunmamışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1970-ci ildə Bakı şəhərindən anadan olmuş, şəhadətnamənin ata qrafasında – X4, ana qrafasında – X9 qeyd edilmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1977-ci ildə Bakı şəhərindən anadan olmuş, şəhadətnamənin ata qrafasında – X4, ana qrafasında – X9 qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş SER TSE-02, 214056 nömrəli arayışdan görünür ki, 1977-ci il təvəllüdlü X3 ümumi xəstə olmaqla İ-ci qrup əlildir (əmək qabiliyyətsizdir kənar şəxslərin qulluğuna ehtiyacı var). Bakı şəhəri Binəqədi Rayonu 9 saylı şəhər polinklinikasının xx.xx.2024-cü il tarixli, 848 nömrəli arayışından görünür ki, 1977-ci il təvəllüdlü X3 2009-cu ildən şizofreniya paranoid lorna dərin psixi qüsurla polinklinikada qeydiyyatdadır. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 319-cu maddəsinin tələbinə müvafiq olaraq X12 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. İşdə olan ambulator məhkəmə - psixatrik ekspertizasının 09 yanvar 2025-ci il tarixli, 33 saylı rəyində qeyd olunmuşdur ki, yoxlanılan şəxs X3 psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Ü.S.Allahverdiyevanı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunması üçün həm maddi, həm də prosessual əsaslar mövcud olduğuna görə X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli və X2 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunmalıdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 21 iyun 1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi məsələsinin həlli Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-907/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-907/2025
20.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver