Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-9293/2019 17.12.2019 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Səlimova Səadət Rəşid qızı iddiaçılar İddiaçı1 və başqalarının cavabdeh Xudafərin MMC-yə qarşı maneələrin aradan qaldırılmasına və sair tələblərə dair iddia ərizəsini və əlavə olunan sənədləri araşdırıb MÜƏYYƏN ETDİM İddiaçılar İddiaçı1 və başqaları cavabdeh Xudafərin MMC-yə qarşı maneələrin aradan qaldırılmasına və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.1.-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 149.2.-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 151.1.-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; İddia ərizəsindən müəyyən olunur ki, iddia ərizəsinin forma və məzmununa əməl etməyən iddiaçılar iddia ərizəsində hər biri öz ünvanını, iddia ərizəsinin nəticə hissəsində isə cavabdehdən tələb olunan pul vəsaitinin hansı hissəsinin hansı iddiaçının xeyrinə tutulmasını göstərməmişlər. Bundan başqa 21 nəfər iddiaçı bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə bir-biri ilə əlaqəsi olmayan, hər birinin öz tərəfləri üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüquqi nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan müqavilələrdən irəli gələn tələbləri irəli sürmüşlər. Hesab edirəm ki, iddiaçılar iddia ərizəsinin formasına və məzmununa əməl etmədiklərindən, 21 nəfər iddiaçının iddia tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasında maneələr yaradacağından iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçılara qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra hər birinin təkrarən müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 149.,151,152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM İddiaçılar İddiaçı1 və başqalarının cavabdeh Xudafərin MMC-yə qarşı maneələrin aradan qaldırılmasına və sair tələblərə dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-9293/2019
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-9293/2019
17.12.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver