Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1068/2025 01.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Qarasuqumlaq kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsi üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh tərəfindən maneçilik törədilən süni maneələrinə və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarı ilə ona Ağdaş rayonu, Qarasuqumlaq kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə ona JN-087A KOD- 90319028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Hazırda həmin həyatyanı torpaq sahəsini və torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsi zərurəti yaranmışdır. Ona görə də, JN-087A KOD- 90319028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə çıxarışın verilməsi üçün ƏMDX-nin DƏDK və X7 Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinə müraciət etmiş və JN-087A KOD-90319028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə çıxarışın verilməsini xahiş etmişdir. O, Ağdaş rayonu Qarasuqumlaq kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ARnın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, qeyd olunan həyətyanl torpaq sahəsini inventarlaşdırmaq məqsədi ilə idarənin mütəxəssisi qeyd olunan ünvana getmiş, lakin Cavabdeh tərəfindən müayinə işlərinin aparılmasına imkan verilməmişdir və inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Qısası torpağın sənədləşdirilməsi üçün AR-nın İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən nümayəndələr həmin torpaq sahəsinə həlsələr də mübahisə olduğu, yəni cavabdeh maneçilik törətdiyi üçün müayinəyə şərait yaradılmamışdır və onun reyestr xidmətinə müraciətinin cavablandırılması mümkün olmamışdır. Ona görə də tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, çıxarış almaq üçün ölçülərin aparılmasını istəyir, lakin qonşusu tərəfindən maneələr yaradıldığından 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndələri həmin əraziyə daxil ola bilmirlər. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı 15 may 2025-ci il tarixdə məhkəmə iclasında izahat verərək, Vüqarla aralarında razılaşa bilmədiklərini, evin sənədini almaq istədiyini, lakin Vüqarın imza çəkmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ölçü işlərinin aparılmasına heç bir etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Torpağın mülkiyyətə verilməsinə dair JN-087A KOD-90319028 saylı şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 nömrəli qərarı ilə ona Ağdaş rayonu, Qarasuqumlaq kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsi İddiaçı, Nümayəndə, X2 və X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-831/2025 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən məlum olur ki, Ağdaş rayonunda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizənizin icrasına 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Məlumat olaraq bildiririk ki, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Mahiyyət etibarı ilə torpaq sahəsinin qeydiyyata alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR-nın Qanunun mövcud tələblərinə zidd olduğu, yəni sözügedən qanunun 7-ci maddəsinin tələblərinə riayət edilmədən qeyrimümkündür. Bülə ki, sözügedən qanunun 7.1-ci maddəsinin əsasən Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə və inventarlaşdırma işlərinin aparılmasının zəruriliyi birmənalı olaraq qeyd edilir. Belə olan halda torpaq sahəsinin özəlləşdirilməsi mümkün olmamışdır. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 100 (bir yüz) manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1146.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1156.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X3 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının ərinin mülkiyyətində olan həyətyanı torpaq sahəsinə çıxarış almaq məqsədi ilə DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh qızı tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı yaşadığı evə mülkiyyət hüququ əldə etmək məqsədi ilə çıxarış almaq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmiş, lakin Cavabdeh həmin torpaq sahəsinə mühəndislərin daxil olmasına icazə vermədiyindən, iddiaçı məhkəməyə müraciət etmiş, hazırda cavabdeh iddia tələbini qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağdaş rayonu, Qarasuqumlaq kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən maneçilik törədilən süni maneələr aradan qaldırılmalı və qanunsuz hərəkətlərinə son qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayonu, Qarasuqumlaq kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına Cavabdeh tərəfindən maneçilik törədilən süni maneələr aradan qaldırılmalı və qanunsuz hərəkətlərinə son qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1068/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1068/2025
01.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver