Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-235/2026 14.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X7 və X8 ibarət tərkibdə, katib X5, tərəflərin iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyətyanı torpaq sahəsinin qarşısından keçən yolda su borusunun çəkilməsinə cavabdeh Cavabdeh etdiyi maneələrin aradan qaldırılması və su arxının açılmasına edilən qadağaların aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək evinə rahat və maneəsiz giriş-çıxışın təmin edilməsi üçün cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Ailə üzvləri ilə birlikdə Kürdəmir rayonunun Xırdapay kəndində yaşayır. Cavabdehdə onun qonşusudur. ##.##.2025-ci il tarixdə həyətinin qarşısından keçən su arxına plastik boru yerləşdirmiş, bir müddət keçdikdən sonra həmin borunun orda olmadığını aşkar etdikdə borunun oğurlanması barədə polis şöbəsinə məlumat vermişdir. Belə ki, həmin rezin borunu həyətinə sərbəst giriş-çıxışın təmin edilməsi məqsədi ilə oraya atmışdır. Polis şöbəsində araşdırma aparılarkən həmin borunun qonşusu Cavabdeh tərəfindən götürülüb həyətinə aparılmasını bilmişdir. Cavabdeh həmin borunu həyətini su basdığı üçün apardığını, qoyulmuş yerdən götürdüyünü bildirmişdir. İddiaçının tələbinə görə həyətinə avtomobilin sərbəst giriş çıxışını təmin edilməsi üçün su arxına boru qoyulmasına cavabdeh maneçilik törədir. Birinci instansiya məhkəməsində cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, Kürdəmir rayonu, M.Ş.Vazeh küçəsində yerləşən torpaq sahəsində özünə məxsus fərdi ev inşa edərək 1996-cı ildən həmin fərdi evdə öz ailəsi ilə birlikdə yaşayır; iddiaçı ilə hər hansı ədavəti yoxdur. İddiaçı qonşuluq münasibətlərinə zidd hərəkətlər edərək ona müəyyən çətinliklər yaradır. Belə ki, iddiaçının həyətyanı sahəsinə iki müxtəlif yerdən giriş qapısı vardır. Giriş qapısından biri ona məxsus olan evin arxa giriş qapısı ilə üzbəüz yerləşir. Giriş qapıları arasında 10 metrdən çox ara məsafəsi vardır. Ona məxsus olan evin arxa giriş qapısından 2 metrdən az olan məsafədə qonşuların həyətyanı sahələrini suvarması üçün su arxı keçir və həmin arx hər kəsin ümumi istifadəsindədir. Bir neçə vaxtdır ki, o qonşuluq münasibətlərinə zidd hərəkətlər edərək sözügedən su arxına boru ataraq həmin arxı yararsız hala gətirmək istəyir. İddiaçının bildirdiyinə görə, həmin arx ona maneə yaradır, döngə məsafəsi az olduğundan guya öz evinin həyətinə avtomobili ilə daxil ola bilmir. Halbuki, onun tərəfindən 2015-ci ildə fərdi ev inşa olunaraq həmin su arxının yerləşdiyi məsafə o vaxtdan ona məlumdur. Hətta inşaat işləri aparılan zaman yük maşınları həmin ərazidən hərəkət edərək müxtəlif tikinti materialları gətirmişdir. Su arxına nəzarət edilməsi, təmizlənməsi və sair məsələlərin həlli Xırdapay Bələdiyyəsinin səlahiyyətlərinə aid olsa da, hər il o, öz şəxsi vəsaiti hesabına su arxının onun fərdi yaşayış evinin hasarının payına düşən hissəsini qazdırararaq təmizləyir, əhalinin istifadəsi üçün yararlı halda saxlayır. Həmin su arxına borunun atılması gələcəkdə ciddi fəsadlara gətirib çıxaracaqdır. Atılacaq su borusu müəyyən zaman keçdikdən sonra lil, palçıq və digər zibillər ilə dolacaq, nəticədə oda daxil olmaqla bir çox şəxsin su arxından istifadəsi mümkün olmayacaqdır. Həmçinin, su borusu tutulduğuna görə suyun səviyyəsi qalxaraq onun və digər şəxsin mülkiyyətinə maddi ziyan dəymə təhlükəsi yaranacaqdır. İddiaçı 2015-ci ildə evini inşa edərək onun evinin arxa hissəsində olan piyada yolunu avtomobil yolu kimi istifadə etməyə başlamış və həmin hissədə ikinci darvaza qoymuşdur. İddiaçı həmin ikinci darvazanı quraşdırarkən su arxının mövcud olduğunu bildiyindən, tikinti apararkən su arxının mövcudluğunu nəzərə almalı idi. Su arxı nə yerli bələdiyyə, nə də digər dövlət qurumları tərəfindən təmizlənmir, arxın təmizliyi və suyun axarlılığının təmin edilməsi yerli sakinlər tərəfindən həyata keçirilir. O, vaxtaşırı öz şəxsi vəsaiti hesabına su arxının onun fərdi yaşayış evinin hasarının payına düşən hissəsini qazdırararaq təmizləyir, əhalinin istifadəsi üçün yararlı halda saxlayır. Su arxına borunun atılması, onun tez-tez dolması, təsərrüfatına zərər yeriməsi, onun təmizlənməsinin çətinləşməsi kimi problemlər yaradacaq. Bunun qarşısını almaq üçün bir neçə dəfə Kürdəmir Rayon İcra Hakimiyyətinə yazılı müraciət etmək məcburiyyətində qalmışdır. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən ona ünvanlanmış ##.##.2021-cü il tarixli */****-* nömrəli cavab məktubunda da həmin su arxının açıq vəziyyətdə saxlanılmasının zəruri olduğu əks olunmuşdur. Həmçinin ##.##.2023-cü il tarixli *-**-*/*-A-**- ***/**** nömrəli cavab məktubunda su arxına müdaxilə edilməməsi barədə İddiaçı məlumatlandırılması qeyd edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim R.Mehdiyev) ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, məhkəmə tərəfindən qətnamə qəbul olunarkən sübutlar təqdim etmədiyini, onun verdiyi sübutların əsasının olmamasını bildirmişdir. Halbuki o, məhkəməyə bir neçə sübut təqdim etmiş, cavabdeh tərəf isə məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız müharibə veteranı olmasını bildirmişdir. Məhkəmənin gəldiyi nəticədən belə çıxır ki, cavabdehin müharibə veteranı olması onun hüquqlarının pozulması üçün əsasdır. Şikayətə görə, iddiaçının təqdim etdiyi sübutlara heç bir hüquqi qiymət verilməmiş, nəticədə əsası olmayan qətnamə qəbul edilmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, aidiyyəti üzrə bələdiyyəyə müraciət etmiş, Bələdiyyə və İcra Hakimiyyəti kanala boru atılmasına etiraz etməmişdir. Sadəcə cavabdeh maneəçilik törədir. Cavabdehin həyətinə girib-çıxması üçün onun tərəfindən heç bir maneə yaradılmır. O, həmin su arxına 500 mm-lik boru atmaq istəyir. Yoxsa onun həyətinə avtomobil daxil olmasında çətinliklər olur. Su arxına borunun qoyulması cavabdehə heç bir maneəçilik törətmir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçının həyətinə avtomobillər üçün giriş-çıxış vardır, onun üçün heç bir maneə yoxdur. Həmin arx iddiaçının həyətindən 8 metr kənardadır və arx ona heç bir maneəçilik törətmir. İddiaçı tələb etdiyi ərazi onun 2-ci yoludur və əvvəllər orada yol olmamışdır. İddiaçı təzə yol açarkən yolun ensiz olmasını nəzərə almalı idi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, iddianın təmin edilməsinə etiraz etmir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işdə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı ona məxsus həyətyanı torpaq sahəsinə rahat və maneəsiz giriş-çıxışın təmin edilməsi üçün həyətyanı torpaq sahəsinin qarşısından keçən yolda su borusunun çəkilməsinə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması və manelərin törədilməsinin qadağan edilməsini xahiş etmişdir. Cavabdeh su arxına borunun atılmasına etiraz edərək, etirazını belə əsalandırır ki, o, vaxtaşırı öz şəxsi vəsaiti hesabına su arxının onun fərdi yaşayış evinin hasarının payına düşən hissəsini qazdırararaq təmizləyir, əhalinin istifadəsi üçün yararlı halda saxlayır. Su arxına borunun atılması, onun tez-tez dolması, təsərrüfatına zərər yeriməsi, onun təmizlənməsinin çətinləşməsi kimi problemlər yaradacaq. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı mülkiyyətindən istifadəyə cavabdeh tərəfindən edilən maneələrlə bağlı iddia vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Tərəflərin izahatlarından və təqdim etdikləri sənədlərdən görünür ki, qonşular arasında hazırki mübahisə 2021-ci ildən yaranmışdır. Surəti iş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini X1, Xırdapay kənd ağsaqqalı X2 və Xırdapay kənd sakini İddiaçı tərəfindən imzalanmış ##.##.2021-ci il tarixli, ** nömrəli aktdan görünür ki, Xırdapay kənd sakini İddiaçı müraciətinə əsasən əraziyə baxış keçirilmiş, onun yaşadığı evin qarşısındakı küçənin ortasından keçən kiçik ölçülü suvarma arxının həyətinə nəqliyyatın girib-çıxmasına mane yaratmasını müəyyən etmiş, odur ki həmin arxa su borusunun atılmasını məqsədəuyğun hesab etmişlər. Surəti iş materiallarına əlavə edilmiş, ##.##.2021-ci il tarixli, *** nömrəli Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin İddiaçı ünvanlanmış məktubdan görünür ki, əraziyə baxış keçirdikləri və həmin su arxına boru atılmasının məqsədəuyğun olması ona bildirilmişdir. Surəti iş materiallarına əlavə edilmiş, ##.##.2023-cü il tarixdə Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Qədirov İlyas, Xırdapay kənd Bələdiyyəsinin sədri- Şirinov Arif və sahə müvəkkili- Kərimov Fəhmin tərəfindən tərtib edilərək imzalanmış aktda qeyd edilmişdir ki, Kürdəmir rayonunun Xırdapay kənd sakini İddiaçı müraciəti əsasında əraziyə baxış keçirilmiş, su arxına boru atılmasının məqsədəmüvafiq hesab edərək aktı imzalamışlar. Kürdəmir Rayon Məhkəməsinin sorğusu əsasında məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları işə iş şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-***/**** nömrəli cavab məktubunda qeyd edilmişdir ki, məsələ ilə bağlı dəfələrlə araşdırma aparılmış və araşdırılma zamanı müəyyən edilmişdir ki, müraciətdə qeyd olunan su arxı həmin ərazidə olan bir necə kənd sakininin həyətyanı sahələrinin suvarılmasında istifadə olunan bələdiyyəyə məxsus torpaq sahəsindən keçən su arxıdır. Xırdapay kənd sakini İddiaçı və Kürdəmir şəhər sakini Cavabdeh aralarında olan mübahisəli su arxına yerində baxış keçirilən zaman məlum olmuşdur ki, sözügedən su arxı İddiaçı həyətyanı sahəsinin əsas giriş qapısından 8 (səkkiz) metr, həyətyanı sahənin mişar daşı ilə hörülmüş hissəsindən 5 (beş) metr, Cavabdeh fərdi yaşayış evinin arxa hissəsindən 4 (dörd) metr məsafədən keçir. Əlavə olaraq bildirirlir ki, hər iki vətəndaşla sözügedən məsələ ilə bağlı dəfələrlə söhbət aparılmış, lakin aralarında razılıq əldə edilməmişdir. Xırdapay bələdiyyəsi tərəfindən suvarma arxı qazılaraq təmizlənmiş və daim nəzarətdə saxlanılması Xırdapay bələdiyyəsinə tövsiyyə olunmuşdur. Həmin məktuba əlavə edilmiş aktın surətindən görünür ki, su arxında hazırda bir neçə təsərrüfatın həyətyanı sahəsinin suvarılmasında istifadə olunur. Surəti iş materiallarına əlavə edilmiş, Kürdəmir rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən ##.##.2021-ci il tarixli, */****-* nömrəli Cavabdeh ünvanlanmış məktubda göstərilmişdir ki, ərazidə olan açıq kanalizasiya xəttinin gələcəkdə təmizlənməsində çətinliklər yaranacağını nəzərə alaraq həmin kanalizasiya xəttinin açıq vəziyyətdə saxlanması barədə rayon İcra Hakimiyyəti başçısının Xırdapay kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinə və Xırdapay Bələdiyyəsinin sədrinə müvafiq tapşırıqlar verilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Kürdəmir rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən ##.##.2023cü il tarixli, *-**-*/*-A-**-***/**** nömrəli Cavabdeh ünvanlanmış məktubda qeyd edilmişdir ki, ona məxsus tikililərdə uçub dağılma təhlükəsinin yarandığı və buna səbəbin yaxınlıqdan keçən su arxının axmasına yaranmış təbii və süni əngəllərin olduğu və qonşusu İddiaçı həmin su arxına boru atmaq istədiyini bildirərək köməklik göstərilməsi barədə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının ünvanına daxil olmuş ərizəsinə baxılmış, araşdırılma zamanı müəyyən olunmuşdur ki, müraciətində qeyd olunan su arxı həmin ərazidə olan bir neçə kənd sakininin həyətyanı sahələrinin suvarılmasında istifadə olunur və qazılmasına ehtiyac yaranmışdır. Xırdapay bələdiyyəsi tərəfindən suvarma arxı qazılaraq təmizlənmiş və su arxına müdaxilə edilməməsi ilə bağlı İddiaçılə müvafiq söhbət aparılmışdır. Birinci istansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmişdir. Birinci instansiya məhkəməsi yerində baxış keçirmiş, qeyd etmişdir ki, iddiaçının evinə açılan darvazadan evə gediş-gəliş üçün hər hansı maneə yoxdur. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, iddiaçının evinə sərbəst giriş-çıxışın mümkün olmadığını iddia etdiyi yerdə darvaza iddiaçıya məxsus yeganə darvaza deyil. İddiaçının əvvəldən mövcud olan, əsas küçəyə açılan başqa darvazası da vardır. İddiaçının ikinci darvaza qoyduğu yol yeni salınmış yoldur. Yəni iddiaçı əsas küçədən keçən yolda darvazası olmasına baxmayaraq, piyada yolunu avtomobil yolu kimi istifadə etməyə başlayaraq ikinci darvaza qoymuşdur. Həmin yol iddiaçının ikinci, yəni sonradan qoyulmuş darvazasına qədər uzanır. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İddiaçının tələbinin təmin edilməsi üçün iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmalı, cavabdeh iddiaçını sahiblik hüququndan məhrum etmədən, ona əmlakından istifadə etməyə maneçiliklər törətməli, yaxud müəyyən əngəlliklər yaratmalıdır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh qonşudurlar. İddiaçı Kürdəmir rayonu, Xırdapay kəndi ərazisində, 0.10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Bu barədə onun adına mülkiyyət hüququnu təsdiq edən ##.##.2015-ci il tarixli 2715007359 qeydiyyat nömrəsi, ************ reyestr nömrəli çıxarış verilmişdir. Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ** saylı Ərazi İdarəsinin verdiyi Texniki Pasport tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının evinə açılan darvazadan evə gediş-gəliş üçün hər hansı maneə yoxdur. Məhkəmə yerli baxış keçirmiş, həmçinin Kürdəmir rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-***/**** nömrəli məktuba istinad etmişdir. Kollegiya bu arqumenti əsassız sayır. Belə ki, məhkəmənin istinad etdiyi məktubdan görünür ki, sözügedən arx iddiaçının hasarından 5 metr, cavabdeh Cavabdeh fərdi yaşayış evinin arxa hissəsindən 4 metr məsafədən keçir. Yəni arx həm iddiaçının, həm də cavabdehin tikilisindən təqribi eyni aralıqda yerləşir. Bu baxımdan arxın iddiaçıya və cavabdehə məxsus tikililərə təsiri, demək olar ki, eyni vəziyyətdədir. Əksinə, suyun borunun içindən keçməsi arxın üzərindən rahat hərəkət etməsinin, suyun kənara sızmasının da qarşısını almağa kömək etmiş olar. İddiaçının bildirdiyinə görə arxın açıq vəziyyətdə qalması onun həyətinə avtomobil daxil olmasında, avtomobilin dönməsində çətinliklər törədir. Məhkəmə bu halı nəzərə almamışdır. Kollegiya iddiaçının tələbini əsaslı sayır. Kollegiya hesab edir ki, həyətlərarası kiçik su arxına 500 mm diametrdən az olmayan su borusunun qoyulması ilə suyun təbii axarına mane yaradılması, yaxud cavabdehin tikilisinə zərər yetirilməsi ağlabatan deyil. Birinci instansiya məhkəməsi Kürdəmir rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli məktubda istinadən ərazidə olan kanalizasiya xəttinin gələcəkdə təmizlənməsində çətinliklər yaranacağına əsaslanaraq iddianı təmin etməməsi də iddianı rədd edilməsinə və həyətyanı sahənin qarşısında su borusunun qoyulmasından imtina edilməsinə əsas verən hal deyil. Belə ki, bu arx kanalizasiya xətti deyil, həyətlərə gedən su üçün çəkilmiş su arxıdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən həm də Mülki Məcəllənin 170.3-cü maddəsinə əsaslanmışdır. Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Kollegiya hesab edir ki, həmin hissədə də maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, tərəflərdən heç biri tərəfindən suyun təbii axımının qonşunun ziyanına dəyişdirməsi faktı da müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya hesab edir ki, cavabdeh tərəf öz etirazını əsaslandıra və sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə maddi və prosessual hüquq normalarını pozmuş, əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, iddiaçının həyətyanı sahəsinə rahat və maneəsiz giriş-çıxışın təmin edilməsi üçün onun həyətyanı sahəsinin qarşısından keçən yolda diametri 500 mm-dən az olmayan su borusunun çəkilməsinə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalı və manelərin törədilməsi cavabdehə qadağan edilməlidir. Apellyasiya şikayəti və iddia tələbi təmin edildiyindən iddianın və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə 150 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı həyətyanı sahəsinə rahat və maneəsiz giriş-çıxışın təmin edilməsi üçün həyətyanı sahənin qarşısından keçən yolda su borusunun çəkilməsinə Cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılsın və manelərin törədilməsi qadağan edilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(3-9)-235/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-235/2026
14.04.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver