Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2025/2025 01.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi, vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı obyektin başqasının qeyri-qanuni sahibliyindən götürülərək qanuni sahibinə qaytarılması, qeyriyaşayış sahəsindən çıxarılma və obyektin açarlarının təhvil verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixl i 2(105)-21/2025 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə dair işə 01 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 287 saylı sərəncamına əsasən, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş ümumi sahəsi 38 kv.metr olan avto-sərnişin dayanacağı rekonstruksiya olunaraq yenidən qurulması üçün İddiaçı firmasına ayrılmışdır. 2. xx.xx.2001-ci il tarixli aktına əsasən, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı firmasının nümayəndəsinə təhvil verilmişdir.
3. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəs i Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinə əsasən, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi avtobus dayanacağı küçəsində yerləşən mağaza, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı firmasıdır və həmin əmlak üzərində hüquq 19 nömrəli reyestr kitabında 324 nömrəsi ilə qeydiyyata alınmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-568/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1458/2022 nömrəli, 07 iyul 2022-ci il tarixli qərardadı ilə “Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamları ilə Sumqayıt şəhə rinin 8-ci mikrorayonu Babək küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədilə İddiaçı firmasına ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikilinin mağaza olaraq İddiaçı firmasının mülkiyyəti kimi keçmiş Sumqayıt şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 24 dekabr 2001-ci il tarixdə 324 reyestr nömrəsi ilə qanunsuz şəkildə aparılmış dövlət qeydiyyatının və onun əsasında həmin qeyri-yaşayış obyektinə dair İddiaçı firmasının adına verilmiş Qeydiyyat vəsiqəsinin və Texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi iddiaçının mübahisəli əmlaka dair subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə akt ları: a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı MMC (bundan sonra “iddiaçı” və “MMC”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh”) Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılması, obyektin cavabdehin qeyri-qanuni sahibliyindən götürülərək MMC-yə qaytarılması və obyektin açarlarının təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 287 saylı sərəncamına əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi MMC-yə ayrılmışdır. Bundan sonra xx.xx.2001-ci il tarixli akta əsasən Bakı küçəs ində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsi İddiaçı firmasının nümayəndəsinə təhvil verilmişdir. Qeyd olunan sahə həmin akta əsasən firmanın nümayəndəsi tərəfindən rəsmi olaraq qəbul edilmişdir. xx.xx.2001-ci il tarixdə iddiaçı tərəfindən 255500 manat məbləğində pul AB seriyalı, 000370 nömrəli kassa mədaxil orderi qəbzinə əsasən dövlət büdcəsinə ödənilmişdir. Daha sonra iddiaçı sərəncamdan irəli gələn bütün öhdəliklər yerinə yetirmiş, ərazini abadlaşdırmış, ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsini yenidən qurmuş və istismara yararlı vəziyyətə gətirmişdir. Təxminən 2003-cü ildən obyekt iddiaçı tərəfindən cavabdehə icarəyə verilmiş, cavabdeh bir müddət təxminən 2013-cü ilədək icarə haqqını versə də, 2013-cü ildən bu günədək icarə haqqını verməmişdir. Cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini qanunsuz və əsassız olaraq istismar etməkdədir. Bu müddət ərzində cavabdehdən dəfələrlə obyekti tərk etmək tələb olunsa da, cavabdeh nə obyekti təhvil vermiş, nə də icarə haqqını ödəmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Cavabdeh hazırda da qanunsuz əməllərini davam etdirir.
7. Cavabdeh və nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişlər ki, mübahisəli obyektin iddiaçının əmlakına aidiyyəti yoxdur. İddiaçı ilə cavabdeh arasında icarə münasibətləri mövcud olmayıb.
8. Birinci instansiya məhkəməsində şahid X2 ifadəsində iddiaçı təşkilatda işləyir. Sözügedən ərazilər Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən iddiaçıya verilməmişdən əvvəl oralar yararsız vəziyyətdə idi. MMC-yə məxsus əraziləri o tikmişdir. Qeyd etdiyi tikinti işləri 2001-2002-ci illərdə olmuşdur. Həmin ərazi əvvəllər zibillik idi. 2001-ci ilə qədər heç bir tikili olmamışdır. Cavabdehi tanıyır. Cavabdehin obyekt işlədib-işlətməməsi barədə məlumatı yoxdur. Həmin obyektin yerində dayanacaq var idi. Tikinti apararkən lambrin və daşdan istifadə etmişdir.
9. Birinci instansiya məhkəməsində şahid X3 göstərmişdir ki, 1993-cü ildən İddiaçı MMC-də sürücü işləyir. Həmin ərazidəki bütün obyektləri Sabir müəllim tikmişdir. Obyektlərin hamısını tanıyır. Obyektlər 2000-ci ildən əvvəl tikilmişdir. Həmin obyektlər Sabir müəllimə məxsus idi. Obyektlərin yerində əvvəllər bazar var idi. Cavabdehi tanıyır, amma obyekt işlədib-işlətməməsi barədə məlumatı yoxdur. Həmin obyektin yerində əvvəllər dayanacaq var idi. Tikililər kubiklə inşa olunmuşdur. Cavabdehin 2000-ci ildən qabaq obyekt tikib-tikməməyi barədə məlumatı yoxdur.
10. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7115 saylı rəyinə əsasən, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı firmasının adına tərtib edilmiş, dekabr 2001-ci il tarixli Texniki Pasportda qeyd olunmuş, sahəsi 14.28 kv.m olan 3 saylı ticarət zalı ilə üst-üstə düşr.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-18/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayı ş sahəsindən çıxarılması, həmin əmlakın cavabdehin sahibliyindən götürülərək iddiaçı MMC-yə qaytarılması və obyektin açarlarının təhvil verilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq cavabdehdən 100 manat pulun tutularaq X1 müxbir hesabına köçürülməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov).
12. Birinci instansiya məhkəməsi işdəki sənədlərə o cümlədə ekspert rəyinə əsasən müəyyən etmişdir ki, mübahisəli əmlak iddiaçının mülkiyyətindədir. Bu əmlaka dair cavabdehin hər hansı hüququnu təsbit edən hüquq müəyyənedici sənəd mövcud deyildir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə də cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olan sahə ilə üst-üstə düşür.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdehlə m übahisəli əmlaka dair icarə hüquq münasibətlərinin mövcudluğunu bildirsə də, bu hala dair sübutlar təqdim etməmiş, eləcə də cavabdeh bunu təkzib etmişdir, buna görə də iddianın maddi hüquqi əsası əmlakın qanunsuz sahiblikdən tələb edilməsi təşkil edir və araşdırma mülkiyyət hüquqlarının müdafiəsi kontekstində aparılmalıdır.
14. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən hesab etmişdir ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən heç bir hüquqi əsas olmadan istifadə etdiyindən iddia əsaslıdır. Həmin qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğundan cavabdehin oradan istifadəsi birincinin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnun pozulmasına gətirib çıxarır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ, İV hissələri, Mülki Məcəllənin 152.1, 157.2, 157.8-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçıya torpaq sahəsi ayrılan vaxt və həmin tikilinin dövlət qeydiyyatı aparılan zaman orada cavabdeh tərəfindən inşa edilmiş ayrıca tikili artıq mövcud olmuşdur, birinci instansiya məhkəməsi isə iş üzrə təkrar, yaxud əlavə ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Sumqayıt şəhərinin 8-ci mikrorayonu ərazisində yerləşən sahəsi 18 kvadrat metr olan qeyri-yaşayış sahəsi 1997-ci ildən cavabdehin istifadəsindədir. Əvvəlcə dəmir köşk olan həmin tikili sonradan cavabdeh tərəfindən daş tikili ilə əvəz edilmiş, daha sonra isə yenə də onun tərəfindən öz vəsaiti ilə abadlaşdırılaraq yenidən inşa edilmişdir. Bu tikili ilə yanaşı eyni sırada mərhum Sabir Tanrıverdiyevin sahibi olduğu iddiaçı MMC-nin də tikililəri olmuşdur. X4 vəfatından sonra övladları cavabdehdən öz vəsaiti ilə tikdirdiyi tikilinin guya onlara məxsus olduğunu iddia edərək aylıq icarə haqqı tələb etməyə başlamışlar. Cavabdeh bu tikilinin özünə məxsus olduğunu və iddiaçıya hər hansı aidiyyətinin olmadığını, hətta mərhum S.Tanrıverdiyevin 2014 -cü ildə öz obyektləri ilə birlikdə cavabdehin də tikilisini özəlləşdirmək adı ilə ondan 20000 ABŞ dolları aldığını, lakin tikilinin mülkiyyət sənədini vermədiyini bildirsə də, bir nəticə verməmiş və MMC-nin adından müvafiq tələblə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin gedişatında məlum olmuşdur ki, iddiaçının iddia etdiyi Sumqayıt şəhərinin 8ci mikrorayonu Bakı küçəsi ərazisində yerləşən 38 kvadrat metr torpaq sahəsi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2001-ci il tarixli, 287 saylı sərəncamı ilə heç də kommersiya obyektinin tikintisi üçün deyil, həmin ərazidə yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş 38 kvadrat metr avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmışdır. Bu azmış kimi də iddiaçının yalan məlumatlar verərək guya abadlaş dırılan sahənin çox olması və avto-sərnişin dayanacağının tikintisi üçün əlavə torpaq sahəsinə ehtiyac olması ilə bağlı etdiyi müraciət əsasında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 17 dekabr 2001-ci il tarixli, 376 saylı digər sərəncamı ilə MMC-yə avtobus dayanacağı tikintisi üçün həmin torpağa bitişik olaraq əlavə 22 kvadrat metr torpaq sahəsi də ayrılmışdır ki, həmin dövrdə cavabdehin istifadə etdiyi tikili artıq inşa edilərək mövcud olmuşdur. Avtobus dayanacağının yenidən qurulması və oranın abadlaşdırılması məqsədi ilə MMC-yə ayrılmış sözügedən sərəncamların ziddinə olaraq firma nəinki mövcud dayanacağın hər hansı rekonstruksiyasını həyata keçirməmiş, əksinə, həmin dayanacağı ləğv etmiş və onun yerində kommersiya obyektləri inşa edərək icarəyə verməklə qanunsuz gəlir əldə etməyə başlamışdır. Bu azmış kimi iddiaçı 2001-ci ildə hansısa qanunsuz yollarla keçmiş Sumqayıt şəhər Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Bakı küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avtosərnişin dayanacağının yenidən qurulması məqsədi ilə firmaya ayrılmış torpaqda qanunsuz inşa etdiyi tikiliyə dair cavabdehə məxsus tikili ilə birlikdə mağaza tipli qeyri-yaşayış obyekti kimi Qeydiyyat Vəsiqəsi almışdır. Halbuki həm həmin torpağın 22 kvadrat metrinə dair sərəncam verilərkən, həm də tikilinin dövlət qeydiyyatı aparılarkən orada cavabdeh tərəfindən inşa edilmiş ayrıca tikili artıq mövcud idi. Hazırda da iddiaçı cavabdeh və ailəsinin yeganə dolanışı q yeri olan kiçik obyekti onun əlindən almağa çalışır. Buna da səbəb qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi araşdırma aparılmadan və qanunvericiliyin tələblərinə zidd olaraq 2001-ci ildə iddiaçının adına Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Sumqayıt şəhərinin 8-ci mikrorayonu Bakı küçəsi ərazisində yerləşən baxımsızlıqdan yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının yenidən qurulması məqsədi ilə ayrılmış torpaqda qanunsuz inşa edilmiş tikiliyə dair torpağın təyinatına uyğun olmayan mağaza tipli qeyri-yaşayış obyektinə dair Qeydiyyat Vəsiqəsinin verilməsi olmuşdur. Ancaq aidiyyəti üzrə qeydiyyat orqanına ünvanlanmış vəkil sorğusuna verilmiş 20 dekabr 2021-ci il tarixli, **********89 saylı cavabın məzmunundan aydın olmuşdur ki, sözügedən qeyri-yaşayış sahəsi üzərind ə qeydiyyat kobud qanun pozuntuları ilə aparılmış, bu cür qeydiyyat üçün qanunvericiliklə tələb olunan müvafiq sənədlər, yəni obyektin təsdiq edilmiş tikinti layihəsi, yerli icra hakimiyyətinin başçısının obyektin tikintisinə icazəsi barədə sərəncamı, tikilmiş obyektin istismara qəbul edilməsi barədə dövlət komissiyasının aktı olmadan, bir nüsxədən ibarət olmaqla Qeydiyyat Vəsiqəsi tərtib edilməklə, arxiv sənədləri olmadan, torpaq sahəsinin konturları qeydiyyata alınmadan sənədləşmə həyata keçirilmişdir. İş üzrə alınmış 02 mart 2022-ci il tarixli,10/7115 saylı ekspert rəyindən görünür ki, adı çəkilən rəyi tərtib etmiş ekspert məhkəmə tərəfindən onun qarşısında qoyulmuş suallara konkret cavab verməyərək aidiyyəti olmayan və mötəbər sayıla bilməyən sənədə istinad etməklə mübahisələndirilən o byektin ləğv edilmiş Sumqayıt Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 2001-ci ilin dekabr ayında iddiaçı firmasının adına tərtib edilmiş Texniki Pasportda qeyd edilən sahəsi 14,28 kvadrat metr olan 3 saylı ticarət zalı ilə üst-üstə düşdüyünün müəyyən edildiyini bildirmişdir. Halbuki rəy vermiş ekspert məhkəmənin ekspertdən cavablandırmasını tələb etdiyi suallara cavab verməyərək öz səlahiyyət hədlərindən kənara çıxmış, guya cavabdehin iddiaçıya məxsus tikilinin bir hissəsini zəbt etdiyini iddia etmişdir. Hərçənd ki, cavabdehin sahibliyində olan qeyri-yaşayış obyekti Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 05 sentyabr 2001-ci il tarixli, 287 saylı sərəncamı ilə yararsız vəziyyətə düşmüş avto-sərnişin dayanacağının rekonstruksiya olunaraq ye nidən qurulması məqsədi ilə ayrılmış 38 kvadrat metr torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Həmçinin, keçmiş Sumqayıt Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Sumqayıt şəhərinin 8-ci mikrorayonu ərazisində yerləşən mağazaya dair MMC-nin adına verdiyi 24 dekabr 2001-ci il tarixdə 19 nömrəli reyestr kitabında 82-ci səhifədə 324 reyestr nömrəli Qeydiyyat Vəsiqəsində qeydə alınmış tikilinin sahəsi, ümumiyyətlə, göstərilməmişdir. Yəni iddiaçının mülkiyyətində olduğunu iddia etdiyi mağazanın sahəsi və koordinatları müvafiq hüquq müəyyənedici sənədlərlə belə, məlum olmadığı halda, ekspert hər hansı kadastr baza məlumatlarına istinad etmədən, təkcə hazırki tikililərlə faktiki uyğunsuzluq təşkil edən texniki sənədi əsas tutaraq rəy vermişdir ki, bu d a həmin rəyin mötəbərliyini aradan qaldırmışdır. Nəzərə alınsa ki, 2001-ci ildə inşa edilmiş tikili sonradan yenidən qurularaq dəyişdirilmişdir və cavabdehin müvafiq ərizə ilə müraciət etdiyi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri yerində ölçmə işləri apararkən həm rəydə göstərilən ölçülərin yanlış olduğuna, həm də torpaq sahəsinin koordinatlarının tikilinin koordinatları ilə üst-üstə düşmədiyinə dair fikirlərini bildirmişlər. Aydın olur ki, sözügedən ekspert rəyi faktiki vəziyyətə və müvafiq kadastr baza məlumatlarına uyğun şəkildə verilməmişdir. Bütün bu sadalananlara baxmayaraq, məhkəmə tamamilə əsassız olaraq iş üzrə səhv nəticəyə gələrək iddiaçının iddia tələblərini təmin etmişdir. Texniki Pasportda qeydiyya ta alınmış tikilinin sahəsi 62,2 kvadrat metr göstərilmişdir və üst-üstə düşdüyü iddia edilən 14,28 kvadrat metr sahənin mübahisələndirilən tikilinin 62,2 kvadrat metr sahəsinin hansı hissəsinə düşdüyü və iddia ərizəsində çıxarılması tələb edilən ümumi sahəsi 38 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində yerləşib-yerləşməməsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə mübahisələndirilən tikilinin iddiaçının mülkiyyətində olması və bu səbəbdən də boşaldılmalı olması barədə yanlış nəticəyə gəlmişdir. Qətnamə mülkiyyət hüququna dair hüquq normalarının tələblərinə zidd olaraq çıxarılmışdır. Belə ki, iddiaçının mübahisələndirlən tikilinin mülkiyyətçisi olması qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi halda, məhkəmə bununla bağlı fərqli qənaətə gələrək mülkiyyət hüququ na dair qanun normalarına zidd qərara imza atmışdır. Belə olan halda aydındır ki, məhkəmənin qəbul etdiyi qətnaməyə əsasən cavabdeh tərəfindən inşa edilmiş tikilinin iddiaçıya məxsus olduğu iddia edilən qeyri-yaşayış obyektinin daxilində yerləşməsi barədə gəlinmiş nəticə işin hallarına uyğun olmadığından məhkəmənin bu qənaəti qanunazidd sayılmalıdır. Ekspertiza keçirilərkən ekspert yalnız yerində baxış keçirilməsi barədə vəsatətlə kifayətlənmiş, mülkiyyətdə olduğu iddia edilən tikiliyə dair rəy verərkən nədənsə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin kadastr baza məlumatlarına istinad etməmiş, həmin idarənin mütəxəssisinin ekspertiza keçirilməsinə cəlb edilməsi və mütəxəssis rəyinin alınması barədə vəsatət verməmişdir. Nəzərə alınsa ki, 2001-ci ildə inşa edilmiş tikili sonradan yenidən qurularaq dəyişdirilmişdir və müvafiq ərizə ilə müraciət etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisləri yerində ölçmə işləri apararkən həm rəydə göstərilən ölçülərin yanlış olduğuna, həm də torpaq sahəsinin koordinatlarının tikilinin koordinatları ilə üst-üstə düşmədiyinə dair fikirlərini bildirmişlər, aydın olur ki, sözügedən ekspert rəyi faktiki vəziyyətə və müvafiq kadastr baza məlumatlarına uyğun şəkildə verilməmişdir. Göründüyü kimi, sözügedən ekspert rəyində kifayət qədər ziddiyyətli məqamlar və aydın olmayan məsələlər mövcuddur. Ən başlıcası isə məhkəmənin ekspertiza qarşısında qoyduğu suallara aydınlıq gətirilməmişdir. Sözügedən ekspert rəyində kif ayət qədər ziddiyyətli məqamlar və aydın olmayan məsələlər mövcud olduğundan, işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün bu rəy kifayət etmədiyindən, mötəbər süburlara əsaslanmadan tərtib edildiyindən, təqdim olunmuş ekspert rəyi məhkəmə tərəfindən müəyyən edilməli olan hallara tam aydınlıq gətirmədiyindən yeni tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatət verilmişdir. Belə olan halda məhkəmə iş üzrə təkrar, yaxud əlavə ekspertiza təyin etməli olduğu təqdirdə bunu etməmişdir.
18. Apellyasiya baxışında əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3534 nömrəli ekspert rəyinə əsasən: - iş materiallarında olan (səh. 11-12) xx.xx.2001-ci il tarixli Akta əlavə edilmiş plancizgiyə görə İddiaçı f irmasına məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi avtobus dayanacağı küçəsində yerləşən 38 kvadrat metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları qeyd olunan aktda mövcud olmadığından faktiki olaraq öz koordinatları hüdudlarında yerləşib-yerləşməməsinin təyin edilməsi mümkün olmamışdır. - iş materiallarında olan (səh. 11-12) xx.xx.2001-ci il tarixli Akta əlavə edilmiş plancizgiyə görə İddiaçı firmasına məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi, avtobus dayanacağı küçəsində yerləşən 38 kvadrat metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin faktiki göstərilən koordinatlara əsasən 60.43 kv.metr təşkil etdiyi, həmin sahənin 6.78 kv.metr hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilmişdir.
20. Sumqayıt A pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-21/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində dəyişdirilmiş, cavabdehin iddiaçı MMC-yə məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən qeyri-yaşayış sahəsinin 6,78 kv.metr hissəsindən çıxarılması qət edilmiş, qətnamə qalan baxılan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lalə Rəhimli (sədrlik edən və məruzəçi), Almaz Süleymanova, Fuad Məmmədov)
21. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 287 say lı sərəncamına əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyriyaşayış sahəsi MMC-yə ayrılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MənzilKommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi avtobus dayanacağı küçəsində yerləşən mağaza, qeyriyaşayış sahəsinin mülkiyyətçisi iddiaçı olan MMC-dir və həmin əmlak üzərində MMC-nin hüququ 19 nömrəli reyestr kitabında 324 nömrəsi ilə qeydiyyata alınmışdır. X5 əlavə olunmuş qeyri-yaşayış binasının Texniki Pasportuna əsasən qeyriyaşayış sahəsinin tikinti altı sahəsi 62,2 kv.metr təşkil edir
22. Apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışında alınmış ekspert rəyinə istinadən hesab etmişdir ki, iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış obyektinin 6,78 kv.metr hissəsinin cavabdeh tərəfindən istifadə olunması ekspert rəyi ilə öz təsdiqini tapmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə münasibətdə göstərmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
24. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsində yerləşən ümumi sahəsi 38 kv.metr olan qeyri-yaşayış sahəsindən çıxarılmaqla qey ri-yaşayış sahəsinin ölçüsündə səhvə yol vermişdir. Belə ki, ekspert rəyinə görə mübahisəli qeyriyaşayış sahəsinin yalnız 6,78 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. Buna görə də cavabdeh qeyri-yaşayış sahəsinin 6,78 kv.metr hissəsindən çıxarılmalıdır.
25. Apellyasiya instansiyası məhkəməsi cavabdehin MMC-yə avtobus dayanacağı tikintisi üçün həmin torpağa bitişik olaraq əlavə 22 kvadrat metr torpaq sahəsi ayrılan vaxt həmin dövrdə onun istifadə etdiyi tikilinin artıq inşa edilərək mövcud olması barədə dəlilini əsasız sayaraq göstərmişdir ki, cavabdeh buna dair hər hansı mötəbər, şübhələrdən kənar sübut təqdim edə bilməmişdir
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyası 13, 29.-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.8-ci Mülki Prosessual Məcəllənin, 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (onun vəkili Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırmışdır ki, iddia tələbi üzrə birinci və apellyasiya instansiya məhkəmələrində düzgün araşdırılma aparılmamışdır. Cavabdeh obyektə uzun illər xərc çəkmiş, obyekt cavabdehin istifadəsində olmuş, hazırda da cavabdehin istifadəsindədir. Eyni zamanda məhkəmə ekpertiza mərkəzinin verdiyi rəydə döngə nöqtələrinin koordinatları qeyd olunmadığ ından cavabdehin obyektinin həmin koordinatlarda olubolmaması tam şəkildə müəyyən edilməmişdir. Belə olduğu halda ekspert rəyi də əsassız sayılır, çünki döngə koordinatları ilə deyil, qarşı tərəfin göstərdiyi koordinaatlar əsasında rəy verilmiş, ümumiyətlə ekspert obyektə baxış keçirməmiş, qənaətə gəldiyi rəyin hansı əsasla olması məlum deyildir. Ekspert rəyində qeyd edib ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 8-ci mikrorayon, Bakı küçəsi, avtobus dayanacağı küçəsində yerləşən 38 kvadrat metr qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi faktiki göstərilən koordinatlara əsasən 60.43 kv.metr təşkil edir, həmin sahənin 6,78 kv metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. Cavabdehdə olan sənədlərə əsasən mübahisə edilən obyekt 18,2 kv.metr təşkil edir. Ümumiyyətlə iddiaçının mübahisəli obyekt üzərində mülkiyyətini təsdiq edən DRX tərəfindən verilmiş heç bir sənəd iş materialına əlavə olunmamışdır və belə bir sənəd yoxdur. Torpaq sahəsinin döngə nöqtələri tam aydın şəkildə bilinmədiyi üçün ekspert rəyi düzgün deyildir və məhkəmənin qətnaməsi əsassızdır. Əslində iş üzrə düzgün tam rəyin verilməsi üçün yenidən təkrar kompleks ekspertiza keçirilməlidir. Ekspert rəyinin düzgün olmaması barədə apelyasiya ərizəsində qeyd edilsə də, məhkəmə apellyasiya şikayətini qismən təmin edilməsi barədə qətnamə çıxmışdır. Lakin əslində, iddia əsassız olduğundan rədd olunmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Maddə
13. Mülkiyyət toxunulmazdır və dövlə t tərəfindən müdafiə olunur. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən m əhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxa rkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hü quq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələ ri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq no rmalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır.
38. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
39. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
40. Qeyd edilən normanın tələbinə görə əmlakın qanunsuz sahiblikdən geri istənilməsi b arədə iddianın təmin edilməsinin əsas şərti ondan ibarətdir ki, geri istənilən əmlak tələb edənin mülkiyyətində olmalı, həmin əmlak onun sahibliyindən çıxmalı və əmlaka sahibliyə yiyələnənin sahibliyə dair heç bir hüquqi əsası olmamalıdır.
41. İşdən görünür ki, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə cavabdehin apellyasiya şikayətini dəlillərini yoxlamaq üçün əlavə ekspertiza təyin etmiş, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin bir hissəsinin cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan istifadə edildiyini, qanunsuz istifadə edilən sahənin həcmini ekspert rəyinə əsasən müəyyən etmiş və iddia tələbini də həmin rəyə uyğun olaraq qismən təmin etməklə, birincin instansiya məhkəməsinin qətnaməsini dəyişdirmiş, cavabdehin apellyasiya şikayətini qismən əsaslı saymışdır.
42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə zəruri hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert rəylərini MPMin 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
43. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
44. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən iddia tələbinə etirazın, apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onların bir q ismini əsaslı sayaraq qətnaməni cavabdehin xeyrinə dəyişdirmişdir.
45. Ekspert rəylərinin düzgün olmaması, apellyasiya instansiyası məhkəməsinin iş üzrə kompleks ekspertiza təyin etməli olduğu halda bunu etməməsi barədə kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
46. Görü ndüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlətini müəyyən etmişdir.
47. Məhkəmə kollegiyası izah edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.
48. Həmçinin qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi əlavə tikintitexniki ekspertizasını məhz cavabdehin vəsatəti ilə təyin etmiş, alınan rəydə cavabdehin dəlilləri qismən təsdiqni tapsa da, qalan hissədə dəlilləri təkzib edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamal ı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-21/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.