Məhkəmə qərarları › İş №2(001)-93/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-93/2025

10.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-93/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı (İB) Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin əvvlki vəziyyətə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 tərəfindən ünvan 1 ünvanında (koordinatlar: 40.426695; 49.835259), İddiaçı balans və istismarında olan 273 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 16 p/metr hissəsini qapalı şəraitə salmaqla qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş fərdi yaşayış evi və daş hasar cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün və qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırılması üçün İddiaçı İB tərəfindən ödənilmiş 100,40 manat (bir yüz manat qırx qəpik) dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq iddiaçı Azəriqaz” İB-yə ödənilməsi barədə qətnamə qəbuıl edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq ünvan 2 ünvanında qanunsuz olaraq fərdi yaşayış evi və daş hasar inşa edilmiş (koordinatlar: 40.426695; 49.835259), İddiaçı balans və istismarında olan 273 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 16 p/metr hissəsi fərdi yaşayış evinin həyətinin daxilində qapalı şəraitə salınmışdır. Aşkar olunmuş fakt İddiaçı İB-nın əməkdaşları tərəfindən aktlaşdırılmış, cavabdehin ünvanına yazılı xəbərdarlıq təqdim edilərək qaz xəttinin normal istismarına şərait yaradılması və bu məqsədlə də həmin özbaşına tikilinin sökülməsi tələb edilmişdir. Belə ki, cavabdeh tərəfindən həmin ünvanda qanunsuz inşa edilmiş özbaşına tikili qaz xəttinin İddiaçı İB əməkdaşları tərəfindən normal istismarını pozur, fiziki nəzarət üsulları ilə yoxlanılmasına mane olur, qaz xəttinin həmin hissəsinə texniki xidmət göstərilməsinin qarşısını alır və bu kimi texniki xidmət qaydalarının tərəfindən lazımi səviyyədə vaxtında görülə bilinməsinə cavabdeh tərəfindən suni maneənin yaradılmış olması gələcəkdə də qaz xəttinin vaxtından əvvəl zədələnməsinə (sıradan çıxmasına) gətirib çıxarır. Qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin daxilində çapalı şəraitə salınmış müvafiq qaz xəttinə qarşı cavabdeh və ya digər şəxslər tərəfindən törədiləcək hər hansı bir ehtiyyatsız davranış, həmçinin qaz xəttinin zədələnməsi nəticəsindən baş verə biləcək kiçik bir qaz sızması gələcəkdə həmin ünvanda və ətrafda cavabdehin ailəsi və ya digər sakinlər üçün arzuolunmaz hadisələrə, ölümlə nəticələnə biləcək partlayışa, yanğına və sair növ bədbəxt hadisələrə yol aça bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, sözügedən ünvanda cavabdeh tərəfindən qanunsuz inşa edilmiş həmin özbaşına tikili cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülməli və İddiaçı İB-yə məxsus qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılmalıdır. Qanunun tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəflərin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək ünvan 1 ünvanında (koordinatlar: 40.426695; 49.835259), İddiaçı balans və istismarında olan 273 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 16 p/metr hissəsini qapalı şəraitə salmaqla qaz xəttinin mühafizə zonasında özbaşına tikilmiş fərdi yaşayış evi və daş hasar cavabdehin vəsaiti hesabına əvəzi ödənilmədən sökülsün və qaz xəttinin mühafizə zonası bərpa edilərək əvvəlki vəziyyətə qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair məhkəmədə iddia qaldırılması üçün İddiaçı İB tərəfindən ödənilmiş 100,40 manat (bir yüz manat qırx qəpik) dövlət rüsumunun əvəzi cavabdeh X2 tutularaq iddiaçı Azəriqaz” İB-yə ödənilməsi barədə qətnamə qəbuıl edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 11 №-li yaşayış evi İmamnəzər Əlixan oğlunun adına 23 fevral 1994-cü il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Həmin yaşayış evinin 1993-cü il tarixli Texniki Pasport sənədindən görünür ki, yaşayış evinin yerləşdiyi torpaq sahəsi 783,55 kv.m olmaqla üzərində “A” literli yaşayış evi, “B” literli Anbar, “V” literli hamam-ayaqyolu, “İ” literli dəmir darvaza və “İİ” literli dağ hasar tikililəri mövcud olmuşdur. Eyni zamanda texniki pasportun məlumatlarına əsasən tikililər 1960-cı ildə inşa edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 28 yanvar 1994-cü il tarixli, 124 nömrəli Sərəncamından görünür ki, Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisinin qaydaya salınması üçün görülən tədbirlər haqqında qərarına əsasən İmamnəzər Əlixan oğluna məxsus olan, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 11 nömrəli ev, TİBnun 1993-cü ildə tərtib etdiyi texniki pasport əsas götürülməklə, hüquqi qeydiyyata alınması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 10/6349 saylı rəyindən görünür ki; 1-ci sualı üzrə - İddiaçı balans və istismarında olan 273 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 19 perimetr hissəsi yerə bərkidilmiş dəmir dirəklərin üstündə çəkilməklə yerdən 2,5-2,6 metr yüksəklikdə yerləşir və üstü açıq vəziyyətdədir. Ekspertizaya təqdim edilmiş 1993-cü il tarixli Texniki Pasportdan görünür ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi tikilisi 1960-cı ildə inşa edilmişdir. Müqayisəli tədqiqat aparmaqla yaşayış evinin texniki parametrlərinin 1993-cü il tarixli Texniki Pasportda qeyd olunanlara uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda müqayisəli tədqiqat nəticəsində 273 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 19 perimetr hissəsi 1993-cü il tarixli Texniki Pasportda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. 2-ci sualı üzrə - X4 istifadəsində olan fərdi yaşayış evinin ekspertizaya təqdim edilmiş 1993-cü il tarixli Texniki Pasporta uyğun inşa edildiyi müəyyən olunmuşdur. Bakı şəhər icra hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən həmin yaşayış evi İmamnəzər Əlixan oğlunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. İşə əlavə edilmiş 06 yanvar 2025-ci il tarixli, 10/6349 saylı saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir. Həmin Qaydaların 2.11 -ci bəndinin “a” hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin 8-ci sətrinin 1 -ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərlərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarını pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin Qaydalara edilmiş 5 nömrəli əlavədən müəyyən edilir ki, dayaqlar üzərində çəkilmiş orta təzyiqli yerüstü qaz kəmərlərindən yaşayış və ictimai binalara qədər olan horizontal üzrə minimum işıq məsafəsi (metr) 5 metr məsafədə olmalıdır. Həmin Qaydaların 2.27-ci bəndinə görə, bu Qaydaların tələblərinin pozulmasında təqsirkar olan vəzifəli şəxslər və vətəndaşlar respublikanın qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunurlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsində təsbit olunub ki, bu Qanunu pozan hüquqi və ~ziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını araşdırıb, işdə oan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 11 №-li yaşayış evi İmamnəzər Əlixan oğlunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Həmin yaşayış evinin 1993-cü il tarixli Texniki Pasport sənədinə əsasən, yaşayış evinin yerləşdiyi torpaq sahəsi 783,55 kv.m olmaqla üzərində “A” literli yaşayış evi, “B” literli Anbar, “V” literli hamam-ayaqyolu, “İ” literli dəmir darvaza və “İİ” literli dağ hasar tikililəri mövcud olmuşdur. Eyni zamanda texniki pasportun məlumatlarına əsasən tikililər 1960-cı ildə inşa edilmişdir. Bundan sonra Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 28 yanvar 1994-cü il tarixli, 124 nömrəli Sərəncamından görünür ki, Bakı şəhərində fərdi yaşayış evlərinin tikintisinin qaydaya salınması üçün görülən tədbirlər haqqında qərarına əsasən İmamnəzər Əlixan oğluna məxsus olan, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində yerləşən 11 nömrəli ev, TİBnun 1993-cü ildə tərtib etdiyi texniki pasport əsas götürülməklə, hüquqi qeydiyyata alınması qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2024-cü il tarixli, 2(001)-407/2024 saylı qərardadı ilə mühəndis tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 10/6349 saylı rəyinə əsasən; 1-ci sualı üzrə - İddiaçı balans və istismarında olan 273 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 19 perimetr hissəsi yerə bərkidilmiş dəmir dirəklərin üstündə çəkilməklə yerdən 2,5-2,6 metr yüksəklikdə yerləşir və üstü açıq vəziyyətdədir. Ekspertizaya təqdim edilmiş 1993-cü il tarixli Texniki Pasportdan görünür ki, həmin ünvanda yerləşən fərdi yaşayış evi tikilisi 1960-cı ildə inşa edilmişdir. Müqayisəli tədqiqat aparmaqla yaşayış evinin texniki parametrlərinin 1993-cü il tarixli Texniki Pasportda qeyd olunanlara uyğun olduğu müəyyən edilmişdir. Eyni zamanda müqayisəli tədqiqat nəticəsində 273 mm diametrli, orta təzyiqli, Alatava QPS-indən ayrılan daşıyıcı yerüstü qaz xəttinin 19 perimetr hissəsi 1993-cü il tarixli Texniki Pasportda qeyd olunan torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. 2-ci sualı üzrə - X4 istifadəsində olan fərdi yaşayış evinin ekspertizaya təqdim edilmiş 1993-cü il tarixli Texniki Pasporta uyğun inşa edildiyi müəyyən olunmuşdur. Bakı şəhər icra hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən həmin yaşayış evi İmamnəzər Əlixan oğlunun adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı özbaşına tikilmiş fərdi yaşayış evi və daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsini xahiş etsə də, yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 10 nömrəli yaşayış evi Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən İmamnəzər Əlixan oğlunun adına xüsusi mülkiyyət kimi qeydiyyata alnmışdır. Sözügedən evin cavabdehin mülkiyyətində olması ilə bağlı iş üzrə heç bir sübut təqdim edilməmişdir. Bu da onu deməyə əsas verir ki, iş üzrə Cavabdeh hazırki iddia tələbinə cavab verməli olan şəxs deyil. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş 06 yanvar 2025-ci il tarixli, 10/6349 saylı saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 100 (bir yüz) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar