Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-930/2021 20.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlakın qaytarılması və borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07/18/0436 saylı, 17 oktyabr 2018-ci il tarixli Daxili maliyyə lizinqi müqaviləsi üzrə 580,33 manat məbləğində cərimə borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, ümumi müqavilə dəyəri 2.900 manat olan iddiaçıya məxsus 1 ədəd 2018-ci il buraxılışlı Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 2 ədəd yarımdövriyyə vintel, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 1 ədəd stablizator, 90 ədəd radiator, 10 ədəd radiator asqı seti, 20 ədəd radiator vintili köşə, 3 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80-lik, 2 ədəd suşilka vintili, 2 ədəd dirsək 32 mmlik, 2 ədəd keçid 32*25, 2 ədəd mufta 32 mm, 4 ədəd boru 25 mm, 10 ədəd dirsək 90*25 mm, 2 ədəd rekor düz 25 mm, 20 ədəd rekor düz 20 mm, zəruri sənədləri və ləvazimatları ilə birlikdə cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 30 mart 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh şifahi vəsatətlə məhkəməyə müraciət edərək, maddi imkansızlığı səbəbindən bir müddət lizinq ödənişlərini həyata keçirə bilmədiyini, bu səbəbdən ödənişlərdə gecikmələrin yarandığını bildirmiş və iddiaçı ilə danışıqlar aparıb qalan məbləğin ödənilməsi ilə bağlı razılıq əldə edilməsinə şəraitin yaradılması məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdeh vəsatəti təmin edilmiş və ona iddiaçı ilə razılıq əldə edilməsinin təmin olunması məqsədi ilə işə baxılması təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMC isə məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının bu barədə ərizəsini, habelə cavabdehin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 17.10.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə əsasən iddiaçı (lizinq verən) tərəfindən cavabdehə 18 ay müddətinə ümumi məbləği 3.849,08 manat olan lizinq ödənişləri (əsas borc və mükafat) etmək şərti ilə lizinq obyekti sayılan 2.900 manat dəyərində lizinq obyektini (1 ədəd 2018-ci il buraxılışlı Comfort markalı məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 2 ədəd yarımdövriyyə vintel, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 1 ədəd stablizator, 90 ədəd radiator, 10 ədəd radiator asqı seti, 20 ədəd radiator vintili köşə, 3 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80-lik, 2 ədəd suşilka vintili, 2 ədəd dirsək 32 mm-lik, 2 ədəd keçid 32*25, 2 ədəd mufta 32 mm, 4 ədəd boru 25 mm, 10 ədəd dirsək 90*25 mm, 2 ədəd rekor düz 25 mm, 20 ədəd rekor düz 20 mm) cavabdehə (lizinq alan) lizinqə vermişdir. Cavabdeh iddiaçıdan qeyd edilən müqavilə üzrə müəyyən edilmiş əmlakları lizinqə qəbul etmiş və müəyyən edilmiş qaydada və müddətlərdə ödənişlər etməyi, ödənişlərdə gecikməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğinin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək, yaranmış borc məbləği barədə ona məlumat verilmiş və borcun 7 gün ərzində ödənilməsini ondan tələb edilmiş, əks halda lizinq obyektinin geri alınması və yaranmış borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəliklər bundan sonra da cavabdeh tərəfindən lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin müqavilə üzrə 06.10.2020-ci il tarixə cavabdehin 580,33 manat məbləğində cərimə borcunun yarandığını iddia edərək, həmin məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan tutulmasını və lizinq obyektinin geri alınmasını tələb edir. Lizinq müqaviləsi üzrə öhdəliklərin müddəti 17.04.2020-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 747-2-ci maddəsinə əsasən lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır; 748.3-cü maddəsinə əsasən lizinq müqaviləsində tərəflərin öhdəliklərinin mübahisəsiz və aşkar pozuntular sayılan və lizinq müqaviləsinin ləğvinə səbəb olan hallar müəyyənləşdirilməli, tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır; 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, cavabdeh 17.10.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda, üzərinə götürdüyü öhdəlikəri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya ödəməli olduğu dövri ödənişləri müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada həyata keçirməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, lizinq obyekti iddiaçıya geri qaytarmalıdır. Məhkəmə, hesab edir ki, iddia tələbi lizinq obyektinin cavabdehdən alınması hissəsində əsasıdır və təmin edilməli, iddiaçıya məxsus ümumi müqavilə dəyəri 2.900 manat olan lizinq obyekti (1 ədəd 2018-ci il buraxılışlı Comfort markalı məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 2 ədəd yarımdövriyyə vintel, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 1 ədəd stablizator, 90 ədəd radiator, 10 ədəd radiator asqı seti, 20 ədəd radiator vintili köşə, 3 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80-lik, 2 ədəd suşilka vintili, 2 ədəd dirsək 32 mm-lik, 2 ədəd keçid 32*25, 2 ədəd mufta 32 mm, 4 ədəd boru 25 mm, 10 ədəd dirsək 90*25 mm, 2 ədəd rekor düz 25 mm, 20 ədəd rekor düz 20 mm) və ona dair sənədlər (məişət qaz qazanı barədə məlumatları özündə əks etdirən kitabça) Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq İddiaçı MMCyə qaytarılmalıdır. Məhkəmə iddia tələbinin “ləvazimatların qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qeyri-müəyyəndir. Belə ki, cavabdehdən alınmalı olan ləvazimatlar barədə dəqiq məlumat verilməmişdir. Hər bir halda, lizinq obyekti cavabdehdən alındıqdan sonra ona aid hər hansı ləvazimatın cavabdehdə qalmasına hər hansı zərurət qalmayacaqdır və belə bir əşyalar cavabdehdə olduğu halda onların da iddiaçıya təhvil verilməsi heç bir problem yaratmayacaqdır. Digər tərəfdən xeyli müddətin ötməsi səbəbindən lizinq obyektinə aid hər hansı ləvazimatın cavabdeh tərəfindən saxlanılmaması da istisna deyil. Belə olan halda isə həm bu, həm də tələbin bu hissədə qeyri-dəqiq olması səbəbindən iddianın bu hissədə təmin edilib edilməməsindən asılı olmayaraq onları təhvil verilməsi mümkün olmayacaqdır. Bu səbəbdən iddia tələbi bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə üzərinə öhdəlik götürmüşdür. Hazırda iddiaçı lizinq obyektinin geri qaytarılmasını, həmçinin hesablanmış 580,33 manat məbləğində cərimə borcunun ödəniməsini tələb edir. Məhkəmə, qeyd edilən lizinq müqaviləsi üzrə əsas borc qalığının 1.068,36 manat məbləğində olduğunu nəzərə alıb hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməli, hesablanmış 580,33 manat məbləğində cərimə məbləği azaldılaraq, 80 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi “dövlət rüsumunun tutulması” hissəsində qismən təmin edilməli, cavabdehdən tutulmalı olan cərimə məbləğ 80 manat məbləğində müəyyən edildiyindən, ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və məhz bu məbləğdə dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatadək olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus, ümumi müqavilə dəyəri 2.900 manat olan lizinq obyekti (1 ədəd 2018-ci il buraxılışlı Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 2 ədəd yarımdövriyyə vintil, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 1 ədəd stablizator, 90 ədəd radiator, 10 ədəd radiator asqı seti, 20 ədəd radiator vintili köşə, 3 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80-lik, 2 ədəd suşilka vintili, 2 ədəd dirsək 32 mm-lik, 2 ədəd keçid 32*25, 2 ədəd mufta 32 mm, 4 ədəd boru 25 mm, 10 ədəd dirsək 90*25 mm, 2 ədəd rekor düz 25 mm, 20 ədəd rekor düz 20 mm) və ona dair sənədlər (məişət qaz qazanı barədə məlumatları özündə əks etdirən kitabça) Cavabdeh alınaraq İddiaçı MMCyə qaytarılmalı, Cavabdeh 80 manat məbləğində cərimə borcu, həmçinin 20 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Ödənilmiş dövlət rüsumunun 10 manat hissəsi İddiaçı MMC-yə aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə məxsus, ümumi müqavilə dəyəri 2.900 (iki min doqquz yüz) manat olan lizinq obyekti (1 ədəd 2018-ci il buraxılışlı Comfort markalı divardan asılan məişət qaz qazanı, 1 ədəd divardan asılan məişət qaz qazanı asqı seti, 2 ədəd yarımdövriyyə vintil, 1 ədəd qaz requlyatoru, 1 ədəd qaz şlanqı, 1 ədəd qaz vintili, 1 ədəd stablizator, 90 ədəd radiator, 10 ədəd radiator asqı seti, 20 ədəd radiator vintili köşə, 3 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80-lik, 2 ədəd suşilka vintili, 2 ədəd dirsək 32 mm-lik, 2 ədəd keçid 32*25, 2 ədəd mufta 32 mm, 4 ədəd boru 25 mm, 10 ədəd dirsək 90*25 mm, 2 ədəd rekor düz 25 mm, 20 ədəd rekor düz 20 mm) və ona dair sənədlər (məişət qaz qazanı barədə məlumatları özündə əks etdirən kitabça) Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 80 (səksən) manat məbləğində cərimə borcu, həmçinin 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 10 (on) manat hissəsi İddiaçı MMC-yə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-930/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-930/2021
20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver