Məhkəmə qərarları › İş №2(001)-940/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-940/2021

05.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-940/2021 05.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, X8 Rövşən qızının və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, X8 Rövşən qızının Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və çəkilmiş əlavə xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Rövşən qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14021/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq 170 manat miqdarında dəyişdirilməsi və xx xxxxxx 2016-cı il təvəllüdlü X6 müalicəsi üçün “Bakı Medical Plaza” da xərclədiyi 3.206 manat müalicə pulunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X8 Rövşən qızı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 14021/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq 175 manat miqdarında dəyişdirilməsi və xx xxxxxx 2016-cı il təvəllüdlü X6 müalicəsi üçün “Bakı Medical Plaza” da xərclədiyi 3.206 manat müalicə pulunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X8 Rövşən qızı və onun vəkili Vəkil iddia tələbinin və tələbin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək və iddiaya qarşı yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçı ilə birgə nikahdan olmuş X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəyir. Lakin hazırda heç bir yerdə işləmir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işsiz kimi qeydiyyatdan keçmişdir. Bundan başqa, uşağın xəstəliyi ilə əlaqədar olaraq əlavə xərc kimi 100 manat məbləğində pul vəsaiti ödəyir. Bu səbəbdən aliment məbləğinin artırılması, artırılmış hissənin ödənilməsini qeyRi mümkün edəcəkdir. Həmçinin, uşaq “X11”ya daxil olduğu gün onun müalicəsi üçün həmin müəssisənin kassasına 3.000 manat məbləğində pul ödəmişdir. Bu səbəbdən iddiaçı əsassız olaraq ondan müalicə xərclərinin tutulmasını tələb edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, habelə uşağın mənafeyini nəzərə alıb, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, X8 Rövşən qızı ilə Cavabdeh birgə nikahından xx xxxxxx 2016-cı il tarixdə X9 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14021/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh xx xxxxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 117 manat məbləğində alimentin və uşaq 3 yaşına çatanadək ana üçün hər ay 30 manat sabit pul şəklində alimentin tutularaq, X8 Rövşən qızına ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin qətnamə ilə tutulan 117 manat sabit pul məbləğində alimentin dəyişdirilərək, hər ay 175 manat məbləğində müəyyən edilməsini, habelə uşağın müalicəsinə çəkilmiş xərcin əvəzi olaraq cavabdehdən 3.206 manat məbləğində pulun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə tərəfindən müəyyən edilmiş sabit pul məbləğində alimenti və əlavə xərc kimi 100 manat məbləğində pul vəsaitini ödədiyini, hazırda heç bir yerdə işləmədiyini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işsiz kimi qeydiyyatdan keçdiyini və bundan artıq məbləğdə alimenti ödəmək imkanına malik olmadığını bildirir. Eyni zamanda, uşağın müalicəsi ilə bağlı “X11”nın kassasına 3.000 manat məbləğində pul ödədiyini qeyd edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Uşağın artıq 3 yaşı tamam olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. X3 X4 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, iddiaçının cavabdeh tərəfindən hazırda uşağın saxlanılması üçün ödənilən 117 manat məbləğində alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaları ilə razılaşıb, yetkilik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış aliment məbləği Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddiaçının bu iddia ilə məhkəməyə müraciət etdiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə elan olunduğu, yəni xx.xx.2021-ci il tarixdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Lakin nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilirdi. Həmin maddəyə xx.xx.2016-cı il tarixdə (xx.xx.2017-ci il tarixdə dərc edilmişdir) edilmiş dəyişikliyə əsasən alimentin alınması, o cümlədən artırılması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Məhkəmə, cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaq artıq 3 yaşına çatmışdır və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14021/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə uşaq 3 yaşına çatanadək ana üçün hər ay tutulan 30 manat sabit pul şəklində aliment artıq tutulmur. Uşağın saxlanılması üçün 117 manat sabit pul məbləğində alimentdən başqa hər hansı məbləğdə pul tutulmur. Bu səbəbdən cavabdehin ötən dövr ərzində ödənişlər aparılmasını təsdiq edən qəbzlərin məhkəməyə təqdim etməsi müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməməsi (artırılmaması) üçün əsas ola bilməz. Belə ki, hazırki vəziyyətdə bu məbləğlərin yalnız mövcud aliment məbləğinin və ya aliment borcunun ödənilməsini təsdiq edən qəbzlər olması qənaətinə gəlmək olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə, iddia tələbinin “əlavə xərclərin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “İki tərəfli pnevmoniya” Bakteremiya. Uşaq serebral iflici.” Diaqnozları ilə “X5- Bakı” MMC-nin nəznində olan “X11” klinikasının Pediatriya şöbəsində müalicə almış və bununla bağlı klinikaya 5.819 manat məbləğində pul ödənilmişdir. Həmin məbləğin 3.000 manat hissəsi xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən klinikahın kassasına köçürülmüşdür. Başqa sözlə, cavabdeh uşağın müalicəsi ilə bağlı xərclərin qarşılanmasında iştirak etmiş və məbləğ etibarı ilə cavabdeh uşağın müalicəsi üçün iddiaçıdan artıq məbləğdə ödəniş etmişdir. Həm bu səbəbdən, həm də uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alıb, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14021/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx xxxxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadeh Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq X8 Rövşən qızına verilməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin elan olunduğu, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, qətnamə dərhal icra edilməli, qətnamə qəlan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 500 manatdan çox olduğundan ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-14021/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx xxxxxx 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavadeh Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq X8 Rövşən qızına verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin elan olunduğu, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. İddia qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. X8 Rövşən qızının ödəməkdən azad edildiyi 30 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar