Məhkəmə qərarları › İş №2(001)-954/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-954/2024

27.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-954/2024 27.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların müdafiəsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-nə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı ildən onun qeydiyyatda olduğu Binəqədi qəsəbəsi, Zeynalov küçəsi 2A adına verilmiş **********000 saylı abonent kodu üzrə Azərsu Binəqədi rayon Sukanal İdarəsi ilə imzalanmış 03 fevral 2023 tarixli 43841316 saylı müqavilədə qeyd olunan ailə tərkibi 2 nəfərdən əlavə olaraq, həmin müqaviləyə zidd olaraq daha əlavə 2 nəfər üçün hesablanmış 40 manat borcun silinməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 Fevral 2031 tarixdə, yuxarıda adı qeyd olunan dövlət təşkilatı ilə onun arasında Abonent kodu **********000 , Ailə tərkibi 2 nəfər olmaqla (1 nərər üçün ayliq istehlak normasi 5 m3 olmaqla xx.xx.2021 tarixli Müqavilənin əsasında) Su təhciatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki Şəxslərə bağlanan 43841316 saylı Müqavilə imzalanmışdır. Həmin tarixdan etibarnarnə İmzalanmış Müqavilə çərçivisində xx.xx.2023 — xx.xx.2023 dövrü üçün aila tərkibi 2 nəfər üçün ayliq istehlak norması 10 AZN manat hesablanmışdır. xx.xx.2023 dövrün əvvəlinə qalıq borcu 1 AZN man göstərilərək, 43841316 saylı Müqavilənin şərtlərinə zidd olaraq xx.xx.2023 — xx.xx.2023 dövr üçün ********* saylı Faktura üzrə aile tərkibi 3.52 nəfər üçün sərfiyyat 19 man, xx.xx.2023xx.xx.2023 dövr üçün ********* saylı Faktura üzrə ailə tərkibi 4 nəfər üçün 19 man, xx.xx.2023xx.xx.2023 dövr üçün ********* saylı Faktura üzrə ailə tərkibi 4 nəfər üçün 15 man və xx.xx.2023xx.xx.2023 tarixdən başlayaraq həmin dövrü üçün ********* saylı Faktura üzra aile tərkibi 2 nəfər üçün 10 man, xx.xx.2023- xx.xx.2023 dövrü üçün ailə təkibi 2 nəfər üçün 10 man qeyd olunmuşdur. Bununla əlaqədar o, xx.xx.2023 il tarixdə ******* saylı Arayışla həmin təşkilata müraciət edərək iki tərəf arasında imzalanmış 43841316 saylı Müqavilayə zidd olaraq, həmin Müqavildə qeyd olunmuş ailə tərkibi 2 nəfər üçün 10 man olmasına baxmayaraq əlavə olaraq sərfiyyatın 40 man borc kimi (MilliÖn elektron sistemi Üzərindən əldə olunan ödəmə qəbzində qeyd olunub) adından silinməsini tələb etmişdir. xx.xx.2023-xx.xx.2023 dövr üçün ********** saylı Faktura üzrə hesablanmış ailə tarkibi 2 nəfər üçün hesablanmış 10 man məbləği (ümumi borc 50 man) xx.xx.2023 tarixdə Qəbz 22770 üzrə 10 man ödənilmişdir. 43841316 saylı Müqaviləya zidd olaraq hesablanmış əlavə 40 man sərfiyyat borc kimi hələ də silinməmişdir. Qeydiyyatda olduğu ya yaşadığı ünvanda yerləşən evin mülkiyyət hüququnu təsdiq edan heç bir rəsmi sənəd olmadığı üçün həmin ünvana heç kimin qeydiyyata alınması mümkün olmadığı barada ona ASAN xidmət tərəfindan məlumat verilmişdir. O, cavabdehə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı müraciət etsə də, idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nəhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği olan 40 manat abonent hesabat cədvəlindən göründüyü kimi xx.xx.2024-cü il tarixində ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2023-ğü il tarixdə, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə bağlanmış, müqavilədə ailə tərkibi 2 nəfər göstərilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yerindən arayışa əsasən, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi 2A-da qeydiyyatda İddiaçı ilə X2r. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndindən göründüyü kimi, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər-hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Eyni Qanunun 62-ci maddəsindən görünür ki, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, istehlakçı verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməlidir. Göründüyü kimi, iddiaçının ünvanındakı su sayğacına cavabdeh tərəfindən 40 manat borc hesablanmış, daha sonra həmin borc xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Proseddusl Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh ASC-nə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların müdafiəsi” tələbinə tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar