Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-986/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı Qaz İxrac İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərin mühafizə zonasında qeyri-qanuni inşa etdiyi daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməsinə, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmasına, ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı Qaz İxrac İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında qeyri-qanuni inşa etdiyi daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməsinə, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmasına, ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının tələbləri pozularaq Qaz İxrac İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən 19 metr məsafə aralığında qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintilərin qarşısının alınması və mühafizə zonasında yerləşən tikililərin ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün Qaz İxrac İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə MV-01/1186 saylı məktubla müvafiq dövlət orqanlarının rəhbərlərinə - Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına, Binəqədi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti öz növbəsində xx.xx.2019-cu il tarixli 02/12xx-xx/2676 nömrəli cavab məktubunda məsələyə dair münasibət bildirərək göstərmişdir ki, qeyri-qanuni aparılmış tikinti işləri ilə əlaqədar vətəndaşa aidiyyəti qurumlardan müvafiq rəyin alınmasının, qaz kəmərinin mühafizə zonasının bərpasının və qanunsuz tikintinin sökülməsinin təmin edilməsi barədə ciddi xəbərdarlıq edilmiş və gələcəkdə bu kimi halların baş verməməsi üçün ərazi nəzarətə götürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyətinin cavab məktubunda qeyd edilir ki, eyni zamanda sözügedən tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə məhkəməyə və ya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. xx.xx.2019-cu il tarixdə Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanında 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərindən 19 metr məsafə aralığında qanunsuz olaraq fərdi yaşayış evi, daş hasar inşa edilməsi barədə 4 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanında qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq fərdi yaşayış evi inşa etmiş Cavabdeh onun tərəfindən inşa edilmiş tikililərin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilmiş, adı çəkilən şəxsə müvafiq xəbərdarlıq məktubunun məzmunu izah edildikdən sonra cavabdeh xəbərdarlıq məktubunu qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı Qərarı ilə təsdiq edilmiş Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına əsasən, X6nin mühafizə zonalarında hər hansı bir tikinti-qurasdırma işlərinin aparılması qəti qadağandır. Sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Cavabdeh həmin özbaşına tikiliyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Ona görə də Cavabdeh Qaz İxrac İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 720 mm diametrli Hövsan- Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında qeyri-qanuni inşa etdiyi daş hasarın və fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsinə, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılmasına, ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Abşeron rayon MQKS-nin 4 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktdan müəyyən olunur ki, Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanında, 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən, qaz kəmərindən 19 metr məsafə aralığında qanunsuz olaraq yeni tikili (mişar daşından) daş ev, hasar inşa edilmiş, tikililərə dair heç bir hüquqtanıdıcı sənəd təqdim edilməmişdir. Abşeron Magistral X5 Cavabdeh ünvanladığı xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh təcili olaraq yeni tikili daş evini ləğv edərək magistral qaz kəmərindən 50 metr kənarlaşdırılması barədə xəbərdarlıq edilmiş, Cavabdeh xəbərdarlıq almaqdan imtina etmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli məktubdan müəyyən olunur ki, Qaz İxrac İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin 38-ci km-də kəmərin Binəqədi şossesi döngə 6 ünvanından keçən hissəsində mühafizə zonasında ( kəmərdən 19 metr aralı məsafədə) tikinti işlərinin aparılmasına Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir icazə sənədləri verilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/807 saylı rəyindən müəyyən olunur ki, mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli akta əsasən Cavabdeh tərəfindən Qaz İxrac İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində mişar daşından hasarın və fərdi yaşayış evinin inşa edildiyi görünür. Cavabdeh tərəfindən inşa olunmuş tikililərin mülki iş materiallarında olan xx.xx.2019-cu il tarixli akta əsasən qaz kəmərindən 19 metr məsafədə yerləşdiyini nəzərə aldıqda, həmin tikililərin Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7-ci bəndinə əsasən 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Təqdim edilmiş mülki iş materiallarında mübahisə predmeti olan tikililərlə bağlı hər hansı hüquqmüəyyənedici və texniki sənədlər olmadığından, həmin tikilinin tikinti norma və qaydalarına uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Həmin Qanunun 22-ci maddəsinə əsasən bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh O.A.X9 İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərindən 19 metr məsafədə fərdi yaşayış evi və daş hasarı inşa etməklə Qaz İxrac İdarəsinə məxsus qaz kəmərinin mühafizə zonasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdehin Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi döngə 6 ünvanında lazımı icazələr almadan apardığı tikinti işləri nəticəsində Qaz İxrac İdarəsinin mühafizə zonasında özbaşına daş hasarı və fərdi yaşayış evi inşa etməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia ərizəsi əsaslıdır və buna görə tam həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu və keçirilən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Abşeron Magistral X5 balans və istismarında olan 720 mm diametrli Hövsan-Digah-Qaradağ yüksək təzyiqli yerüstü magistral qaz kəmərinin Bakı şəhəri Binəqədi rayonu Binəqədi- Xırdalan şossesi döngə 6 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında qeyri-qanuni inşa etdiyi daş hasarı və fərdi yaşayış evi Cavabdeh hesabına sökülməklə tikinti mal-materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Cavabdeh dövlət rüsumuna görə 10 manat Qaz İxrac İdarəsinin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-986/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-986/2021
12.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver