Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-989/2024 04.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" İB tərəfindən əsassız olaraq yazılmış 597,51 manat borcun ləğv edilməsini və indiyədək tərəfindən ödədiyi vəsaitin geri qaytarması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, pandemiya dövründə elektrik enerjisinin ödənişlərin vaxtında etmədiyindən 250 manat borcu yaranmışdır. Onun razılığı olmadan "xxxx" ASC tərəfindən yeni nəsil elektrik tipli sayğac quraşdırmışdır (X4). Ona "xxxx" ASC-nin mütəxəssiz tərəfindən şifahi xəbərdarlıq edilərək sayğacın X3 Biləcəri ETSİ-dən təhvil ala biləcəyi bildirilmişdir. İddiaçı "xxxx" ASC Biləcəri ETSİ-yə müraciət etdikdə Smart Kart almağ üçün 80 manat ödəniş etdikdən sonra təhvil almışdır. Smart Kartı aldığı andan hər ödəniş etdikdə 50%-i "xxxx" ASC borca çıxaraq qalan hissəsini kart hesabına otuzdurulub. İddiaçı buna etirazı olmadığını və o, 190 manat artıq ödəniş etdiyindən "xxxx" ASC Biləcəri ETSİ-nə yaxınlaşaraq ödənişlərin çıxarışlarını istəmişdir. Çıxarışı əldə etdikdən sonra 190 manat cərmənin odənildiyini və cavabdeh tərəfindən iddiaçının xəbəri olmadan yeni cərimə tətbiq olunmasını, çıxarış aldıqdan sonra məlumatlı olmasını bildirir. İdarə işçisindən nə ilə əlaqədar cərimə oldunduğunu soruşduqda isə kənar xətt çəkildiyindən, cədvəl üzrə üç dəfə 126 manat, 65,45 manat və 406,51 manat cərimə tərtib olunduğu bildirilmişdir. İddiaçı qeyd edir ki, sayğac nə evin içində, nə də həyətdə olmadığından, yalnız küçə divarında yerləşdiyindən sayğaca müdaxilə edilə, plomblarını qıraraq onu zədələyə və sındıra da bilərlər. Məhkəmə iclasında iştirak edən iddiaçının İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - "xxxx" ASC tərəfindən verilmiş “Abunə haqqında” məlumatdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında (abonent kodu **********70044) iddiaçı tərəfindən mütamadi olaraq elektrik enerjisinə görə ödənişlər edilmiş və iddiaçıya 2024-cü ilin fevral ayının 1-i tarixinə olan borc ümumilikdə 386,86 manat borc hesablanmışdır. - 277686 nömrəli akta əsasən, EEİQ-na uyğun olaraq elektrik sayğaclarına baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacından kənar xətt aşkar olunmuşdur. Kənar xətt sayğaca gələn naqili qutunun içində zədələyib birbaşa qoşmuşdur. Axan cərəyan tərəflərindən ölçülmüşdür. Kənar xəttin ləğv olunması və sayğaca gələn naqilin yenisi ilə əvəz olunması tələb olunmuşdur. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sayğaclara baxış zamanı müəyyən olunmuşdur ki, abonent sayğacı gələn giriş faza xəttini zədələyərək kənar xətt qoşmuşdur. Kənar xətdən axan yül tərəflərindən ampermaşa vasitəsilə ölçülmüşdür. 2,52 A - xx.xx.2022-cü il tarixli və xx.xx.2022-ci il icra vərəqələrinə əsasən, qüsur kimi sayğacdan kənar xətt və abonent giriş xəttini zədələyərək kənar xətt istifadə edilməsi aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 1.1 maddəsinə əsasən abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. -1.4-cü maddəsinə əsasən abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. -6.3-cü maddəsinə əsasən Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. -8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. -7.6-cı maddəsinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.13-cü maddəsinin üçüncü abzasında göstərilir ki, məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının təqsirini sübuta yetirmədən elektrik enerjisi sərfiyyatına görə ona ziyan hesablamışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia tələbi əsaslıdır, ona görə də iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh tərəfindən elektrik enerjisi sərfinə görə əsassız olaraq hesablanmış 597,96 manat borcun (aktlar üzrə cərimələr 191,45+406,51=597,96) 386,86 manatı silinməli, 211,10 manat isə İddiaçı qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən əsassız hesablanmış 386,86 manat (üç yüz səksən altı manat səksən altı qəpik) borc (cərimə) silinsin. İddiaçı tərəfindən ödənilmiş 211,10 manat (iki yüz on bir manat on qəpik) məbləğ "xxxx" ASC-dən tutularaq iddiaçıya qaytarılsın. "xxxx" ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-989/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-989/2024
04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver