Məhkəmə qərarları › İş №2(001)-998/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-998/2023

14.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-998/2023 14.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə Ərizəçi qızı xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi qızı xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi qızı xx.xx.1987-ci il təvəllüdlü X7 anadan gəlmə imbesillik dərəcəsində oliqofreniya, USİ etraplegiya xəstəliyindən əziyyət çəkir. Ona imbesillik dərəcəsində oliqofreniya, USİ etraplegiya forması, anamnezində qıcolma tutmaları diaqnozu qoyulmuş və 9 saylı poliklinikada dispanser qeydiyyatındadır. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona İ qrup əlillik dərəcəsi verilmiş və kənar şəxsin qulluğuna ehtiyacının olması göstərilmişdir. Bakı şəhəri 9 saylı şəhər poliklinikası tərəfindən X2 poliklinikada qeydiyyatda olması barədə xx.xx.2022-ci il tarixdə arayış verilmişdir. X7 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir, kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanları yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanlarına malik deyildir. X6 qəyyum təyin edilməsi barədə ərizəçi Binəqədi rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasına müraciət etmiş, ona şəxsin fəaliyyət qabiliyyəti olamayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi bildirmişdir. Ərizəçiyə X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi gələcəkdə onun hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Belə ki, o sərbəst şəkildə hüquqlarını həyata keçirmək qabiliyyətinə malik deyildir. Ona görə də qızı xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. xx.xx.1987-ci il tarixli Xİİİ-JQ 259945 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2396 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Ərizəçi, anası X3r. Bakı şəhəri Binəqədi rayonu 9 saylı şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 818 saylı arayışından müəyyən olunur ki, 1987-ci il təvəllüdlü X7 idiotiya dərəcəsində oliqofreniya diaqnozu ilə poliklinikanın psixiatriya kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumat vərəqəsindən müəyyən olunur ki, xx.xx.1987-ci il təvəllüdlü X6 idiotiya dərəcəsində oliqofreniya, USİ etraplegiya forması, anamnezində qıcolma tutmaları diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 412 saylı rəyindən müəyyən olunur ki, xx.xx.1987-ci il təvəllüdlü X4 dərin əqli gerilik (idiotiya dərəcəsində oliqofreniya) müəyyən olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar vardır. X1 ilə bağlı məhkəmə iclasında iştirak edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, xx.xx.1987-ci il təvəllüdlü X2 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını tam dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı araşdırma zamanı təsdiq olunduğundan ərizə təmin edilərək xx.xx.1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar