Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-101/2022 19.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və onun vəkilinin iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi» tələbinə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlər X2 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinə qanunsuz olaraq açılmış üç qapının cavabdehlərin hesabına bağlanması; Cavabdehlər X2 və Cavabdeh2 tərəfindən ümumi istifadədə olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsinin qanunsuz olaraq zəbt edilmiş hissəsindən məcburi qaydada çıxarılması, inşa edilmiş hasarın sökülməsi və yolun əvvəlki vəziyyətinə qaytarılaraq ümumi istifadənin bərpa olunması; Cavabdehlər X2 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi 25 saylı evə (evin arxa hissəsinə) bitişik inşa edilmiş mişar daşdmdan inşa edilmiş əl damının, taxtadan inşa edilmiş toyuq damının cavabdehlərin hesabına sökülməsi; Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi 25 saylı fərdi yaşayış evin arxa hissəsi ilə cavabdehlərə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı fərdi yaşayış evi arasına sərhəd divarının (hasarın) cavabdehlərin hesabına çəkilməsi öhdəliyinin onlara həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryolçular küçəsi 25 saylı mülk xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 0,06 ha torpaq sahəsi və ümumi sahəsi 343,7 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi mənim adıma qeydiyyatdan keçmişdir. Belə ki, həmin mülk ona anası X1 qalmışdır. Onlar həmin həyət evində 1987-ci il tarixdən yaşayırıq. Mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin ölçüləri və konfiqurasiyası evin texniki pasportuna uyğundur və Ələt qəsəbəsi Dəmiryolçular küçəsinə bir giriş-çıxış qapısı mövcuddur. Cavabdehlər X2 və Cavabdeh2 ünvan 1 ünvanında yaşamış və onun evinin arxa hissəsində yaşayırlar və onların küçə ilə heç bir əlaqəsi olmamışdır. Cavabdehlər onun yaşadığı evə və küçəyə heç bir aidiyyəti olmadığı halda qanunsuz olaraq Dəmiryolçular küçəsinə üç giriş-çıxış qapısı açmışdır. Cavabdehlərin açdığı qapılar Dəmiryolçular küçəsinə quraşdırılmaqla onun hasarına perpendikulyar olaraq yerləşdirilmişdir. Cavabdehin qanunsuz olaraq onun yaşadığı evə perpendikulyar açılmış qapılar onun giriş-çıxış yoluna, yoldan istifadəyə maneçilik törədir və onu evinə sərbəst giriş-çıxışa mane yaradır. Həmin qapıların qoyulduğu yer əvvələr boş sahə olmuş və küçənin zolağına aid olmuşdur. Bundan başqa cavabdeh tərəfindən onun evinə bitişik olaraq arxa divardan daşdan əl damı, taxtadan isə toyuq damı inşa etmişdir. Əvvəllər cavabdehin evinin sərhədini bildirən onun evinin arxasında taxta hasar olmuş və arada boş sahə mövcud olmuşdur ki, həmin boş hissədə o evimin arxasında lazım olan cari təmir işləri (sumaq vurmaq, boruların dəyişdirilməsi və s) apara bilirdim. Qaradağ rayon məhkəməsində olan 2(002)-95/2021 saylı mülki iş üzrə 21 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki: Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi 17 saylı ev fərdi yaşayış sahəsinə faktiki olaraq Əzizbəyov küçəsindən bir giriş- çıxış qaplsl, Dəmiryolçu küçəsində üç giriş-çıxış qapısımövcuddur. Mübahisəli giriş- çıxış qapısı Dəmiryolçu küçəsinə tərəf quraşdırılmaqla cavabdehin hasarma perpendikulyar olaraq yerləşir. Həmin qapının önündə qapıdan 1.7 metr aralıda ağaclar əkilmişdir. -Qeyd edilən rəy cavabdehlərə məxsus fərdi yaşayış evinin texniki pasportu ilə qarşılıqlı müqaisə ediləcəyi təqdirdə müəyyən ediləcək ki, fərdi yaşayış evinin Dəmiryolçu küçəsinə heç bir aidiyyəti yoxdur. Oradan açılmış hər üç qapı qanunsuzdur və bağlanmalıdır. Həmçinin cavabdehlərə məxsus fərdi yaşayış evinin texniki pasportu ilə mövcu vəziyyəti müqaisəli təhlil edilərsə müəyyən ediləcək ki, cavabdehlər faktiki olaraq Dərmiryolçu küçəsinin ərazisinə daxil olaraq oranı zəbt etmişlər. Bununla da ümumi istifadədə olan yol sahəsini faktiki olaraq şəxsi mülkiyyət kimi mənimsəyərək bizim istifadəmizə maneəçilik törədirlər. Odur ki, qanunsuz açılmış üç küçə qapısı bağlanmaqla yanaşı, cavabdehlər məcburi qaydada zəbt etdikləri Dəmiryolçu küçəsinin ərazisindən çıxarılaraq ümumi istifadədə olan yol əvvəlki vəziyyətinə gətirilməlidir. Cavabdehlər əvvəllər olmuş həmin taxta hasarı sökərək özü ilə mənim evimin istinad divarını özünün bağ sahəsinə qatmışdır. Bu səbəbdən də mən evimin arxa hissəsinə keçə bilmirəm. Odur ki, həmin tikililər qanunsuz hesab edilməklə onların hesabına sökülməli, mənim evimlə cavabdehlərə məxsus fərdi yaşayış sahəsi arasındakı istinad divarının çəkilməsi cavabdehlərin hesabına çəkilməsi onlara həvalə edilməlidir.Qeyd edilən halalrın nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çxıarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək,iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdehin orada özbaşınalıqlar etdiyini, ümumi istifadədə olan sahədə qanunsuz tikililər tikdiyini, orada əlavə qapılar açdığını, bu halın isə onun hüquqlarını pozduğunu, o biri qonşular bununla bağlı müraciət etmədiklərini, bələdiyyə nümayəndələri də heç bir tədbir görmədiklərini, ona görə də məcburiyyət qarşısında qalaraq, məhkəməyə mürcaiət etdiyini, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsini məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək,iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdehin 2 dəfə ekspertizanın keçirilməsinə mane olduğunu,bu halın onun əleyhinə istifadə olunmasının mümüknü olduğunu, cavabdehin torpaq sahəsinin ayrı küçəyə aid olduğunu və qanunsuz olaraq 3 qapı açdığını və giriş-çıxışa mane olduğunu, qonşu kimi iddiaçının hüquqlarını pozduğunu bildirərək,iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq,məhkəmə iclasında iştirak edə bilməyəcəyini,məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə olunmuş 10/7287 nömrəli 04 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki,Ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədilə tədqiqat obyektinə baxış keçirilməsi barədə məhkəməyə xx.xx.2022-ci il tarixli 10/7287 saylı vəsatət göndərilmişdir.Lakin tədqiqat obyektinə baxış keçirilməsi 01 mart 2022-ci il tarixinə təyin edilmişdir.Həmin tarixdə tərəflər məhkəmə binasına gəlmədiyindən tədqiqat obyektinə baxış keçirilməsi mümkün olmamışdır.Baxışın təxirə salınması barədə məktub bugünədək Mərkəzə daxil olmamışdır. İş materiallarına əlavə olunmuş 10/3760 nömrəli 23 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məktubundan görünür ki,qərardadda qoyulmuş sualların həlli üçün baxış keçirilməsinin xx.xx.2022-ci il tarixə təyin olunması barədə 14 iyun 2022-ci il tarixdə vəsatət verilmişdir.Göstərilən tarixdə baxış keçirilməsi üçün tədqiqat obyektinə gedilmiş,lakin Cavabdeh1 ünvana buraxmadığı üçün baxış keçirilməsi mümkün olmamışdır.Bu səbəbdən də,qərardadda qoyulmuş suallar icra olunmadan geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Həmin Məcəllənin 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Həmin Məcəlləin 171.3-cü maddəsinə əsasən əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. İki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə hazırki mülki iş üzrə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü də məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübutetmək öhdəliyi daşıyır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən hallarla bağlı yalnız başqa məhkəmə işinə aid ekspert rəyinə istinad olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən sənəd əsasında iddia tələbinin əsası kimi istinad olunan halların-cavabdehlər tərəfindən ümumi istifadədə olan sahənin zəbt edilməsi, orada cavabdeh tərəfindən qanunsuz tikili (hasar və damın) tikilməsi, ümumi istifadədə olan yolun bağlanılması, ümumi istifadədə olan yolun istifadə olunmasına cavabdehlər tərəfindən maneçilik törədilməsi halların müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı müvafiq ekspertiza təyin edilsə də, qeyd edilən ekspertizanın keçirilməsi də mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd edilən halların müəyyən edilməsi üçün heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir.Həmçinin, məhkəmə onu qeyd edir ki, hazırki mülki iş üzrə MM-nin 176-ci maddəsinin də dizpozitiv şərtlərinin mövcudluğu müəyyən edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin hesabına sökülməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-101/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-101/2022
19.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver