Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-103/2025 13.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 45 saylı notariat ofisi, Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh3 və X13 qarşı «miras əmlaka bütünlüklə pay hüququnun tanınması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinə qarşı (Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh3, X17 mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vəsiyyət üzrə vərəsəlik hüquququn tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzilindən ibarət daşınmaz əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzili və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsələrin məcburi pay hüquqları müəyyən edilmədən vəsiyyətnamə üzrə yalnız özünün vərəsəlik hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 30 oktyabr 1993-cü ildə X1 Əminə Baloğlan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi 10 saylı evin 1 saylı mənzilini vəsiyyət etmişdir. 2022-ci ilin yanvar ayının 29-da X9 vəfat etmişdir. İddiaçı notariusa vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizə ilə Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli, 259 nömrəli məktubu ilə ona bildirmişdir ki, 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən İddiaçı iki qardaşı məcburi pay hüququna malikdirlər. İddiaçı hesab edir ki, notariusun mövqeyi yanlışdır. Çünki notarius tətbiq olunmayan maddi hüquq normasına istinad etmişdir. Vəsiyyətnamə 1993-cü ildə verildiyindən, vəsiyyət edən o vaxt qüvvədə olmuş qanuna uyğun olaraq öz iradəsini ifadə etmişdir. Ona görə də, bu gün qüvvədə olan qanun həmin vəsiyyətnamənin icrasına mane ola bilməz. Belə ki, onun qardaşları 1993-cü ildə mövcud olan qanuna əsasən məcburi pay hüququna malik deyillər. Yeni qanunun tətbiqi halında onun vərəsəlik hüququ pozulur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, Bakı Hərbi Məhkəməsində digər məhkəmə prosesində iştirak etdiyi üçün, hazırki mülki iş üzrə məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsini məhkəmə baxışını yubandıran hərəkət kimi qiymətləndirərək işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsində müstəqil iddia tələbi irəli sürməyən şəxslər kimi göstərilən şəxsləri Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh3, X14 cavabdeh kimi işə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri 45 saylı notariat ofisinin nümayəndəsi və digər cavabdehlər Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh3, X17 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinin nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə müəyyən edildi ki, X9 30 oktyabr 1993-cü il tarixdə Bakı şəhərindəki 8 saylı dövlət notariat kontorunda təsdiq etdirdiyi vəsiyyətnamə ilə ünvan 1 ünvanda yaşayan qızı İddiaçı vəsiyyət etmişdir. X9 2022-ci il yanvar ayının 29-da vəfat etmişdir. Onun İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh4, X4, Cavabdeh5, Cavabdeh3, X10 ibarət vərəsələri qalmışdır. İddiaçi İddiaçı Bakı şəhəri 45 saylı notariat ofisinə müraciət edərək vəsiyyətnamə qoyulan zaman - 30 oktyabr 1993-cü il qüvvədə olmuş qanunvericiliyə əsasən tək ona bütövlükdə əmlak barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bakı şəhəri 45 saylı notariat ofisinin 08 dekabr 2023-cü il tarixli 259 saylı cavab məktubunda Mülki Məcəllənin 1146, 1194, 7-ci maddələrinə istinad olunmaqla ona bildirilmişdir ki, vəsiyyətnamə qoyanın 2022-ci ildə vəfat etdiyi nəzərə alınaraq ərizəsinə vəsiyyətnamə qoyulan zaman qüvvədə olmuş qanun deyil, vərəsəlik açılan vaxt qüvvədə olan qanun tətbiq olunmalıdır. İddiaçı məhkəməyə yazdığı iddia ərizəsində ona vəsiyyət qoyulan zaman 30 oktyabr 1993-cü il tarixdə qüvvədə olmuş mülki qanunvericiliyə əsasən X2 miras qalmış Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzilindən digər vərəsələrə məcburi pay verilməməklə, tək özünün vəsiyyətnamə üzrə vərəsəlik hüququnun müəyyən edilməsini xahiş etmişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, Cavabdeh3 24 avqust 2022-ci ildə vəvat etmiş əri X5 çatası məcburi paydan imtina etmişdir. Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ seriyalı, 301461 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X6 24 avqust 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 20 dekabr 2022-ci il tarixdə 688 saylı akt qeydi aparılmışdır. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ seriyalı, 350151 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 25 iyul 2023-cü il tarixdə Bakı şəhərində beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktından vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 26 iyul 2023-cü il tarixdə 414 saylı akt qeydi aparılmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X2 qalmış mirası qəbul etdiyini, özündən başqa İddiaçı da vərəsə olduğunu bildirmişdir. 29 dekabr 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş miras payın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X2 qalmış miras payını bacısı İddiaçı mülkiyyətinə vermişdir. X7 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş qayınanası X2 qalmış miras əmlakdan xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X3 çatası məcburi paydan imtina etmişdir. Cavabdeh5 xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə vəfat etmiş nənəsi X2 qalmış miras əmlakdan xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X3 çatası məcburi paydan imtina etmişdir. X9 tərəfindən 30 oktyabr 1993-cü il tarixdə İddiaçı adına vəsiyyətnamə tərtib olunarkən qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan, bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ya ayrı-ayrı dövlət, kooperativ təşkilatlarına və ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. Həmin Məcəllənin 538-ci maddəsinə əsasən miras qoyanın həddi-büluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi pay) üçdə iki hissəsindən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. İş materiallarından göründüyü kimi, vəsiyyət edən X9 2022-ci il yanvar ayının 29-da vəfat etmişdir və vərəsəlik həmin tarixdə açılmışdır. Miras açılan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. X9 2022-ci il yanvar ayının 29-da vəfat etdikdə onun adına vəsiyyətnamə qoyduğu şəxslə birlikdə 7 vərəsəsi (iddiaçi və cavabdehlər) qalmışdır. Cavabdehlərin məcburi payları 1/14 nisbətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.Həmin Məcəllənin 1196-cı maddəsinə görə vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1202.1-ci maddəsinə görə məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Beləliklə məhkəmədə müəyyən edildi ki, 2022-ci il yanvar ayının 29-da vəfat etmiş X2 miras qalmış əmlaka İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ və digər cavabdehlər Cavabdeh4 və Cavabdeh7 məcburi pay hüquqları vardır. Başqa vərəsələrin məcburi paylarını iddiaçıya bağışlaması və məcburi paylarından iddiaçının xeyrinə imtina etmələri nəticəsində iddiaçının miras əmlak üzərində payı 12/14, digər vərəsələr Cavabdeh4 və Cavabdeh7 hər birinin məcburi payı 1/14 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində vəsiyyətnamə üzrə 12/14 hissədə pay hüququ, Cavabdeh4 və Cavabdeh7 hər birinin 1/14 hissədə məcburi pay hüquqları müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, həmin mənzilin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair miras qoyanın mülkiyyət hüququna dair sənədi olmamışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində vəsiyyətnamə üzrə 12/14 hissədə pay hüququ müəyyən edilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh7 hər birinin Bakı şəhəri, Sahil qəsəbəsi, Bakı prospekti 10 saylı evin 1 saylı mənzili üzərində 1/14 hissədə məcburi pay hüquqları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-103/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-103/2025
13.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver