Məhkəmə qərarları › İş №e-2(3-7)-867/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-867/2026

17.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-867/2026 17.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Quliyev İsmayıl Tapdıq oğlunun cavabdehlər İsmayılova Qətibə Yunis qızına, * saylı X1 Xidmət Mərkəzində Notariat Ofisi və üçüncü şəxs cavabdeh2spublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı miras payının müəyyən edilməsi tələbi barədə iş üzrə (Açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçı Quliyev İsmayıl Tapdıq oğlu, onun nümayəndəsi və vəkili İsayeva Xalidə İsa qızı və cavabdeh İsmayılova Qətibə Yunis qızının iştirakları ilə İddiaçı Quliyev İsmayıl Tapdıq oğlunın cavabdeh İsmayılova Qətibə Yunis qızına, * saylı X1 Xidmət Mərkəzinin Notariat Ofisi və üçüncü şəxs cavabdeh2spublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı vəsiyyət üzrə payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsindən cavabdeh İsmayılova Qətibə Yunis qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. cavabdeh2spublikası Gəncə Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinə ##.##.2001-ci il tarixində X7 mülkiyyət hüququ qeydiyyata alınmışdır.

2. ##.##.2017-ci il tarixli Vəsiyyətnamədən görünür ki, X7 şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini Quliyev İsmayıl Tapdıq oğluna vəsiyyət etmişdir.

3. X11 görünür ki, X7 ## ###### 2019-cu il tarixdə vəfat etmişdir.

4. Gəncə ASAN Xidmət Mərkəzi tərəfindən verilmiş ərizədən görünür ki, İsmayılova Qətibə Yunis qızı mərhum X7 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, M.Bağırov küçəsi ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzrə ona çatası payın verilməsi üçün müraciət etmişdir.

5. * saylı X1 Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli məktubdan göürnür ki, X7 qalmış mirasın bölgüsü ilə bağlı mübahisə olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

6. ## ###### 1981-ci il tarixdə 297653 nömrəsi ilə qeydiyyata alınmış doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.1963-cü il tarixdə doğulmuş Alıyeva Qətibə İdris qızının anası X7r.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Quliyev İsmayıl Tapdıq oğlu cavabdehlər İsmayılova Qətibə Yunis qızı, * saylı X1 Xidmət Mərkəzinin Notariat Ofisi və üçüncü şəxs cavabdeh2spublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə qarşı mərhum X7 miras qalmış Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən vəsiyyət üzrə miras payının müəyyən olunması, həmçinin cavabdeh İsmayılova Qətibə Yunis qızından 101 manat dövlət rüsumunun, 1000 manat vəkil xidmət haqqının və etibarnamə üçün ödənilmiş 18 manat dövlət rüsumunun alınaraq ona verilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. İddiaçı Quliyev İsmayıl Tapdıq oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İsmayılova Qətibə Yunis qızı mərhum X7 övladı olmuş, lakin heç vaxt anası ilə bir evdə və bir ailədə yaşamamışdır. X4 həyat yoldaşıdan ayrıldıqdan sonra cavabdeh azyaşlı olduğuna görə atasının himayəsində qalmışdır. Mərhum sonradan ailə qurmamış, tək yaşamış, gənclik illərində işləyərək maddi ehtiyaclarını özü qarşılamış, yaşa dolduqdan sonra isə ona özü baxmışdır. Mərhum onların evində yaşamış, o, da mərhuma qulluq etmişdir. Bu səbəbdən mərhum * saylı X1 Xidmət Mərkəzində fəaliyyət göstərən notariat kontorunda ## ###### 2017-ci il tarixli, 2V-01-*** reyestr nömrəli vəsiyyətnamə ilə Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evini və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsini ona vəsiyyət etmişdir. Hazırda həmin vəsiyyətnamənin qüvvədədir. X7 ##.##.2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra ##.##.2019-cu il tarixdə cavabdeh2spublikası Ədliyyə Nazirliyinin 1 X2 “ASAN Xidmət” Mərkəzində yerləşən Notariat ofisinə müraciət edərək mərhumdan qalmış miras əmlaka vəsiyyət üzrə vərəsə kimi tanınmasını xahiş etmiş, notariat kontoru onun ərizəsini qəbul edərək onu vəsiyyət üzrə vərəsə kimi tanımışdır. Lakin miras əmlakda məcburi pay hüququna malik olan cavabdeh İsmayılova Qətibə Yunis qızının etiraz etməsi səbəbindən notariat kontoru onun adına vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Bu səbəbdən o, hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur.

9. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim F.B.Mirzəquliyev) iddia qismən təmin edilmiş, X7 miras qalmış Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsində Quliyev İsmayıl Tapdıq oğlunun 3/4 hissə miras payı müəyyən edilmişdir.

10. Məhkəmə qətnamədə qeyd etmişdir ki, X7 mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış evi olmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsi da mülkiyyət hüququnun gözləntisi prinsipinə əsasən mərhum X7 mülkiyyətində olmuş, həmin əmlakı iddiaçıya vəsiyyət etmişdir. O, ## ###### 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh İsmayılova Qətibə Yunis qızı mərhumun övladıdır və onun mirasda məcburi payı vardır. Ona görə də iddia tələbi qismən təmin edilməli, iddiaçı Quliyev İsmayıl Tapdıq oğlunun X7 miras qalmış Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsindən 3/4 hissədə payı müəyyən edilməlidir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə gəldiyi nəticəni cavabdeh2spublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1 və 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1166 və 1193-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh İsmayılova Qətibə Yunis qızı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnaməyə dəyişiklik edərək, iddiaçıya həmin əmlakın 1/2 hissəsinin miras pay müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vəsiyyət edənin yalnız bir nəfər birinci növbəli sağ vərəsəsi olduğuna görə vəsiyyət edilməsəydi əmlakın 100%-ci cavabdehin olmalıydı. Vəsiyyətnamə birinci növbə olmayan iddiaçıya verildiyinə görə cavabdehə çatası payın yarısı (məcburi pay) təşkil edir. Məhkəmə, mübahisəyə diqqətlə yanaşmamış, hesab etmişdir ki, iddiaçı da, birinci növbəli vərəsədir və onun miras payını 75% müəyyən etmişdir. Halbuki, iddiaçı birinci növbəli vərəsə deyildir və ona vəsiyyətnamə üzrə 50%, yəni ½ hissə miras pay müəyyən edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

1. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh İsmayılova Qətibə Yunis qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi.

2. İddiaçının vəkili və nümayəndəsi Xalidə İsayeva apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, vəsiyyətnmadə Qətibə İsmayılova vərəsilkdən məhrum edilmişdir. Həmçinin X7 ona iddiaçı baxmış, öldükdən sonra yas xərclərini o çəkmişdir. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

3. İddiaçı Quliyev İsmayıl Tapdı qızı vəkilinin çıxışına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

4. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin olar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq cavabdeh2spublikasının Mülki Məcəlləsi: Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134. Vərəsələr 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Maddə 1166. Vəsiyyət anlayışı Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170. Vəsiyyət edənin payları müəyyənləşdirməsi 1170.1. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

5. Maddə 1193. Mirasda məcburi pay anlayışı Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payının müəyyənləşdirilməsi Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

6. cavabdeh2spublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair cavabdeh2spublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarı Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir; Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

7. cavabdeh2spublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

Apellyasiya baxışının hədləri

8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

9. Hazırkı işdə apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən məcburi payın düzgün müəyyən edilməməsi hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı şikayətə uyğun hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

11. İşdən müəyyən edilir ki, X7 mülkiyyətində ünvan 2 ünvanında yerləşən yaşayış evi olmuşdur. Mirasqoyan ## ###### 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh İsmayılova Qətibə Yunis qızı mərhumun yeganə övladıdır, birinci növbəli vərəsədir.

12. İddiaçı miras qalmış Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən vəsiyyət üzrə miras payının müəyyən olunması üçün iddia ərizəsi vermişdir. İşin hallarından müəyyən olunur ki, tərəflər birbirilərinə qarşı vərəsəlik hüquqlarını mübahisələndirmirlər, mübahisə mirasın kütləsi ilə bağlıdır.

13. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi miras kütləsini müəyyən edərkən iş üzrə yanlış nəticəyə gəlmişdir.

14. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır və qeyd edir ki, iş materiallarından görünür ki, mərhum X7 vəsiyyətnaməsi mövcuddur. Həmin vəsiyyətnamədə qeyd edilir ki, o, ölən günədək ona məxsus olan Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birgə Quliyev İsmayıl Tapdıq oğluna vəsiyyət edir.

15. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə görə vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

16. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından çıxış edərək qeyd edir ki, hazırki işdə cavabdeh İsmayılova Qətibə Yunis qızı mərhum X7 birinci dərəcəli yeganə vərəsəsidir. Yəni vəsiyyətnamə olmasa idi X7 məxsus bütün əmlak qanun üzrə vərəsə kimi ona qalmalı idi. Lakin hazırda vəsiyyətnamə mövcud olduğu üçün hüquqi vəziyyət dəyişir. Belə olan halda qanunun tələbindən irəli gələrək, Q.İsmayılovanın miras əmlaka məcburi payı hesablanmalıdır.

17. Miras payın bölgüsünə gəldikdə, Qətibə İsmayılovanın mirasda məcburi payının həcmi vəsiyətnamə olmasa idi onun miras əmlakda alacağı payın yarısı, yəni ½ hissəsi həddində müəyyən edilməlidir. Qalan ½ hissədə isə iddiaçının vəsiyyətnamədən irəli gələn miras payı müəyyən edilməlidir.

18. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, X7 miras qalmış Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə cavabdeh İsmayılova Qətibə Yunis qızının ½ hissədə məcburi payı və Quliyev İsmayıl Tapdıq oğlunun ½ hissədə miras payı müəyyən edilməlidir.

19. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, ödəniş qəbzlərindən görünür ki, iddiaçı Quliyev İsmayıl Tapdıq oğlu tərəfindən 101 manat dövlət rüsumu, 1000 manat vəkil ödənişi edilmiş, cavabdeh X7 tərəfindən isə apellyasiya şikayəti verilərkən 51 manat dövlət rüsumu ödənilmişdir.

20. Məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumları olduğu miqdarda hər iki tərəfdən qarşılıqlı tutulmalı, lakin vəkilə ödənilən haqq ağlabatan miqdarda müəyyən edilməlidir. Belə ki, işdən görünür ki, iş materialı cəmi bir cilddən ibarətdir, vəkilin işdə vəsatətləri mövcud deyildir. Vəkil yalnız iddia ərizəsini tərtib etmişdir. Vəkilin məhkəmə iclaslarında iştirakına gəldikdə isə o birinci instansiya məhkəməsində iki məhkəmə iclasında iştirak etmişdir ki, həmin iclaslar cəmi bir saat olmamışdır.

21. Qeyd olunan halları qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, vəkilə 1000 manat haqqın ödənilməsi ağlabatan deyil, 500 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir.

22. Yuxarıda göstərilənlərə əsasən və cavabdeh2spublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. X7 miras qalmış Gəncə şəhəri, M.Bağırov küçəsi, ** saylı ünvanda yerləşən fərdi yaşayış evinə cavabdeh İsmayılova Qətibə Yunis qızının ½ hissədə məcburi payı və Quliyev İsmayıl Tapdıq oğlunun ½ hissədə miras payı müəyyən edilsin. Cavabdeh İsmayılova Qətibə Yunis qızından ödənilmiş 101 manat dövlət rüsumu və 500 manat vəkil xidmət haqqı tutularaq iddiaçı Quliyev İsmayıl Tapdıq oğlunun xeyrinə, iddiaçı Quliyev İsmayıl Tapdıq oğlundan apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumu tutularaq cavabdeh İsmayılova Qətibə Yunis qızının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə cavabdeh2spublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar