Məhkəmə qərarları › İş №e-2(3-10)-288/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-10)-288/2026

07.05.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-288/2026 07.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 (məhkəmə prosesi gedişatında öldüyünə görə hüquq varisi Qanuni nümayəndə ilə əvəz edilmişdir) və Zaqatala rayonu * saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M ÜƏYYƏN E T D İ:

1. Işin halları: Iddiaçı İddiaçı ## #### 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər cavabdeh2, cavabdeh3 və Zaqatala rayonu * saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi və ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0376849 seriyalı, 402013001740-***** reyestr nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, 0376849 seriyalı, 402013001740-***** reyestr nömrəli Çıxarışa əsasən ünvan 1ində yerləşən 0,117 ha torpaq sahəsi və ümumi 78,25 kv.metr sahəsi olan fərdi yaşayış evinin 1/3 hissəsi iddiaçıya, digər 1/3 hissələri isə iddiaçının anası cavabdeh3 və qardaşı cavabdeh2 məxsusdur (qeydiyyat №: 3612002218; ##.##.2012). Qeyd edilən Çıxarışdakı əmlaklar (torpaq və fərdi yaşayış evi) isə mərhum atası Osman Ərəbova məxsus olmuşdu. ##.##.2007-ci il tarixdə atası Ərəbov Osman Hüseynoviç notariusda vəsiyyətnamə verərək ünvan 1ində yerləşən özünə məxsus evi, torpaq sahəsini iddiaçıya vəsiyyət etmişdir. Lakin, Çıxarış verildiyi zaman həmin vəsiyyətnamə nəzərə alınmayaraq iddiaçının anası və qardaşına da əmlaklardan pay verilmişdir. X6 rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə sənədinə əsasən tərtib edilmişdir. Atası Osman Ərəbov tərəfindən bütün əmlakların iddiaçıya verilməsi barədə ##.##.2007-ci il tarixdə vəsiyyətnamə verilsə də, iddiaçının bundan 3-4 ay əvvəl xəbəri olmuşdur. Məlumatı olduqdan sonra iddiaçı 2025-ci ilin may ayında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinə ərizə ilə müraciət edərək, vəsiyyətnamə üzrə hüquqlarını bərpa edilməklə 0376849 seriyalı, 402013001740-***** reyestr nömrəli Çıxarışın ləğv edilməsini və yeni Çıxarışın verilməsini təmin etmələrini xahiş etmişdir. ## ### 2025-ci il tarixli, 3-21-3-47/2-20010-*/**** №-li məktubla ona bildirilmişdir ki, xahiş etdiyi Çıxarış Zaqatala rayonu * saylı DNK tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədinə əsasən tərtib edildiyindən, həmin Çıxarışın ləğv edilməsi onların səlahiyyətində deyildir. Qeyd edir ki, Zaqatala rayon * saylı DNK tərəfindən ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədi təqdim edilərkən, iddiaçıya verilmiş vəsiyyətnamə nəzərə alınmamışdır. Həmin vəsiyyətnamənin də eyni Notariat Kantorunda verildiyi nəzərə alınca, bu barədə iddiaçıya məlumat verilməməsini və Şəhadətnamə təqdim edilərkən nəzərə alınmamasını qərəzli hesab edir (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1191-ci, 1151.1-ci, 1193-cü və 1262-ci maddələrinin məzmunları qeyd olunmuşdur). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi Idarəsinin ## ### 2025-ci il tarixli, 3-21- 3-47/2- 20010-*/**** №-li məktubundan göründüyü kimi, daşınmaz əmlakın dövlət reyestrindən Çıxаrış Zaqatala rayonu * saylı DNK tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” sənədinə əsasən verilmişdir. Оnа görə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş Çıxarışın da ləğv edilməsi üçün əsaslar mövcuddur. Eyni zamanda, iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı cavabdehlər cavabdeh2 və cavabdeh3 ## ####### 2025-ci ildə məhkəməyə iddia ərizəsinə qarşı yazılı Etirazlar təqdim edərək, iddia ərizəsinin müddətin keçməsi, sənədin şübhəli olması və hüquqi əsassızlıq səbəbilə tam şəkildə ləğv edilməsini iddia tələbinin təmin olunmamasını xahiş etmiş və həmin Etirazlarını onunla əsaslandırmışlar ki, onlar iddiaçı İddiaçı tərəfindən verilmiş “vərəsəlik hüququnun bərpası və çıxarışın ləğvi” barədə iddia ərizəsi ilə razı deyillər və aşağıdakı əsaslara görə iddianın rədd olunmasını xahiş edirlər: iddiaçı İddiaçı vəsiyyətnamənin mövcudluğundan məlumatlı olduğu halda, 18 il ərzində hüququndan istifadə etməmiş, nə notariat, nə də məhkəmə orqanlarına müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1242-ci maddəsinə əsasən, vərəsəlik hüququ vərəsəlik açıldığı gündən 6 ay ərzində həyata keçirilməlidir. Bu müddət pozulduqda, üzrlü səbəb olmadan hüququn bərpası hüquqi əsasını itirir. Ən vacib məqam ondan ibarətdir ki, vəfat etmiş atası sözügedən vəsiyyətnaməni yataq xəstəsi olduğu, sağlamlıq durumu son dərəcə ağır olan bir vaxtda tərtib etmişdir. Onun həmin vaxt şüur və iradə ilə tam qərar vermə qabiliyyəti şübhə altındadır. Mülki Məcəllənin 1157 və 1160-cı maddələrinə əsaslanaraq, hesab edir ki, vəfat etmiş atasının ağır xəstəlik şəraitində verdiyi vəsiyyətnamə hüquqi cəhətdən şübhəlidir və etibarsız sayılmalıdır. Eləcə də, iddiaçının 18 il susduqdan sonra, bu sənədə əsaslanması niyyət və etimad prinsiplərinə uyğun gəlmir və məhkəmə tərəfindən bu hallar nəzərə alınmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsində aparılan araşdırmada yataq xəstəsi olan cavabdeh cavabdeh3 müvafiq qaydada tərtib edilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi qismində övladı Qanuni nümayəndə təmsil etmişdir. Lakin, cavabdeh cavabdeh3 mülki işin məhkəmə hazırlıq mərhələsində, yəni ## ###### 2025-ci ildə ölmüş və buna görə də, məhkəmənin müvafiq qərarı əsasında onun hüquqi varisi qismində Qanuni nümayəndə işə cəlb edilərək, sonuncunun iştirakı ilə hazırkı mülki iş üzrə məhkəmə prosesi davam etdirilmişdir.

2. Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və Zaqatala rayonu * saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı qəbul edilmiş Zaqatala Rayon Məhkəməsinin (hakim Zərifə Məmmədova) ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə qət edilmişdir ki: - “Iddia təmin edilsin. Zaqatala rayonu * saylı övlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, 402013001740-***** reyestr nömrəli daşınmaz əmlaka dair verilmiş ##.##.2012-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilsin. Iddiaçı İddiaçı ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin.” Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, ##.##.2007-ci il tarixli Zaqatala * saylı dövlət notariat kontorunun dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş Vəsiyyətnamədən görünür ki, Ərəbov Osman Hüseynoviç ünvan 1ində yerləşən ona məxsus olan evini, həyətyanı sahəsini, torpaq aktından ona düşən hissəsini oğlu İddiaçı vəsiyyət etmiişdir. X2 Zaqatala rayonu * saylı dövlət Notariat kontoruna verdiyi ərizədən görünür ki, o , Ərəbov Osman Hüseynoviçdən miras qalmış evdən varis kimi ona düşən payı qəbul etməmiş və etməyəcəkdə və müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. X2 ərizəsindən görünür ki, o, Ərəbov Osman Hüseynoviçə məxsus ünvan 1ində yerləşən yaşayış evindən ona düşən payın pul dəyərini almışdır. Həmin evdən bir varis kimi pay istəməyəcəyinə və gələcəkdə buna dair iddiasının olmyacağını bildirmişdir. ##.##.2023-cü il tarixli Kebeloba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsdiq edilmiş vəsiyyətnamədən görünür ki, cavabdeh3 ünvan 1ində yerləşən ona məxsus olan evini, həyətyanı sahəsini, torpaq aktından ona düşən hissəsini oğlu İddiaçı vəsiyyət etmiişdir. *V-*** nömrəli ##.##.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2007-ci ildə ölmüş Ərəbov Osman Hüseynoviçin vərəsələri ünvan 1ində yaşayanlar: arvadı - cavabdeh3, oğlu - İddiaçı, oğlu - cavabdeh2 miras əmlakdan bərabər irs almalıdırlar. Azərbaycan Respublakası Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış - Seriya MA № *******, reyestr nömrəsi 402013001740-*****, qeydiyyat nömrəsi 3608003657, qeydiyyat tarixi ##.##.2008, əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmaqla, fərdi yaşayış evi mərhum Ərəbov Osman Hüseynoviçə məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş № ***, ##.##.2012-ci il tarixli arayışa əsasən ünvan 1 ünvanında mülkiyyətində olan 0,117 ha həyətyanı torpaq sahəsində yerləşən, yaşayış sahəsi 45,6 kv.m, köməkçi sahəsi 32,65 kv.m olan 2 otaqlı, 1 mərtəbəli, fərdi yaşayış evindən ibarətdir. AZ-İ ****** nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, Ərəbov Osman Hüseynoviç ##.##.2007-ci il tarixdə ölmüşdür. ünvan 1 Inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2012-ci il tarixli arayışdan görünür ki, Ərəbov Osman Hüseyn oğlunun vərəsələri cavabdeh3, cavabdeh2, İddiaçı, X2 və X4r. II-JQ seriyalı ****** nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərəbov Osman Hüseyn oğlu ilə X5 ##.##.1982-ci il tarixdə nikah bağlamışlar və nikah bağlandıqdan sonra arvada Ərəbova soyadı verilmişdir. cavabdeh3 Zaqatala rayonu * saylı Notariat kontoruna ünvanlandığı ##.##.2012-ci il tarixli ərizədən görünür ki, o, Ərəbov Osman Hüseynoviçdən miras qalmı ünvan 1ində 0,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45,6 kv.m yaşayış və 32,65 kv.m köməkçi sahədən ibarət miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsini xahiş etmiş və özündən başqa cavabdeh2, İddiaçı, X2 və X4 adlı vərəsələrin olduğunu bildirmişdir. ##.##.1984-cü il tarixdə verilmiş IX-JQ seriyalı ****** nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.1977-ci il tarixdə anadan olmuş cavabdeh2 atası Ərəbov Osman Hüseyn oğlu anası cavabdeh3dır. cavabdeh2 nümayəndəsi İddiaçı Zaqatala rayonu * saylı Notariat kontoruna ünvanlandığı ##.##.2012-ci il tarixli ərizədən görünür ki, o, Ərəbov Osman Hüseynoviçdən miras qalmış ünvan 1ində 0,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45.6 kv.m yaşayış və 32.65 kv.m köməkçi sahədən ibarət miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsini xahiş tmiş və özündən başqa X1, İddiaçı, X2 və X4 adlı vərəsələrin olduğunu bildirmişdir. ##.##.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı ****** nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, ##.##.1982-ci il tarixdə anadan olmuş İddiaçı atası Ərəbov Osman Hüseyn oğlu, anası cavabdeh3dır. İddiaçı Zaqatala rayonu * saylı Notariat kontoruna ünvanlandığı ##.##.2012-ci il tarixli ərizədən görünür ki, o, Ərəbov Osman Hüseynoviçdən miras qalmış ünvan 1ində 0,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45,6 kv.m yaşayış və 32,65 kv.m köməkçi sahədən ibarət miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamənin verilməsini xahiş etmiş və özündən başqa X1, cavabdeh2, X2 və X4 adlı vərəsələrin olduğunu bildirmişdir. Azərbaycan Respublakası Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi 402013001740-*****, qeydiyyat nömrəsi 3608003657, qeydiyyat tarixi ##.##.2008 olan əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmış ünvan 1ində yerləşən 00,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45,6 kv.m yaşayış və 32,65 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Ərəbov Osman Hüseynoviçə məxsusdur. Azərbaycan Respublakası Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki,, reyestr nömrəsi 402013001740-*****, qeydiyyat nömrəsi 3612002218, qeydiyyat tarixi ##.##.2012 olan əmlakın dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində qeydiyyata alınmış fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə cavabdeh3, İddiaçı və cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, ünvan 1ində yerləşən 0,117 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı, 45,6 kv.m yaşayış və 32,65 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Ərəbov Osman Hüseynoviçin mülkiyyəti kimi qeydiyyata alınmışdır. Ərəbov Osman Hüseynoviç ##.##.2007-ci il tarixli Zaqatala * saylı Dövlət Notariat Kontorunun dövlət notariusu N.R.Məmmədova tərəfindən təsdiq edilmiş Vəsiyyətnamə tərtib edərək ünvan 1ində yerləşən ona məxsus olan evini, həyətyanı sahəsini, torpaq aktından ona düşən hissəsini oğlu İddiaçı vəsiyyət etmişdir. Ərəbov Osman Hüseynoviç ##.##.2007-ci il tarixdə ölmüş və onun ölümü ilə vərəsəlik açılmışdır. Ərəbov Osman Hüseynoviç tərəfindən qoyulmuş ##.##.2007-ci il tarixli vəsiyyətnamə aşkar edilmədiyindən, ##.##.2012-ci il tarixdə Zaqatala Rayon * saylı Notariat Kontorunda Ərəbov Osman Hüseynoviçin vərəsələri olan cavabdeh3, İddiaçı və cavabdeh2 müraciətləri əsasında onlara *V-*** nömrəli ##.##.2012-ci il tarixliə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Mülki qanunvericiliyə əsasən qanun üzrə vərəsəliyin qüvvədə olmasının əsas şərti ondan ibarətdir ki, miras qoyan vəsiyyətnamə qoymasın , yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılsın. Göründüyü kimi, vəsiyyətnamənin mövcudluğu qanun üzrə vərəsəliyin mümkünlüyünü istisna edir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçı İddiaçı xeyrinə miras qoyan Ərəbov Osman Hüseynoviç tərəfindən etibarlı əqd olan ##.##.2007-ci il tarixli vəsiyyətnamə qoyulmuş və həmin vəsiyyətnamədə xeyrinə vəsiyyət edilmiş şəxsə çatacaq miras əmlakın dairəsi qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ##.##.2007-ci il tarixli vəsiyyətnamə nəzərə alınmadan Ərəbov Osman Hüseynoviçin miras əmlakı barrədə verilmiş *V-*** nömrəli ##.##.2012-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarlı hesab edilə bilməz və belə əqd etibarlı nəticələr yarada bilməz. Məhkəmə iddia tələbinin “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0376849 seriyalı, 402013001740-***** reyestr nömrəli Çıxarışının ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi ilkin tələb olan “Zaqatala rayonu * saylı övlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi hissəsindən törəmə tələblərdir və Zaqatala rayonu * saylı övlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin etibarsız hesab edilməsi onun yaratdığı nəticələri də ləğv edir. Beləliklə, məhkəmə işdə olan və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Zaqatala rayonu * saylı övlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”ni etibarsız hesab edilməli və ##.##.2012-ci il tarixli, 2V*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli , 402013001740-***** reyestr nömrəli daşınmaz əmlaka dair verilmiş ##.##.2012-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməlidir. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1166, 1167, 1168, 1170.1 və 1243-cü maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 57, 58, 59 və 60-cı maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1166, 1167, 1168, 1170.1 və 1243-cü maddələrinə istinad etmişdir.

3. Apellyasiya şikayəti və ona etiraz:

- 3.1). Iş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri Cavabdeh cavabdeh2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, hazırkı iş üzrə qəbul edilmiş Zaqatala Rayon Məhəkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsini, ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0376849 seriyalı, 402013001740-***** reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək, Zaqatala rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməsi və ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* nömrəli, 402013001740-***** reyestr nömrəli daşınmaz əmlaka dair verilmiş ##.##.2012-ci il tarixli ********** nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. O, hesab edir ki, qətnamə qanunsuz və əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci və 1225.3-cü maddələrinin tələbləri nəzərə alınmamışdır. Belə ki, iddiaçının məhkəməyə verdiyi iddia ərizəsindən görünür ki, iddiaçı Zaqatala * saylı Dövlət Notariusunda atası tərəfindən ##.##.2007-ci il tarixdə verilmiş “Vəsiyyətnamə”nin etibarlı hesab edilməsi, eyni zamanda Zaqatala rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsini, ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0376849 seriyalı, 402013001740-***** reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Osman Ərəbov tərəfindən bütün əmlakların ona verilməsi barədə ##.##.2007-ci il tarixdə vəsiyyətnamə verilsə də, iddiaçının bundan 3-4 ay əvvəl xəbəri olmuşdur. Eyni zamanda iddia ərizəsində qeyd edir ki, Zaqatala rayon * saylı DNK tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” sənədi təqdim edilərkən, ona verilmiş vəsiyyətnamə nəzərə alınmamışdır. Həmin vəsiyyətnamənin də eyni notariat kontorunda verildiyi nəzərə alınsa, bu barədə iddiaçıya məlumat verilməməsini və şəhadətnamə təqdim edilərkən nəzərə alınmamasını qərəzli hesab edir. Halbuki, həmin vəsiyyətnamə Zaqatala rayon * saylı DNK-da tərtib edilmiş və təsdiq edilmişdir. Həmin vaxt atası onkoloji xəstəlikdən əziyyət çəkmiş, evdə yataq rejimində olmuşdur. Vəsiyyətnamə verildiyi gündən 3 gün sonra, yəni ##.##.2007-ci il tarixdə isə atası vəfat etmişdir. Onun öz iradəsi ilə həmin vəsiyyətnaməni verməsi şübhəli haldır. Eyni zamanda, məhkəmədə iddiaçıya ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli Zaqatala rayon * saylı DNK tərəfindən “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” təqdim edilərkən onun həmin vəsiyyətnamədən xəbərinin olmaması, yalnız 3-4 ay əvvəl xəbərinin olması faktına aydınlıq gətirilməmiş, həmin hal sübut olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsində qeyd olunur ki, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1225.3-cü maddəsində isə qeyd olunur ki, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, “istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq, müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Iddia tələbinin əsaslandığı əqdin etibarsız olması birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün ilk növbədə istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Halbuki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsasını təşkil edən və birtərəfli əqd hesab edilən “Vəsiyyətnamə”nin etibarlılığı məsələsini araşdırmadan yekun məhkəmə aktı qəbul etmişdir. Halbuki, cavabdeh tərəfin məhkəməyə verdiyi izahatılarında qeyd edilmişdir ki, iddiaçı İddiaçı vəsiyyətnamənin mövcudluğundan məlumatlı olduğu halda, 18 il ərzində hüququndan istifadə etməmiş, nə notariat, nə də məhkəmə orqanlarına müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1242-ci maddəsinə əsasən, vərəsəlik hüququ vərəsəlik açıldığı gündən 6 ay ərzində həyata keçirilməlidir. Bu müddət pozulduqda, üzrlü səbəb olmadan hüququn bərpası hüquqi əsasını itirir. Ən vacib məqam isə ondan ibarətdir ki, vəfat etmiş atası sözügedən vəsiyyətnaməni yataq xəstəsi olduğu, sağlamlıq durumu son dərəcə ağır olan bir vaxtda tərtib etmişdir. Onun həmin vaxt şüur və iradə ilə tam qərarvermə qabiliyyəti şübhə altındadır. Birinci instansiya məhkəməsi isə qətnamədə iddia ərizəsinə qarşı cavabdeh tərəfin verdiyi etirazda göstərdiyi faktlarla bağlı münasibət bildirməmiş, heç bir sübut olmadan, eyni zamanda iddiaçının vəsiyyətnamədən yenicə xəbəri olması faktını araşdırmadan, vəsiyyətnamədən iddiaçının 3-4 ay əvvəl hansı yolla xəbər tutmasına aydınlıq gətirmədən, vəsiyyətnaməni etibarlı hesab edərək iddia tələbini təmin etmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının vəsiyyətnamənin mövcudluğu barədə 3-4 ay əvvəl hansı yolla məlumat əldə etməsini aydınlaşdırmadan, iddiaçının öz hüquqlarını 18 il sonra həyata keçirməsində vicdanlı davranıb-davranmadığını müəyyən etməmiş, eyni zamanda əsassız olaraq iddianı təmin edərək Konstitusiya ilə ona və bacısına verilmiş mülkiyyət hüquqları pozulmuşdur. Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının 18 il sonra hansı yolla vəsiyyətnamədən xəbər tutmasına aydınlıq gətirmədən, vəsiyyətnamə tərtib edilərkən atasının yataq xəstəsi olması faktını araşdırmadan, iddiaçının məhkəməyə təqdim etdiyi vəsiyyətnaməni etibarlı hesab etmiş və iddiaçının iddiasını təmin etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Birinci instansiya məhkəməsi qətnamədə iddia ərizəsinə qarşı verdiyimiz etirazda göstərdiyimiz faktlarla bağlı münasibət bildirməmiş, heç bir sübut olmadan, eyni zamanda iddiaçının vəsiyyətnamədən yenicə xəbəri olması faktını araşdırmadan, iddiaçının 18 il sonra vəsiyyətnamədən hansı yolla xəbər tutmasına aydınlıq gətirmədən iddia ərizəsini təmin etmiş, eyni zamanda iddiaçının 18 il sonra məhkəməyə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin ləğvi ilə bağlı müraciət etməsində vicdanlı davranıb-davranmadığını da aydınlaşdırmamışdır.

- 3.2). Apellyasiya şikayətinə qarşı etiraz Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 367.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.

4. Iş üzrə apellyasiya icraatı:

- 4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına iddiaçı İddiaçı gəlmiş olsa da, məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh2, mərhum cavabdeh cavabdeh3 hüquqi varisi Qanuni nümayəndə və cavabdeh Zaqatala rayonu * saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, apellyasiya şikayəti vermiş cavabdeh cavabdeh2, mərhum cavabdeh cavabdeh3 hüquqi varisi Qanuni nümayəndə və cavabdeh Zaqatala rayonu * saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və eyni zamanda, məhkəmə iclasında verilmiş suallara cavab olaraq, bildirdi ki, o, mərhum atası Ərəbov Osman Hüseynoviç tərəfindən onun adına ##.##.2007-ci il tarixli Vəsiyyətnamə verilməsini yalnız 2023-cü ildə, yəni yataq xəstəsi olan mərhum anası cavabdeh3 tərəfindən yaşadığı evdə Icra Nümayəndəliyi vasitəsilə onun adına vəsiyyətnamə tərtib edilərkən bilmişdir. Belə ki, anası cavabdeh3 tərəfindən vəsiyyətnamənin verildiyi 2023-cü ilin fevral ayında yataq xəstəsi olan anası mərhum atasının da ona vəsiyyətnamə verdiyini bildirib, atası tərəfindən 2007-ci ildə onun adına verilmiş olan vəsiyyətnaməni köhnə sandığından çıxarıb ona vermişdir. Yalnız bundan sonra onun atasının belə bir vəsiyyətnaməsinin olduğunu bilmişdir. Yəni, o, 2012-ci ildə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni alarkən atasının belə bir vəsiyyətnaməsinin olduğunu bilməmişdir. Bununla belə, o, 2023-cü ildən məlumatı olduğu atasının vəsiyyətnaməsinə görə həmin vaxt məhkəməyə müraciət etməsə də, sonradan, yəni 2025-ci ildə qardaş və bacısı ilə arasında yaranmış münaqişəli vəziyyətə görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.

- 4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə - tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdeh cavabdeh2 tərəfindən hazırkı apellyasiya şikayətində “Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsinin ## ###### 2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.

4.3). Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. 1273. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.

9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işin konkret halları və yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 (məhkəmə prosesi gedişatında öldüyünə görə hüquq varisi Qanuni nümayəndə ilə əvəz edilmişdir) və Zaqatala rayonu * saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, apellyasiya instansiyasında aparılan araşdırma zamanı iddiaçının izahatı, iş materiallarına əlavə edilmiş sənədlər və işin konkret halları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı hazırkı iddia ərizəsində “Zaqatala rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi” tələbini əsaslandırdığı mərhum atası Ərəbov Osman Hüseynoviçin Zaqatala * saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ##.##.2007-ci il tarixli Vəsiyyətnaməsinin olmasını 2023-cü ilin fevral ayında bilməsinə baxmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə iki ildən çox müddət keçdikdən sonra, yəni ## #### 2025-ci ildə müraciət etmişdir (qeyd etmək lazımdır ki, iddia ərizəsində “vəsiyyətnamədən 3-4 ay əvvəl xəbəri olduğu” yazılsa da, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı da iddiaçı həmin vəsiyyətnamədən 2023-cü ildə xəbər tutduğunu bildirmişdir (işin 133-cü vərəqində olan iclas protokolu və işin 142-ci vərəqində olan qətnamənin 3-cü səhifəsi)). Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə - maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “A.Nadirova və qeyrlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qeyd etmək lazımdır ki, Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasının qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququnun itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət isə şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında, bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, iddiaçı İddiaçı iddia ərizəsində “Zaqatala rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V- *** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi” tələbini əsaslandırdığı mərhum atası Ərəbov Osman Hüseynoviçin Zaqatala * saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş ##.##.2007-ci il tarixli Vəsiyyətnaməsinin olmasını 2023-cü ilin fevral ayında bilməsinə baxmayaraq, Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulan “iki aylıq” kəsici müddəti ötürdükdən sonra həmin iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan, yəni qanunla müəyyən edilmiş yuxarıda qeyd olunan “2 aylıq” müddəti ötürdüyünə görə iddiaçı ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməni mübahisələndirmək hüququnu da itirmişdir. Ona görə də, hazırkı iddia tələbi “Zaqatala rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi” hissəsində təmin oluna bilməzdi. Lakin, birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almadan, ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsində həmin tələbi təmin etməklə, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Eyni zamanda, hazırkı iddianın digər hissəsi olan “##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0376849 seriyalı, 402013001740-***** reyestr nömrəli Çıxarışın ləğv edilməsi” tələbi isə yuxarıda qeyd olunan “Zaqatala rayonu * saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli ”Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi” tələbindən törəmə tələb olduğundan və həmin tələb yuxarıda qeyd olunan hallara görə təmin edilmədiyindən – iddianın ikinci hissəsi, yəni “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 0376849 seriyalı, 402013001740-***** reyestr nömrəli Çıxarışın ləğv edilməsi” tələbi də təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Eləcə də, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə ## #### 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcüd olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 (məhkəmə prosesi gedişatında öldüyünə görə hüquq varisi Qanuni nümayəndə ilə əvəz edilmişdir) və Zaqatala rayonu * saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin olunmamalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 (məhkəmə prosesi gedişatında öldüyünə görə hüquq varisi Qanuni nümayəndə ilə əvəz edilmişdir) və Zaqatala rayonu * saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar